A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
10 fevral 2017-ci il № 9-12 (9103)
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
"Müalicə-profilaktik yeməklərə, süd və ona
bərabər tutulan digər məhsullara və vasitələrə sərf
olunan xərclərin, həmçinin dəniz nəqliyyatında
üzücü heyətə verilən yemək xərclərinin normaları-
nın müəyyən edilməsi barədə" Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin 2007-ci il 4 iyun tarixli
89 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci abzasını rəhbər tuta-
raq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Müalicə-profilaktik yeməklərə, süd və ona bə-
rabər tutulan digər məhsullara və vasitələrə sərf olu-
nan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü
heyətə verilən yemək xərclərinin normalarının müəy-
yən edilməsi barədə" Azərbaycan Respublikası Nazir-
lər Kabinetinin 2007-ci il 4 iyun tarixli 89 nömrəli qə-
rarının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 6, maddə 694) 2-ci hissəsi aşağıdakı
redaksiyada verilsin:
"2. Dəniz nəqliyyatında üzücü heyətə verilən
yemək xərclərinin gündəlik norması Xəzər dənizin-
də üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək,
Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyə-
ti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edil-
sin.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
A
zərbaycan çox böyük müsbət
beynəlxalq imicə malik-
dir. Beynəlxalq təşkilatlarda bizim
sözümüz keçir və təsirimiz artır. Biz
beynəlxalq əlaqələrimizi bu il də
genişləndirəcəyik. Keçən il ölkəmizə
20-yə yaxın dövlət və hökumət başçısı
rəsmi və işgüzar səfərlər etmişdir. Bu
da bir göstəricidir. Biz beynəlxalq
təşkilatlar çərçivəsində fəal işləmişik.
İslam Əməkdaşlıq Təşkilatı Zirvə
görüşündə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və aprel
ayında Azərbaycana Ermənistan
tərəfindən edilən təcavüzlə bağlı
kontakt qrupu yaratdı. Bu qrup artıq
fəaliyyətə başlayır. Bu, bizim böyük
uğurumuzdur. Son illər ərzində bizim
fəaliyyətimiz nəticəsində Qoşulmama
Hərəkatı Dağlıq Qarabağ münaqişə-
sinin Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunması ilə bağlı
qətnamələr qəbul etmişdir.
Dağlıq Qarabağ münaqişəsinin həl-
li yolları bəllidir. Bizim mövqeyimiz
dəyişməz olaraq qalır. Bizim ölkəmi-
zin ərazi bütövlüyü bərpa edilməlidir.
Bütün işğalçı qüvvələr bizim torpaqla-
rımızdan çıxarılmalıdır. BMT Təhlükə-
sizlik Şurasının dörd qətnaməsi icra
edilməlidir. Status-kvo qəbuledilməz-
dir, dəyişdirilməlidir. Keçən il ATƏT
də bu məsələ ilə bağlı öz ciddi sözünü
demişdir - status-kvo qəbuledilməzdir.
Bu, aksiomdur və bu, dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi işğalçı
qüvvələrin torpaqlarımızdan çıxarıl-
ması deməkdir. Budur, münaqişənin
həlli yolları. Bunun başqa yolu ola
bilməz. Azərbaycan heç vaxt öz tor-
pağında ikinci qondarma erməni döv-
lətinin yaranmasına icazə verməyəcək.
Azərbaycan heç vaxt bu vəziyyətlə ba-
rışmayacaq. İşğalçı rejim, Ermənistan
rəhbərliyi bunu nə qədər tez dərk etsə,
bu, onlar üçün o qədər də yaxşı olacaq.
2016-cı ilin aprel ayında Azərbay-
can dövləti və Azərbaycan Ordusu iş-
ğalçılara çox ciddi zərbələr vurmuşdur.
Növbəti erməni hərbi təxribatına cavab
olaraq, Azərbaycan Ordusu əks-hücum
əməliyyatı keçirmiş və minlərlə hektar
torpağı işğaldan azad etmişdir. Bu, bi-
zim şanlı tarixi qələbəmizdir. Bu, bir
daha dövlətimizin, xalqımızın, ordu-
muzun gücünü göstərir. Bir daha onu
göstərir ki, biz istənilən vaxtda məsələ-
ni hərbi yolla həll edə bilərik. Minlərlə
hektar torpaq işğalçılardan boşaldıldı.
İndi orada təmizlik işləri, bütün mə-
nalarda təmizlik işləri aparılır. Azər-
baycan Ordusu indi on minlərlə hektar
torpağa nəzarət edir. İndi o ərazilərdə
işğalçıların izi-tozu qalmayıb. Biz o
bölgələrdə lazımi tədbirləri görəcəyik
ki, vətəndaşlarımız oraya qayıtsınlar və
artıq bu proses başlayır.
Aprel döyüşləri bizim şanlı ta-
riximizdir, böyük qələbəmizdir. Biz
hərbçilərimizlə fəxr edirik. Bu döyüş-
lər zamanı Azərbaycan xalqı bir daha
öz birliyini nümayiş etdirmişdir. Belə-
liklə, hesab edirəm ki, 2016-cı il mü-
naqişənin həlli ilə bağlı çox önəmli il
olmuşdur. Çünki qarşı tərəf – Ermənis-
tan təşviş içində idi, vasitəçilərdən xa-
hiş edirdi ki, tezliklə bu döyüşlər başa
çatsın və onlar danışıqlar prosesinə
qayıtmağa hazır olduqlarını bildirmiş-
lər. Azərbaycan ictimaiyyəti yaxşı bilir
ki, onlar müxtəlif beynəlxalq təşkilat-
lara, o cümlədən Kollektiv Təhlükə-
sizlik Müqaviləsi Təşkilatına müraciət
etmişlər. Baxmayaraq ki, Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının
bu məsələ ilə heç bir əlaqəsi yoxdur.
Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına bu vaxta qədər rəhbərlik et-
miş şəxslər sadəcə olaraq, böyük siyasi
səhv buraxaraq ermənipərəst mövqe
və qəbuledilməz fikirlər ifadə etmiş-
lər. İndi biz hamımız onların aqibətinin
necə olduğunu yaxşı bilirik. Yəni, aprel
döyüşləri həm bizim parlaq qələbəmiz-
dir, həm bir daha Azərbaycan dövləti-
nin gücünü göstərdi, həm də bir daha
göstərdi ki, biz heç vaxt bu vəziyyətlə
barışmayacağıq. Biz bütün təxribatlara
layiqli cavab verəcəyik. Eyni zaman-
da, illər boyu Ermənistan tərəfindən
yaradılmış mif tamamilə darmadağın
edildi. Xaricdən silahlar, pullar, digər
yardımlar olmasa, onlar bir həftə ər-
zində bizim qabağımızda duruş gətirə
bilməzlər. Bunu özləri də etiraf edirlər.
Biz bunu çoxdan bilirdik.
Biz həmişə olduğu kimi, konstruk-
tiv mövqe tuturuq, haqq-ədalət bizim
tərəfimizdədir, beynəlxalq hüquq nor-
maları da həmçinin. Tarixi həqiqət də
bizim mövqeyimizi möhkəmləndirir.
Hərbi güc də, iqtisadi potensial da, siya-
si nüfuz da bizdədir. Yəni, biz məsələni
istədiyimiz kimi həll edəcəyik. Bizim
istəyimiz ölkəmizin ərazi bütövlüyünü
bərpa etmək, işğal altında olan bütün
torpaqlarda Azərbaycan bayrağını qal-
dırmaqdır. Budur, bizim məqsədimiz
və biz bu məqsədə doğru irəliləyirik.
Aprel döyüşləri bu istiqamətdə çox
önəmli tarixi addım olmuşdur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
(Yanvarın 10-da Azərbaycan
Respublikası Prezidentinin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin
2016-cı ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqindən)
BU SAYIMIZDA
XocALI SoYQIRIMInI töRƏDƏnLƏR
teZLikLƏ ƏDALƏt MƏhkƏMƏSi QARşISInDA
cAvAB veRMƏLi vƏ cƏZALAnDIRILMALIDIR
RAUf vƏLiYev: “BiZiM çoX
ZƏkALI, BAcARIQLI vƏ iSteDADLI
gƏncLƏRiMiZ vAR.”
Fevralın 1-də Gənclər Günü münasibətilə Yaxt-klubda Azər-
baycan Xəzər Dəniz Gəmiçiliyində çalışan və Dövlət Dəniz Aka-
demiyasında təhsil alan gənclərlə görüş keçirildi. Görüşdə Bakı
Gəmiqayırma Zavodunun rəhbərliyi və
fəal gəncləri də iştirak edirdilər.
Səh. 2
“tRAnZit DAşIMALARDAn ƏLDƏ oLUnAn
gƏLiRLƏR 5,5 DƏfƏ ARtIRILMALIDIR”
Gəmiçilikdə çalışan
və Ümummilli Lideri-
miz Heydər Əliyevin
ideyaları ilə silahlanmış
Yeni Azərbaycan Par-
tiyasının üzvü olması
ilə qanuni iftixar hissi
keçirən 8 işçimiz on iki
il əvvəl Yeni Azərbaycan
Partiyası Səbail rayon
təşkilatına “Xəzər dəniz-
çiləri” ərazi ilk təşkilatının yaradılması
xahişi ilə müraciət edir və az sonra
onların bu arzuları qarşısında “yaşıl
işıq” yandırılır.
DƏniZDƏ inSAn hƏYAtInIn MühAfiZƏSi
üZRƏ tƏLiM kURSLARI keçiRiLiB
13 MeDAL QAZAnIBLAR
Azərbaycan
Respublikasının
insan hüquqları üzrə
müvəkkili (Ombuds-
man) Xocalı soyqırı-
mının 25-ci ildönümü
ilə əlaqədar bəyanat
yayıb.
Azərbaycan cüdoçu-
ları İtaliyanın Liqnano
şəhərində ənənəvi “Alpe
Adrea” beynəlxalq turni-
rində 5 qızıl, 4 gümüş və 4
bürünc medal qazanıblar.
SOCAR-ın Təlim, Tədris
və Sertifikatlaşdırma İdarəsinin
Dənizdə insan həyatının mü-
hafizəsi üzrə təlim mərkəzində
“Dəniz Neft-Qaz Sənayesi üzrə
Təlim Təşkilatı”nın (OPITO)
standartlarının tələblərinə uy-
ğun olaraq, şirkətin əməkdaşla-
rı üçün “Dənizdə təhlükəsizlik
texnikasının əsasları və
fövqəladə hallar şəraitində hazırlıq”
(BOSIET) üzrə təlim kursu keçirilib.
Transxəzər dəh-
lizi ilə daşımaların
həcminin artırılması
ilə əlaqədar Kurık
limanının tikintisinin
ikinci fazasının icrası-
na başlanmalıdır.
