Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
252
45. (Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür
sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər.
Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu
quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə)
qadirdır!
46. (Bə’zi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-
bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın
mərhəmətinə) ümid e’tibarilə daha xeyirlidir!
47. O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri
düzdüz görəcəksən, (mö’minləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini
(kənarda) qoymayacağıq.
48. Onlar Rəbbinin hüzuruna çərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək:
) "Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz.
Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz və’di (öləndən sonra diriləcəyinizi)
yerinə yetirməyəcəyik!"
49. (Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Rəsulum! O zaman)
günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar belə
deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük
günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!" Onlar (dünyada) etdikləri
bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə
haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)
50. (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (tə’zim məqsədilə) səcdə
edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O
öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu
və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-
düyüşdür!
51. Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid
etmədim və Mən (insanları haqq yoldan) çıxardanları Özümə köməkçi də tutmadım!
52. O gün (qiyamət günü Allah müşriklərə) belə buyuracaq: "(Mənə ortaq olduqlarını)
iddia etdiyiniz şəriklərimi (sizə şəfaət diləməkdən ötrü) çağırın! (Müşriklər) öz
tanrılarını (bütlərini) çağıracaq, lakin onlar (müşriklərə) heç bir cavab verməyəcəklər.
Biz onların arasında (hamısının birlikdə məhv olacağı) bir cəhənnəm dərəsi bərqərar
edərik!
|