Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
270
22. Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə
dəlalət edən) başqa bir mö’cüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası
kimi gözqamaşdırıcı şəfəq saçsın).
23. Və Biz də (bununla) sənə ən böyük mö’cüzələrimizdən (bir neçəsini) göstərək.
24. (Ya Musa! Bu mö’cüzələrlə bir peyğəmbər kimi) Fir’onun yanına get! O, həqiqətən,
azğınlaşıb həddini aşmışdır (Allahlıq iddiasına düşmüşdür)".
25. (Musa) dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq,
Fir’onla danışmağa cür’ət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək
üçün) köksümü açıb genişlət;
26. İşimi yüngülləşdir;
27. Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,
28. Sözümü yaxşı anlasınlar!
29. Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver -
30. Qardaşım Harunu!
31. Onunla arxamı möhkəmləndir.
32. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,
33. Səni çox təqdis edib şə’ninə təriflər deyək.
34. Və Səni çox zikr edək (daim yada salıb şükr-səna edək).
35. Sən, şübhəsiz ki, Bizi görürsən!"
36. (Allah) buyurdu: "Dilədiyin sənə verildi, ya Musa!
37. Sənə (bundan əvvəl də) bir dəfə ne’mət bəxş etmişdik
38. Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman.
39. (O zaman ki, Mən anana buyurmuşdum: ) "(Musanı) bir sandığa qoyub çaya (Nilə)
at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Fir’on) onu (sudan
tapıb) götürsün". (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz
Bizim email:
Dostları ilə paylaş: |