Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
245
98. Bu, ayələrimizi inkar etdiklərinə və: "Sür-sümük, çürüyüb ovxalanmış torpaq
olduğumuz halda, biz dirildilib yeni bir məxluqmu olacağıq?" - dediklərinə görə
onların cəzasıdır.
99. Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə)
göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə)
yaratmağa qadir olduğunu görmürlərmi?! Allah onlar üçün bir əcəl (ölüm, yaxud əzaba
düçar olma vaxtı) müəyyən etdi ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar (belə bir
vəziyyətdə də) ancaq öz küfrlərində israr edib dururlar (küfrdən başqa bir şeyə razı
olmurlar).
100. (Ya Peyğəmbərim, müşriklərə) de: "Əgər siz Rəbbimin rəhmət xəzinələrinə (var-
dövlətinə) sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən (sonra da sizə
yoxulluq üz verməsindən) qorxaraq xəsislik edərdiniz. İnsan (nə qədər varlı olsa da,
təbiəti e’tibarilə) xəsisdir!
101. Biz Musaya doqquz aşkar mö’cüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə
və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin
yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması)
verdik. İsrail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Fir’on ona: "Ya Musa!
Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir)", - demişdi.
102. (Musa da) ona: "Sən bunları məhz göylərin və yerin Rəbbi tərədindən açıq-aşkar
mö’cüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Fir’on, səni (küfrə
düşdüyünə görə) artıq məhv olmuş zənn edirəm!" - deyə cavab vermişdi.
103. (Fir’on) onları (Misir) torpağından qovub çıxartmaq istədi. Biz isə onu (Fir’onu) və
onunla birlikdə olanların hamısını (suya) qərq etdik.
104. Və bundan sonra İsrail oğullarına dedik: "Siz (Şam) ərazisində sakin olun. Axirət
və’dəsi (qiyamət) gəlib çatdıqda sizin hamınızı (sizi və Fir’on əhlini, yaxud mö’minləri
və kafirləri) birlikdə (bir-birinizə qarışmış halda məhşərə) gətirəcəyik!"
105. Biz (Qur’anı) haqq olaraq nazil etdik, o da haqq olaraq (heç bir dəyişikliyə
uğramadan) nazil oldu. Səni də yalnız (mö’minlərə Cənnətlə) müjdə verən və (kafirləri
cəhənnəm əzabı ilə) qorxudan sifəti ilə göndərdik.
106. İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Qur’anı hissələrə ayırıb (ayə-
ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində)
nazil etdik.
|