Səh. 5
Səh. 6
AZƏRBAYcAn XƏZƏR DƏniZ
gƏMiçiLiYinin nAiLiYYƏtLƏRinDƏ
YAP üZvLƏRinin XiDMƏti AZ DeYiL
Səh. 8
AZƏRBAYcAn ReSPUBLikASI nAZiRLƏR kABinetinin
Q Ə R A R I
№ 21 Bakı şəhəri, 30 yanvar 2017-ci il
Səh. 3
Səh. 4
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC Türkiyədə iki
yeni şirkət təsis edib. “Caspdry”
və “Casptankers” adları ilə fəa-
liyyət göstərəcək şirkətlər Xəzər-
dənkənar hövzələrdə Azərbaycan
bayrağı altında üzən gəmilərin
daha səmərəli istismarına nail
olmağa çalışacaq.
“Caspdry” quru, “Casptan-
kers” isə maye yüklər daşıyan
gəmilərin istismarını həyata ke-
çirəcək.
Fevralın 3-də İstanbulda ke-
çirilən mərasimdə dünyanın ta-
nınmış təsnifat cəmiyyətlərindən
olan Amerika Gəmiçilik Bürosu
( ABS) “Caspdry” şirkətinə İSM-
in tələblərinə cavab verdiyini
təsdiqləyən uyğunluq sertifikatı-
nı təqdim edib. Yaxın vaxtlarda
“Casptankers”ə də belə sertifikatın təq-
dim olunacağı gözlənilir. Bu sertifikatlar
isə hər iki şirkətə Xəzərdənkənar höv-
zələrdə iri həcmli gəmilərin istismarına
imkan verəcək.
ABS-in rəsmi nümayəndələri və
auditorlarının iştirak etdiyi mərasim-
də “Azərbaycan Xəzər Dəniz Gəmi-
çiliyi” QSC-nin sədri Rauf Vəliyev
bildirib ki, “Caspdry” və “Casptan-
kers” bütün standartlara, o cümlədən
yüksək təhlükəsizlik tələblərinə ca-
vab verərək beynəlxalq sularda quru
yük və neft məhsulları daşımalarında
lider şirkətlərin birinə çevriləcəkdir.
Eyni zamanda, şirkətlərin fəaliyyəti
azərbaycanlı dənizçilərin beynəlxalq
sularda üzmə imkanlarını da xeyli ge-
nişləndirəcək.
Donanmasının yenilənməsinə xü-
susi diqqət yetirən “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-nin əsas hədəf-
lərindən biri də xarici sularda davamlı
fəaliyyət göstərməkdir. Hazırda Gəmi-
çiliyin Qara və Aralıq dənizlərində 10
quru yük gəmisi üzür.
gƏMiçiLiYin tƏSiS etDiYi Yeni şiRkƏtLƏR gƏMiLƏRiMiZin
XARici SULARDA DAhA SƏMƏRƏLi iStiSMARInA nAiL oLAcAQ
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
10 fevral 2017-ci il № 9-12 (9103)
2
F
evralın 1-də Gənclər Günü mü-
nasibətilə Yaxt-klubda Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyində çalışan və
Dövlət Dəniz Akademiyasında təhsil alan
gənclərlə görüş keçirildi. Görüşdə Bakı
Gəmiqayırma Zavodunun rəhbərliyi və
fəal gəncləri də iştirak edirdilər.
Tədbir iştirakçılarını əlamətdar gün
münasibəti ilə təbrik edən “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-
dar Cəmiyyətinin sədri Rauf Vəliyev
artıq iyirminci dəfə qeyd edilən bu bay-
ramın tarixindən, gənclərə göstərilən
diqqət və qayğıdan, Azərbaycan gəncli-
yinin ölkənin ictimai-siyasi həyatındakı
mühüm rolundan, taleyini Gəmiçiliklə
bağlayanların dəniz nəqliyyatının inki-
şafına töhfələrindən danışdı.
Gəmiçiliyin rəhbəri bildirdi ki,
ölkəmizdə gənclər siyasətinin bünövrə-
si Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulub. Gənclərin himayədarı kimi
çıxış edən Ümummilli Lider ölkəmizə
rəhbərlik etdiyi illərdə yeniyetmələrin
kamil şəxsiyyət kimi formalaşmalarına,
yüksək təhsil almalarına, dövlətin və
cəmiyyətin sosial-iqtisadi, ictimai-siya-
si və mədəni həyatında fəal iştirakına,
asudə vaxtlarının səmərəli təşkilinə hə-
mişə böyük önəm verirdi.
Hər bir xalqın gələcəyinin gənclər-
dən birbaşa asılı olduğunu vurğulayan
Rauf Vəliyev müstəqil Azərbaycanın
gələcəyi ilə bağlı narahatçılığa əsas
olmadığını diqqətə çatdırdı: “Əksinə,
daha xoşbəxt günlərimizin qabaqda ol-
duğuna böyük bir inam var. Çünki əsa-
sı Ulu Öndər tərəfindən qoyulmuş və
möhtərəm Prezidentimiz İlham Əliye-
vin rəhbərliyi ilə uğurla davam etdirilən
və mahiyyətcə yeni mərhələyə yüksələn
gənclər siyasəti nəticəsində bu gün
ölkəmizdə bilikli, müasir dünyagörüşə
malik, azərbaycançılıq ideyalarına də-
rindən yiyələnən vətənpərvər, fiziki və
mənəvi cəhətdən yenilməz gənclər yeti-
şib. Gənclərlə bağlı dövlət proqramları-
nın qəbul edilməsi, İnkişaf Strategiyası-
nın təsdiq olunması, Gənclər Fondunun
yaradılması və s. gənclərin potensialını
üzə çıxarmağa, onların bilik və bacarı-
ğından səmərəli istifadə etməyə xidmət
edir.”
