arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
235
.
17
.
əl-İsra
(Gecə vaxtı seyr) və ya Bəni-İsrail (İsrail oğulları) surəsi
(Məkkədə nazil olmuşdur, 111 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Bə’zi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək
üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan
ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə)
aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!
2. Biz Musaya kitab (Tövrat) verdik və: "Məndən başqa heç bir vəkil tutmayın (və ya
tanrı qəbul etməyin)" - deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər tə’yin
etdik.
3. Ey Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız (tufandan xilas etdiyimiz) kəslərin
nəsli! Həqiqətən, o (Nuh Allahın ne’mətlərinə) çox şükür edən bir bəndə idi!
4. Biz İsrail oğullarına kitabda (Tövratda): "Siz yer üzündə (Zəkəriyyanı, sonra da
Yəhyanı öldürməklə) iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq (yaxud zülm)
edəcəksiniz!" - deyə bildirdik.
5. Onlardan (o fitnə-fəsadın) birincisinin (cəza) vaxtı gələndə üstünüzə çox güclü
qullarımızı (Büxtünəssəri, yaxud Calutu orduları ilə birlikdə) göndərdik. Onlar (sizi
öldürmək, əsir almaq və qarət etmək üçün) evlərinizin arasında gəzib dolaşırdılar (sizi
tə’qib edirdilər). Bu və’d artıq yerinə yetirildi. (Siz Zəkəriyyanı öldürdünüz, onlar da
sizi qətl edib, əsir alıb, yurdunuzu xaraba qoydular).
Bizim email:
Dostları ilə paylaş: |