BeYnƏlxAlq TRAnSxƏZƏR nƏqliYYAT MARşRUTUnUn
inkişAf PeRSPekTivlƏRi MüZAkiRƏ olUnUB
Yüklərin Azərbaycandan
keçməsini tövsiyə edib
Qazaxıstan beynəlxalq daşı-
yıcılara Ukraynadan Qazaxısta-
na yüklərin daşınması zamanı
iyulun 1-dən etibarən alternativ
marşrutdan yararlanmağı tövsiyə
edib.
Qazaxıstanın İnvestisiya və
İnkişaf Nazirliyinin mətbuat xid-
mətinin verdiyi xəbərə görə, na-
zirlik yüklərin çatdırılmasını təşkil
edərkən Gürcüstan və Azərbaycan-
dan keçməklə Xəzər dənizinə, oradan Aktau limanına, eləcə də Türkiyə, İran,
Türkmənistan və Özbəkistan ərazilərindən istifadə etməyi tövsiyə edib.
Məlumatda qeyd edilib ki, bu tövsiyə Ukrayna və Rusiya arasında azad
ticarət zonası haqqında müqavilənin 1 yanvar 2016-cı il tarixdən qüvvədən
düşməsi ilə əlaqədardır.
Dostları ilə paylaş: |