Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
263
42. O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə
heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?
43. Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə
müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın
buyurduğu) doğru bir yola çıxardım!
44. Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur!
45. Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə
(Cəhənnəmdə) Şeytana yoldaş olasan!"
46. (Atası Azər İbrahimə) dedi: "Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü
çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq
edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol
(gözlərim səni görməsin)!"
47. (İbrahim) belə cavab verdi: "Sənə salam olsun! (Allah özü sənə rəhm etsin. Məndən
sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O
mənə qarşı çox mehribandır (çox lütfükardır, duamı qəbul edər).
48. Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və
öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt
(Onun mərhəmətindən naümid, məhrum) olmayım. (Mənim Allaha etdiyim ibadət,
sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın!)"
49. (İbrahim müşrikləri) və onların Allahdan başqa tapındıqları bütləri tərk edib (Şama)
getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yə’qubu bəxş etdik və onların hər ikisini
peyğəmbər etdik.
50. (Onların üçünü də) öz mərhəmətimizdən (ruzimizdən) ehsan buyurub tə’riflərini
dillər əzbəri etdik. (Bütün din sahiblərinin, mö’minlərin yanında onların ehtiramını və
mərtəbəsini ucaltdıq).
51. (Ya Rəsulum!) Kitabda (Qur’anda) Musanı da yad et! Həqiqətən o, (öz ibadətində)
çox səmimi idi. O (Bizim tərəfimizdən İsrail oğullarına göndərilmiş) bir elçi, bir
peyğəmbər idi.
52. Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və (Allahla danışmaq üçün
yalvarıb) gizli dua edərkən özümüzə yaxınlaşdırdıq.
|