Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
246
107. (Ya Rəsulum, müşriklərə) de: "İstər (Qur’ana) inanın, istərsə də inanmayın. Şübhə
yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (özlərinə Tövrat və İncil verilmiş kitab
əhli) yanlarında (Qur’an) oxunduğu zaman üzüstə səcdəyə qapanar.
108. Və: "Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (mö’minlərə mükafat, kafirlərə
əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!" - deyərlər.
109. Onlar üzüstə səcdəyə qapanıb ağlayar, (Qur’andakı öyüd-nəsihət isə) onların
(Allaha) itaətini daha da artırar.
110. (Ya Rəsulum!) De: "İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını
desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. (Ya
Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu
ikisinin) arasında orta bir yol tut!
111. Və de: "Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki
olmayan, zəif (aciz) olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də)
ehtiyacı olmayan Allaha həmd olsun!" Və Allahı (layiqincə) uca tut! (Allahı bütün eyib
və nöqsanlardan uzaq bilib təqdis et, şə’ninə tə’riflər de!)
Bizim email:
Dostları ilə paylaş: |