Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə251/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   247   248   249   250   251   252   253   254   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

261 



19. (Cəbrail: ) "Mən sənə ancaq təmiz (mə’sum) bir oğlan bağışlamaq üçün Rəbbinin 

(göndərdiyi) elçisiyəm!" - dedi.  

20. (Məryəm) dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə 

toxunmamışdır. Mən zinakar da deyiləm!"  

21. (Cəbrail) dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu 

insanlar üçün (qüdrətimizə dəlalət edən) bir mö’cüzə, (sənə və mö’minlərə isə) 

dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir 

hökmdür!"  

22. (Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki 

uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi.  

23. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm 

uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna 

səbəb olacağından əndişəyə düşüb) dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım 

və ya tamamilə unudulub getmiş olaydım!"  

24. Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya 

doğulmaqda olan İsadan) belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün 

(ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi).  

25. (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) 

tökülsün!  

26. (Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. 

Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: "Mən 

Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç 

kəslə danışmayacağam!"  

27. (Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! 

Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! (Və ya çox çirkin bir iş gördün!)  

28. Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!"  

29. (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: "Beşikdə olan 

uşaqla necə danışacaq?" - dedilər.  

30. (Allahdan bir mö’cüzə olaraq körpə dilə gəlib) dedi: "Mən, həqiqətən, Allahın 

quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin