Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
249
aldıqlarını) görərdin. Bu, Allahın mö’cüzələrindəndir. Allahın doğru yola saldığı kəs
doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu
göstərən bir dost (rəhbər) tapa bilməzsən!
18. (Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən onları oyaq sanardın. (Torpağın
rütubəti bədənlərini çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki
əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu
vəziyyətdə) görsəydin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.
19. (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar
deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya
bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bə’ziləri isə) belə dedi: "Qaldığınız
müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə
(Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi
(yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı hərəkət etsin) və sizin barənizdə heç
kəsə bir xəbər (nişan) verməsin!
20. Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq edəcək, ya da öz dinlərinə
döndərəcəklər. Belə olacağı təqdirdə, siz (nə dünyada, nə də axirətdə) nicat tapa
bilməzsiniz!"
21. (İnsanları-Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın
(məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) və’dinin doğru olduğunu və
qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı mö’minlər
və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-
dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini
məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər)
dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən
yuxuya getdiyini və nəyə e’tiqad etdiyini) daha yaxşı bilir!" Onların (əshabi-kəhfin)
haqqındakı mübahisədə qalib gələnlər (mö’minlər) isə: "Onların (məzarı) üstündə
(Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!" - dedilər.
22. (Kitab əhlindən əshabi-kəhfin sayı barəsində mübahisə edənlər) sanki qaranlıq yerə
daş ataraq: "Onlar üçdür, dördüncüsü köpəkləridir!" - deyəcəklər. Bə’ziləri: "Onlar
beşdir, altıncısı köpəkləridir!" - deyəcəklər. Digərləri (mö’minlər) isə: "Onlar yeddidir,
səkkizincisi köpəkləridir!" - söyləyəcəklər. (Ya Rəsulum!) De: "Onların sayını Rəbbim
daha yaxşı bilir. (İnsanlardan isə) bunu bilən çox azdır!" (Ya Rəsulum! Əshabi-kəhf)
barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et
(Qur’anda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar
haqqında bir şey soruşma!
|