Sədr bildirdi ki, Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyində də gənclərlə işə
xüsusi önəm verilir. Gənclərin yaxşı
təhsil almaları, bilik və bacarıqlarını
artırmaları, müasir dövrün tələblərinə
uyğun fəaliyyət göstərə bilmələri üçün
burada hər cür şərait yaradılıb. Gəmi-
çilikdə aparılan islahatlardan, onun in-
kişaf perspektivlərindən, müasir, bey-
nəlxalq standartlara tam cavab verən bir
şirkətə çevrilməsi üçün həyata keçirilən
mühüm tədbirlərdən geniş bəhs edən
Rauf Vəliyev bu işlərdə gənclərə daha
çox güvəndiyini vurğuladı. Qeyd etdi
ki, yüksəkixtisaslı kadrların hazırlan-
masına qoyulan vəsait sonralar bütün
sahələrdə üstünlüyü təmin edən həlle-
dici amilə çevrilir. Gəmiçiliyin inkişaf
dinamikası və rəqabətqabiliyyətliyini
də xeyli dərəcədə burada çalışan gənc-
lərin təşəbbüskarlığı, onların öz poten-
siallarını necə reallaşdırdıqları müəy-
yən edəcək. İndiki nəslin müstəqillik
illərində formalaşdığını onların böyük
xoşbəxtliyi hesab edən sədr qeyd etdi
ki, gənclərin ölkənin inkişafına xid-
mət göstərə bilmələri üçün ilk növbədə
bilikli, savadlı olmaları vacibdir. Bu
baxımdan, xüsusilə Azərbaycan Döv-
lət Dəniz Akademiyasında təhsil alan
gənclər çiyinlərinə düşən məsuliyyəti
unutmamalıdırlar.
Gəmiçiliyin rəhbəri üzünü görüş
iştirakçılarına tutaraq dedi: “Bu gün
Gəmiçilikdə rəhbər vəzifələrdə çalı-
şan gənclər az deyil. Onlar sizin üçün
nümunə olmalıdırlar. Yaxşı təhsil alan,
yaxşı mütəxəssis olan gənclər bundan
sonra da Gəmiçilikdə layiq olduqları
vəzifələrdə çalışa biləcəklər”. Gəncləri
daim öz üzərində işləməyə və təşəb-
büskar olmağa çağıran sədr çıxışının
sonunda onları açıq dialoqa dəvət etdi.
Strateji inkişaf və investisiya la-
yihələri departamentinin rəisi Tariyel
Mirzəyev çıxışında Gəmiçiliyin gənc-
lərlə bağlı siyasətindən danışdı. Bildir-
di ki, güclü yerli dənizçi kadr potensi-
alının hazırlanması və ölkədə dənizçi
peşəsinin təbliği, akademiyadan tələbə
buraxılışında keyfiyyətin daha da artırıl-
ması, personalın peşəkarlığının davamlı
inkişaf etdirilməsi və rifahının yaxşılaş-
dırılması, potensiallı gənclərin aparıcı
vəzifələrə daha çox irəli çəkilməsi kimi
məsələlər əsas priotetlərdəndir.
Bakı Gəmiqayırma Zavodunun baş
direktor müavini İmamverdi Həsənov
müəssisənin yaranma tarixi, iş prinsip-
ləri, istehsal prosesləri haqqında görüş
iştirakçılarına məlumat verdi. Xüsusilə
vurğuladı ki, Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyində olduğu kimi, regionun
ən böyük gəmiqayırma müəssisəsində
də hazırda yüksək vəzifələrdə çalışıan-
ların əksəriyyəti məhz gənclərdir.
“Azərbaycan Xəzər Dəniz Gəmi-
çiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
sədri Rauf Vəliyevin açıq və səmimi
söhbətə üstünlük verməsi və tədbirin
əvvəlindən gəncləri açıq dialoqa dəvət
etməsilə ilk dəqiqələrdən yaradılan
gözəl ab-hava görüşün sonuna kimi
qorunub saxlanıldı. Elə buna görə, təd-
bir iştirakçıları arzu və istəklərindən,
onları düşündürən məsələlərdən ürəklə
söz açdılar. Gəncləri narahat edən bü-
tün məsələlərə aydınlıq gətirən Rauf
Vəliyev onların heç bir sualını cavabsız
qoymadı.
Görüşün sonunda əməkdə və təh-
sildə fərqlənən gənclərə qiymətli hədiy-
yələr təqdim olundu.
"DƏNİZ"
“Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyi” Qapalı Səhmdar Cəmiy-
yətinin sədri Rauf Vəliyev fevralın
1-də Gəmiçilikdə çalışan gəncləri
Gənclər Günü münasibətilə təbrik
edib. Təbrikdə deyilir:
Əziz gənclər!
2 fevral Gənclər Günüdür.
İyirmi il əvvəl imzaladığı müvafiq
Sərəncamla təsis edilən bu bayramı
Ümummilli Liderimiz Heydər Əli-
yevin cəmiyyətdə gedən proseslərin
önündə görmək istədiyi Azərbaycan
gəncliyinə töhfəsi də saymaq olar.
