Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə259/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   255   256   257   258   259   260   261   262   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

269 



9. Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib 

çatdı).  

10. (Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə 

birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir 

uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O 

zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: "Siz (yerinizdə) durun. 

Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında 

bir bələdçi tapdım!"  

11. (Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: "Ya Musa!  

12. Mən, həqiqətən, sənin Rəbbinəm. Nə’leynini çıxart, çünki sən müqəddəs vadidə - 

Tuvadasan!  

13. Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!  

14. Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və 

Məni anmaq üçün namaz qıl!  

15. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər 

kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala 

Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. 

Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü 

müxtəlif əlamətlərlə biruzə verir).  

16. Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona 

inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!  

17. Ya Musa! Sağ əlindəki nədir?"  

18. (Musa) dedi: "O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl 

silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!"  

19. (Allah) buyurdu: "Ya Musa! Onu (əsanı yerə) at!"  

20. (Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sür’ətlə sürünməyə 

başladı.  

21. (Allah) buyurdu: "Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin