Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə240/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   236   237   238   239   240   241   242   243   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

250 



23. Və heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!" - demə!  

24. Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) deyəcəyəm!" - de. (İnşallah deməyi) 

unutduğun zaman Rəbbinin yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-

kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin 

(peyğəmbərliyimə daha çox dəlalət edən bir mö’cüzə vesin!)" - de.  

25. Onlar mağarada üç yüz doqquz il qaldılar. (Üç yüz il qaldılar, üstünə bir doqquz il 

də artırdılar).  

26. (Ya Rəsulum!) De: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və 

yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı 

eşidir! Onların (yer və göy əhlinin) Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi 

öz hökmünə (səltənətinə) şərik etməz!" (Çünki Allahın heç bir şərikə ehtiyacı yoxdur!)  

27. Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə 

bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!)  

28. Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli 

apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul 

mö’minlərdən) çevirmə. Qəlbini Bizi (Qur’anı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin 

istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!  

29. Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir 

olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları 

bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad 

istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su 

ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!  

30. İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin 

mükafatını zay etmərik!  

31. Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara 

söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın 

ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o 

(Cənnət) necə də gözəl məkandır!  

32. Onlara (biri mö’min, digəri kafir olan) iki adamı misal gətir. Onların birinə (kafirə) 

iki üzüm bağı verib onları xurmalıqlarla əhatə əhatə etdik və aralarında əkin (zəmi) 

saldıq.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin