Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
237
16. Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-ne’mət
içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar
(Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi
haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.
17. Biz Nuhdan sonra neçə-neçə ümmətləri (nəsilləri) məhv etdik. (Ya Rəsulum!)
Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi (onlara cəza vermək üçün) kifayət
edər.
18. Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz ne’məti orada tezliklə
verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, (Cəhənnəmə) qınanmış,
(Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!
19. Mö’min olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah
dərgahında) qəbul olunar.
20. Onların və bunların hər birinə Rəbbinin ne’mətindən verərik. Rəbbinin ne’məti (istər
dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir.
21. (Ya Peyğəmbərim!) Bir gör (var-dövlət, cah-cəlal baxımından dünyada) onların
birini digərindən necə üstün tutduq? Axirətdə isə (dünyadakından) daha yüksək
dərəcələr, daha böyük üstünlüklər vardır!
22. Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən!
23. Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb
gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında
(yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb
acı söz söyləmə. Onlarla xoş danış!
24. Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar
məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" -
de.
25. Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı biləndir. Əgər
əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz
və bundan sonra onlarla yaxşı davransanız, bilin ki) Rəbbiniz, həqiqətən, tövbəkarları
bağışlayandır!
26. Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını
ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!
|