Ulu Öndərin əsasını qoyduğu
gənclər siyasətinin möhtərəm Pre-
zidentimiz İlham Əliyevin rəhbərli-
yi ilə müasir dövrün tələblərinə uy-
ğun davam etdirilməsi gənc nəslin
hərtərəfli inkişafı və səmərəli fəaliy-
yəti üçün geniş imkanlar yaradıb.
Bu imkanlardan bəhrələnən gənclər
də borclu qalmır, onlara bəslənilən
ümidləri layiqincə doğrultmağa
çalışırlar. Dövlət başçısının söz-
ləri ilə desək: ”Gənclər cəmiyyə-
timizin fəal üzvləri kimi ölkəmizin
güclənməsində əsas rol oynayırlar.
Mən gənclərin fəaliyyətini yüksək
qiymətləndirirəm. Həm beynəlxalq
müstəvidə, həm ölkə daxilində mən
görürəm ki, bu gün böyüyən gənclər
xalqa, dövlətə bağlıdırlar. Bu, çox
önəmlidir.”
Bütün ölkələr kimi, müstəqil
Azərbaycan Respublikasının da
gələcəyi gənclərdən asılı olcaq.
Bu baxımdan bu gün ölkəmizdə
gənclik adına görülən bütün işlər
– gənclərin intellektual yüksəlişinə
sərmayə qoyulması, fərdi keyfiyyət
və qabiliyyətlərinin inkişaf etdiril-
məsi, milli ruhda tərbiyə olunma-
sı... Azərbaycanın mənafeyinə xid-
mət edir.
“Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyi” Qapalı Səhmdar Cəmiy-
yətinin çoxminli kollektivinin də
böyük bir hissəsini yüksək vətən-
daşlıq hisslərinə malik yeniyetmə
və gənclər təşkil edir. Gəmiçiliyin
rəhbərliyi də qarşıda duran çətin
və şərəfli vəzifələrin həllində onla-
rın istedad və bacarığına, təşəbbüs-
karlığına arxalanır. Gənclərimizin
ümidləri doğrultduqlarını müşahidə
etmək isə çox sevindiricidir.
Əziz gənclər! Sizi Gənclər Günü
münasibəti ilə səmimi-qəlbdən təb-
rik edir, sizə möhkəm cansağlığı,
xoşbəxtlik, təhsildə və əməkdə ye-
ni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!
Rauf vəliyev,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri
RAUf vƏLiYev: “BiZiM çoX ZƏkALI, BAcARIQLI
vƏ iSteDADLI gƏncLƏRiMiZ vAR.”
“hər bir Azərbaycan vətəndaşı, hər bir
Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi
haqqında düşünməlidir.”
Heydər ƏLİYEV,
Ümummilli lider
“gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. ölkəmizin necə inkişaf edəcəyi onlardan
asılıdır. Qoyduğumuz yol və seçdiyimiz strateji xətt öz uğurunu təsdiqləyib. gələcəkdə gənclərdən
asılı olacaqdır ki, ölkəmiz necə inkişaf edəcək və hansı yollarla gedəcək.”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
gƏMiçiLikDƏ çALIşAn gƏncLƏRin
üMiDLƏRi DoğRULtDUQLARInI
MüşAhiDƏ etMƏk çoX SevinDiRiciDiR
Xəzər dənizi hövzəsi ölkələri ara-
sında ticari-iqtisadi əməkdaşlığa dair
sazişin layihəsi Aşqabadda Xəzəryanı
dövlətlərin nümayəndələri tərəfindən
müzakirə olunub.
Tədbir Türkmənistan Xarici İşlər
Nazirliyi, İqtisadiyyat və İnkişaf Na-
zirliyi, habelə Türkmənistan Prezi-
denti yanında Xəzər dənizi məsələlə-
ri üzrə dövlət müəssisəsi tərəfindən
təşkil edilib. Türkmənistan KİV-ləri
xəbər verir ki, Xəzər regionu ölkələ-
rinin müvafiq nazirlik və idarələrinin
rəhbərləri və aparıcı mütəxəssisləri-
nin iştirak etdiyi görüşdə Xəzərya-
nı dövlətlər arasında ticari-iqtisadi
əməkdaşlığa dair Türkmənistan tərə-
findən hazırlanmış sazişin layihəsi
müzakirə edilib.
Belə bir saziş bağlamaq təşəbbü-
sü 2014-cü ilin sentyabr ayında Həş-
tərxanda Xəzəryanı ölkələrin dövlət
başçılarının IV sammitində Türkmə-
nistan Prezidenti Qurbanqulu Ber-
diməhəmmədov tərəfindən səslənib.
Türkmənistan tərəfinin fikrincə, bu
sənəd Xəzəryanı dövlətlər arasında ti-
cari-iqtisadi əlaqələri şaxələndirməyə
və Xəzər regionunun mühüm enerji,
sənaye və nəqliyyat-tranzit potensialını
reallaşdırmağa imkan verəcək.
Danışıqların gedişində daimi fəa-
liyyətdə olan Xəzər İqtisadi Forumu-
nun yaradılması məsələsi də müzakirə
edilib. Bu forum region ölkələrinin
hakimiyyət və işgüzar dairələrinin nü-
mayəndələri üçün səmərəli danışıqlar
məkanına çevrilə, habelə regionun in-
vestisiya cəlbediciliyinə müsbət təsir
göstərə bilər.
