Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə241/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   237   238   239   240   241   242   243   244   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

251 



33. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də 

onların arasından bir irmaq axıtdıq.  

34. (Bu adamın) başqa sərvəti (gəliri) də var idi. O öz (yoxsul mö’min) yoldaşı ilə söhbət 

edərkən (təkəbbürlə) ona dedi: "Mən səndən daha dövlətli və əşirətcə (qəbilə, qohum-

əqraba, övlad, qulluqçu və s. cəhətdən) səndən daha qüvvətliyəm!"  

35. O (küfrə düşdüyü üçün) özünə zülm edərək bağına girib dedi: "(Bu bağın) nə vaxtsa 

yox (məhv) olacağını güman etmirəm.  

36. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər (dediyim kimi, dirilib) Rəbbimin 

hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən (qayıdış yeri) taparam!"  

37. Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: "Əvvəlcə səni (baban Adəmi) 

torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə 

(insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?  

38. Lakin (mən inanaraq deyirəm ki) Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə 

şərik qoşmaram!  

39. Bağına girdiyin zaman barı: "Maşallah (Allahın istədiyi kimi oldu), qüvvət (və 

qüdrət) yalnız Allaha məxsusdur!" - deyəydin! Əgər məni özündən daha az mal-dövlət 

və övlad sahibi görürsənsə,  

40. Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına 

göydən bir bəla endirsin ki, o, hamar (sürüşkən, ayaq basılası mümkün olmayan, heç 

bir şey bitməyən qupquru) bir yer olsun!  

41. Yaxud suyu (tamamilə) çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!"  

42. Beləliklə, (gecə göydən gələn bir ildırım vasitəsilə) onun (bağının) meyvəsi (bütün 

var-dövləti) tələf edildi. (Səhər o kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb 

bağa) qoyduğu xərcə görə (peşmançılıqdan) əllərini ovuşdurmağa başladı. Bağın 

talvarları yerə çöküb viran qalmışdı. O (qarşısındakı mənzərəyə baxaraq): "Kaş 

Rəbbimə heç kəsi şərik qoşmayaydım!" - deyirdi.  

43. Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da (öz-özünə) kömək edə 

biləcək bir halda deyildi.  

44. Belə bir vəziyyətdə kömək göstərmək (və ya hökm,) ancaq haqq olan Allaha 

məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin