Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
241
59. Bizə mö’cüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin)
onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir mö’cüzə olaraq dişi
(maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər). Biz
mö’cüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk.
60. (Ya Rəsulum!) Yadına sal ki, bir zaman sənə: "Rəbbin (Öz əzəli elmi və qüdrəti ilə)
insanları ehtiva etmişdir (onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey
edə bilməzlər!)"-demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Qur’anda
lə’nətlənmiş (Cəhənnəmdəki zəqqum adlı) ağacı insanlar (Məkkə əhli) üçün yalnız bir
imtahan etdik (görək sənin sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu
qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!
61. Yenə yadına sal ki, bir zaman mələklərə: "Adəmə səcdə edin!" - deyə əmr etmişdik.
İblisdən başqa hamısı səcdə etmişdi. (İblis: ) "Sənin palçıqdan yaratdığına mən səcdə
edərəmmi?!" - demişdi.
62. (İblis) həmçinin: "(Pərvərdigara!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan
yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) qiyamət
gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz
hökmüm altına alaram (və ya yoldan çıxarıb kökünü kəsərəm)".
63. (Allah) buyurdu: "Çıx get! (Sənə qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs
sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!
64. Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı
onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına
ortaq ol, onlara cürbəcür (yalan) və’dlər ver. Şeytan (ona uyanlara) yalnız yalan və’d
verər!
65. Doğrusu, Mənim (mö’min) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz.
Rəbbinin vəkil olması (sənin şərindən və vəsfəsəndən onları qoruması) kifayət edər!"
66. Sizin üçün (bol) ne’mətindən özünüzə ruzi axtarmaq (qazanmaq) məqsədilə dənizdə
gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən, Rəbbiniz sizə qarşı rəhmlidir!
67. Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri
ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən)
üz döndərirsiniz. İnsan nankordur!
68. Məgər (Allahın) quruda sizi yerə batırmayacağına, yaxud (göydən) başınıza daş
yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da tapılmaz (tapa bilməzsiniz).
|