Azərbaycan Respublikasının insan
hüquqları üzrə müvəkkili (Ombuds-
man) Xocalı soyqırımının 25-ci ildönü-
mü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir ki, Ermənistanın
Azərbaycana qarşı işğalçılıq və soyqı-
rımı siyasətinin tərkib hissəsi olan, bey-
nəlxalq hüququn norma və prinsiplərinin,
insan hüquq və azadlıqlarının kütləvi
şəkildə, kobudcasına pozulması ilə nəti-
cələnən, bəşər tarixinə böyük qanlı faciə
kimi daxil olan Xocalı soyqırımından 25
il ötür. Bu faciə erməni millətçilərinin və
onların havadarlarının Azərbaycan xalqı-
na qarşı uzun müddət davam edən etnik
təmizləmə və soyqırımı siyasətinin daha
bir dəhşətli nümunəsidir.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Azərbaycanın Xocalı şəhərin-
də erməni silahlı birləşmələrinin keçmiş
sovet ordusunun Xankəndidəki 366-cı
motoatıcı alayı ilə birgə törətdiyi cinayət
beynəlxalq hüquq baxımından məhz
soyqırımı kimi qiymətləndirilməlidir. Bu
alayın çoxsaylı ağır texnikası şəhərə ye-
ridilib, cinayətkarlar vahimə içərisində
şəhəri tərk etmək məcburiyyətində qalan
dinc insanları amansızcasına qətlə yeti-
riblər, şəhər yerlə-yeksan edilib, yaşayış
evləri və sosial infrastruktur tamamilə da-
ğıdılıb və yandırılıb.
Xocalı soyqırımı zamanı 613 nəfər
insanın, o cümlədən 106 qadın, 63 uşaq,
70 qocanın həyatına son qoyulub, yüzlər-
lə dinc sakin ağır yaralanıb, 1275 nəfər
girov götürülüb. Həmin kütləvi qırğın hə-
yata keçirilərkən 8 ailə bütünlüklə məhv
edilib, 25 uşaq hər iki valideynindən, 130
uşaq isə valideynlərinin birindən məhrum
edilib, əsir və girov götürülənlərə aman-
sız işgəncələr verilib. Bu zaman soydaşla-
rımızın əsas insan hüquqları, ən başlıcası
isə təməl hüquq olan yaşamaq hüququ
kütləvi şəkildə pozulub.
Bu faciəni törətməklə Azərbaycana
qarşı hərbi təcavüzün miqyasını daha da
genişləndirən və ölkəmizin ayrılmaz tər-
kib hissəsi olan Dağlıq Qarabağın hüdud-
larından kənara çıxaraq, Laçın, Kəlbəcər,
Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zən-
gilan rayonlarını işğal edən Ermənistanın
apardığı etnik təmizləmə siyasəti nəticə-
sində 20 min soydaşımızın həyatına son
qoyulub, torpaqlarımızın 20 faizi işğala
məruz qalıb.
Xocalıda erməni qəsbkarları tərə-
findən törədilən bu kütləvi insan qırğını
ağlasığmaz qəddarlığı və işgəncələri ilə
birmənalı olaraq, genosid faktıdır. Belə
ki, beynəlxalq hüquqa əsasən genosid
ən ağır cinayətlərdəndir. BMT Baş Məc-
lisinin 1946-cı il 11 dekabr tarixli 96 (I)
saylı qətnaməsində qeyd olunur ki, geno-
sid insan qruplarının yaşamaq hüququnu
pozmaqla insan mənliyini təhqir edir,
bəşəriyyəti insanlar tərəfindən yaradılan
maddi və mənəvi dəyərlərdən məhrum
edir, BMT-nin məqsəd və vəzifələrinə,
ümumbəşəri dəyərlərə tamamilə ziddir və
dünya birliyi tərəfindən pislənir.
Genosid cinayətinin əlamətləri BMT
Baş Məclisinin 1948-ci il 9 dekabr ta-
rixli 260 (III) saylı qətnaməsi ilə qəbul
olunmuş “Genosid cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında”
Konvensiyada müəyyən edilib. Xoca-
lı soyqırımı zamanı baş vermiş cinayət
əməllərinin qabaqcadan düşünülmüş
qaydada, milli əlamətinə görə insanların
kütləvi şəkildə məhv edilməsi niyyəti ilə
törədilməsi onun genosid aktı olduğunu
sübut edir. Azərbaycana qarşı təcavüz
zamanı adıçəkilən Konvensiyada təsbit
olunmuş genosid cinayətini təşkil edən
bütün əməllər tətbiq olunub. Lakin təəs-
süf ki, Azərbaycanda dinc əhaliyə qar-
şı belə dəhşətli soyqırımı aktları həyata
keçirilməsinə baxmayaraq, bu faktlar, o
cümlədən Xocalı soyqırımı beynəlxalq
aləmdə hələ də öz hüquqi-siyasi qiymə-
tini almayıb, bu hadisəni planlaşdıranlar,
təşkil edənlər və törədənlər məsuliyyətə
cəlb edilməyib, layiqli cəzalarını almayıb
və bu istiqamətdə hər hansı bir tədbir gö-
rülməyib.
