Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
232
qarşısında heyranlıqlarını, acizliklərini gizlədə bilmədikləri halda, əcəmlər bu cür
fəsahətli ərəb dilini haradan bilə bilərlər?!)
104. Allahın ayələrinə inanmayanları, sözsüz ki, Allah doğru yola salmaz. Onları
(axirətdə) şiddətli bir əzab gözləyir!
105. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!
106. Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib
ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr
etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü
surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar
olarlar!
107. Bu (əzab) ona görədir ki, onlar dünyanı (fani dünya malını) axirətdən (axirət
ne’mətlərindən) üstün tutarlar. Allah kafirləri doğru yola salmaz!
108. Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini
möhürləmişdir. Onlar (Allahın kafirlər üçün hazırladığı əzabdan) qafildirlər!
109. Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır!
110. Fitnəyə mə’ruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda
hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki,
bağışlayandır, (onlara) rəhm edəndir!
111. O gün (qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi
(cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!
112. Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində
idi. Lakin (əhalisi) Allahın ne’mətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin)
etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı.
113. Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə
də əzab (Bədr müharibəsi) onları zülm edərkən (zülm etdikləri zaman) yaxaladı.
114. Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə,
Onun ne’mətinə şükür edin!
115. Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən
(bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl
|