30 iyun 2016-cы il № 37-40 (9043)
5
Çində Beynəlxalq Transxəzər
Nəqliyyat Marşrutunun inkişaf pers-
pektivləri müzakirə olunub.
“Müzakirələr Çin Xalq Respubli-
kasının Şanxay şəhərində Beynəlxalq
Transxəzər Nəqliyyat Marşrutunun inkişaf
perspektivlərinə həsr olunmuş “dəyirmi
masa”da aparılıb.
“Dəyirmi masa”da iştirak edən Bey-
nəlxalq Transxəzər Nəqliyyat Marşrutu
Müşahidə Şurasının sədri, “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyə-
tinin sədr müavini İqbal Hüseynov bildi-
rib ki, 2015-ci il avqustun 3-də bu marşrut
üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan,
Türkiyə və Çin Xalq respublikaları ara-
sında konteyner daşımalarına start verilib,
daha sonra isə Ukrayna bu marşruta qoşu-
lub.
Konteyner daşımalarının daha da in-
kişaf etdirilməsinin vacibliyindən danışan
natiq bu tədbirin Beynəlxalq Transxəzər
Nəqliyyat Marşrutuna yüklərin cəlb olun-
ması istiqamətində mühüm rol oynayaca-
ğını bildirib.
Sonra “dəyirmi masa”da Beynəlxalq
Transxəzər Nəqliyyat Marşrutunun və
“Nomad Ekspress” nəqliyyat-logistika
xidmətinin inkişaf perspektivləri, Çindən
və əks istiqamətə yük daşımanın coğra-
fiyasının genişləndirilmə-
si, marşrutun cəlbediciliyi
– yeni multimodal qərarlar,
Avropa ilə Asiya arasında
yük daşımalarının artırılması
üçün yeni imkanlar mövzu-
larında müzakirələr aparılıb.
Tədbir çərçıvəsində Qa-
zaxıstan, İran, Rusiya və
Ukrayna dəmir yollarının,
Almaniyanın logistik şirkəti
olan DHL-in rəhbər işçiləri
ilə ikitərəfli görüşlər keçiri-
lib.
Dostları ilə paylaş: |