İşğal edilmiş Dağlıq Qarabağ və yed-
di ətraf rayon Azərbaycan ərazisinin ay-
rılmaz tərkib hissəsidir. Bunu beynəlxalq
hüquq, o cümlədən BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli məlum 822,
853, 874 və 884 saylı qətnamələri, BMT
Baş Məclisinin “Azərbaycanın işğal olun-
muş ərazilərində vəziyyət” adlı 2008-ci
il 14 mart tarixli qətnaməsi, AŞPA-nın
Azərbaycan ərazilərinin erməni hərbi
qüvvələri tərəfindən işğal edildiyini və
Dağlıq Qarabağ regionunun separatçı
rejimi tərəfindən idarə olunmasını təsdiq
edən 2005-ci il tarixli 1416 saylı qət-
naməsi və 1690 saylı tövsiyəsi bir daha
sübut edir. İşğal nəticəsində bir milyon-
dan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə düşərək əsas hüquq-
ları kobudcasına pozulub.
Ermənistan Avropa Şurasına üzv qə-
bul olunarkən Parlament Assambleyası-
nın 221 saylı Rəyi əsasında öz üzərinə bir
sıra öhdəliklər götürüb, Dağlıq Qarabağ
münaqişəsinin yalnız dinc yollarla ni-
zamlamaq üçün səyləri davam etdirmək,
beynəlxalq və yerli mübahisələri, qonşu-
lara qarşı hər hansı güc tətbiqinə və hə-
dələməyə yol vermədən, dinc vasitələrlə
və beynəlxalq hüququn prinsipləri əsasın-
da həll etmək öhdəliyini götürüb. Lakin
erməni tərəfi qeyri-konstruktiv mövqe
nümayiş etdirərək, bu öhdəliklərə əməl
etmir, regionda sülhün bərqərar olmasına
maneçilik törədir, atəşkəs rejimini mütə-
madi olaraq pozur.
Belə ki, 2016-cı il aprelin 2-də işğal
olunmuş Azərbaycan ərazilərindən və
Ermənistan Respublikası ərazilərindən
erməni silahlı qüvvələri tərəfindən qəf-
lətən iri miqyasda Azərbaycan Respub-
likasının əraziləri, cəbhəyanı bölgələrdə
məskunlaşan mülki əhalimizin yaşadığı
çoxsaylı yaşayış məntəqələri, məktəblər
və digər sosial obyektlər, habelə Azər-
baycan Silahlı Qüvvələrinin qoşunlarının
təmas xətti boyunca mövqeləri ağır ar-
tilleriyadan, iriçaplı silahlardan intensiv
atəşə məruz qalıb. Nəticədə dinc əhali,
o cümlədən uşaqlar, qadınlar və ahıllar
həlak olub və ağır yaralanıb. Bu təxri-
batlar nəticəsində beynəlxalq sənədlərin,
o cümlədən Cenevrə konvensiyalarının
müddəaları kobud şəkildə pozulub, bu
da ölkəmizə səfər edən xarici jurnalistlər
tərəfindən də müşahidə edilib.
Avropa Parlamentinin Dağlıq Qara-
bağla bağlı 2013-cü il 23 oktyabr tarixli
qətnaməsi də beynəlxalq birliyin ölkəmi-
zin haqlı mövqeyini dəstəkləməsini və iş-
ğal faktının tanımasını təsdiqləyir. Həmin
sənəddə bir daha Dağlıq Qarabağ mü-
naqişəsinin BMT Təhlükəsizlik Şurasının
məlum qətnamələri əsasında həllinin va-
cibliyi qeyd olunub və işğalçı qüvvələrin
zəbt olunmuş Azərbaycan ərazilərindən
dərhal, qeyd-şərtsiz və tam çıxarılması
tələb edilib. Təəssüf ki, bununla bağlı da
heç bir tədbir görülməyib və Azərbayca-
nın zəbt olunmuş əzəli torpaqları hələ də
işğal altındadır.
Bu günlərdə Avropa Şurası Parlament
Assambleyasının plenar iclasında Uk-
rayna nümayəndə heyətinin başçısı, elm,
mədəniyyət, təhsil və media komitəsinin
sədri Vladimir Aryevin “Avropada jurna-
listlərə və mətbuat azadlığına hücumlar”
mövzusunda məruzəsi üzrə qəbul edilmiş
qətnamənin 9-cu bəndində Dağlıq Qara-
bağın Azərbaycana məxsus olması növ-
bəti dəfə təsdiq edilib. Sənəddə bu kimi
əraziləri nəzarətdə saxlayan rejimlərin se-
paratçı mahiyyəti vurğulanıb, bu ərazilər
“qanunsuzluğun hökm sürdüyü tamamilə
qeyri-şəffaf zonalar” adlandırılıb.
Bəyanatda deyilir ki, ümummilli lide-
rimiz Heydər Əliyev Xocalı soyqırımının
əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü
ilin fevralında Azərbaycan Respublika-
sının Milli Məclisi Xocalı soyqırımına
hüquqi-siyasi qiymət verib.
Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyev hər zaman bu mü-
naqişənin yalnız ölkəmizin ərazi bütöv-
lüyü çərçivəsində həll olunmasının, zəbt
edilmiş Azərbaycan torpaqlarından işğal-
çı qüvvələrin çıxarılmasının zəruriliyini
daim qətiyyətlə vurğulayır, soyqırımı
cinayətini törətmiş şəxslərin məsuliyyətə
cəlb olunmasının vacibliyini bəyan edir.
