arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
259
.
19
.
Məryəm
(Məryəm əleyhissəlam) surəsi
(Məkkədə nazil olmuşdur, 98 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Kaf, Ha, Ya, Eyn, Sad!
2. (Ya Rəsulum!) Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin
xatırlanmasıdır!
3. (Zəkəriyyaya) Rəbbinə gizlicə dua edib yalvardığı zaman
4. Belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey
Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. (Nə dua etmişəmsə, qəbul
olunmuşdur).
5. Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və
digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm
də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki,
6. O həm mənə, həm də Yə’qub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun.
Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı)
qazanmış olsun!"
7. (Allahdan belə bir nida gəldi: ) "Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə)
müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!"
Bizim email:
Dostları ilə paylaş: |