Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
255
74. Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü.
(Musa) dedi: "(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak
(mə’sum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)".
75. (Xızır) yenə belə cavab verdi: "Sənə demədimmi ki, mənimlə birlikdə olanda
(edəcəyim əməllərə) əsla dözə bilməzsən?
76. (Musa) dedi: "Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha
mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə e’tiraz etdiyim, səni qınadığım üçün) sən artıq
mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)".
77. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan
yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək)
istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu
düzəltdi. (Musa) dedi: "Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd (çörək
pulu) alardın. . ."
78. (Xızır) dedi: "Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul
olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü)
sənə xəbər verəcəyəm!
79. Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab
etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini
zorla ələ keçirən bir padşah var idi.
80. Oğlana gəldikdə, onun ata-anası mö’min kimsələr idi. (Mən onun alnına baxıb
gördüm ki, həddi-büluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə)
ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.
81. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha
mərhəmətli olan başqa bir övlad verməsini istədik.
82. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir
xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-büluğa
çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını
istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə
yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mə’nası) budur!"
83. (Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: "Onun barəsində sizə
bir hekayət (bə’zi xəbərlər) söyləyəcəyəm!"
|