Eyni zamanda, Xocalı soyqırımının
iyirmi beşinci ildönümü haqqında Azər-
baycan Respublikası Prezidentinin Sərən-
camına əsasən, müvafiq tədbirlər planı
təsdiq edilib və bu istiqamətdə mühüm
tədbirlər həyata keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezi-
denti Leyla Əliyevanın təşəbbüsü ilə hə-
yata keçirilən və geniş vüsət almış “Xoca-
lıya ədalət!” beynəlxalq təbliğat-təşviqat
kampaniyası Xocalı soyqırımı haqqında
həqiqətlərin dünyada təbliğ olunmasın-
da, bu faciənin Azərbaycan xalqına qarşı
soyqırımı aktı kimi tanınmasında mühüm
rol oynayır, bunun nəticəsi olaraq dünya-
nın bir sıra ölkələrində bu soyqırımı ilə
bağlı müvafiq qərarlar qəbul edilir.
Son dövrlər bütün dünyada ermənilə-
rin azərbaycanlılara qarşı törətdiyi soyqı-
rımı siyasəti pislənilir, Xocalıda törə-
dilmiş qanlı qətliam beynəlxalq hüquq
normalarına uyğun olaraq qiymətləndiri-
lir.
Artıq Meksika, Kolumbiya, Peru, Pa-
kistan, Bosniya və Herseqovina, Rumıni-
ya, Çexiya, Sudan, İordaniya, Honduras,
Qvatemala, Panama, Sloveniya və Cibuti
parlamentləri də Xocalı soyqırımını bey-
nəlxalq hüquq normaları müstəvisindən
tanıyıblar.
Habelə ABŞ-ın 21 ştatı - Massaçu-
sets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Mek-
sika, Arkanzas, Corciya, Oklahoma, Ten-
nesi, Pensilvaniya, Konnektikut, Florida,
Missisipi, Vest Virciniya, İndiana, Yuta,
Nebraska, Havay, Montana, Arizona və
Aydaho ştatlarının qanunverici orqanla-
rında da müvafiq qətnamələr qəbul olu-
nub.
İslam Əməkdaşlıq Təşkilatı Ermə-
nistanı təcavüzkar, Xocalı faciəsini isə
soyqırımı kimi tanıyan ilk beynəlxalq
təşkilatdır. Bu təşkilatın Gənclər Forumu-
nun dünyanın çoxsaylı ölkələrində həyata
keçirdiyi “Xocalıya ədalət!” kampaniya-
sının məramı da beynəlxalq ictimaiyyəti
bu qanlı hadisə ilə bağlı ətraflı məlumat-
landırmaqdır.
Lakin Xocalı soyqırımına hələ də
beynəlxalq miqyasda hüquqi-siyasi qiy-
mət verilməməsi, bu cinayəti törədənlərin
cəzalandırılmaması təəssüf və hiddət his-
si doğurur.
Eyni zamanda, qeyd olunmalıdır ki,
Azərbaycanın və Ermənistanın vətən-
daş cəmiyyətlərinin fəalları bir araya
gələrək Sülh Platformasının yaradılma-
sına qərar veriblər və həmin Platforma
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə, beynəlxalq
hüququn prinsipləri çərçivəsində həllini
məqsəd kimi qarşıya qoyublar.
“Xocalı faciəsinin 25-ci ildönümü
günlərində şəhidlərin xatirəsini dərin
hüznlə yad edərək bildirirəm ki, ikili stan-
dartlara yol vermədən, beynəlxalq hüquq
norma və prinsiplərinə uyğun olaraq,
bu hadisə xüsusi beynəlxalq komissiya
tərəfindən araşdırılmalı, səlahiyyətli bey-
nəlxalq qurumlar tərəfindən genosid aktı
kimi tanınmalı, cinayət törədənlərə qarşı
sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu
beynəlxalq qurumları birmənalı mövqe
nümayiş etdirərək, bir daha bu soyqırı-
mını pisləməyə, onu törədənlərin tezliklə
ədalətli cəzalarını alması üçün səyləri ar-
tırmağa çağırıram.
Bir daha bəyan edirik ki, Ermənis-
tan münaqişə ilə bağlı qəbul edilmiş
beynəlxalq sənədlərin qərarlarını yerinə
yetirməli, Azərbaycanın ərazi bütövlüyü
bərpa olunmalı, azərbaycanlı əsir və gi-
rovlar azad edilməli, qaçqın və məcburi
köçkünlərin pozulmuş hüquqları bərpa
olunmalı, onlar öz doğma yurdlarına qa-
yıtmalı, habelə günahsız, dinc insanları
məhv edən cinayətkarlar tezliklə ədalət
məhkəməsi qarşısında cavab verməli və
cəzalandırılmalıdır”, - deyə ombudsman
bəyanatda qeyd edir.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
10 fevral 2017-ci il № 9-12 (9103)
3
XocALI SoYQIRIMInIn 25-ci
iLDönüMünün keçiRiLMƏSinƏ DAiR
tƏDBiRLƏR PLAnI tƏSDiQ eDiLiB
Azərbaycan Res-
publikasının Prezidenti
Administrasiyası rəhbəri-
nin sərəncamı ilə “Xocalı
soyqırımının iyirmi beşinci
ildönümünün keçirilməsinə
dair tədbirlər planı” təsdiq
edilib.
Tədbirlər planı Azər-
baycan Respublikası Prezi-
dentinin “Xocalı soyqırımı-
nın iyirmi beşinci ildönümü
haqqında” 2017-ci il 24
yanvar tarixli Sərəncamının
icrasını təmin etmək məqsə-
dilə hazırlanıb.
Tədbirlər planında Ba-
kının Xətai rayonunda, Go-
ranboy rayon mərkəzində
və Ağcakənd qəsəbəsində
Xocalı soyqırımı qurban-
larının xatirəsinə ucaldıl-
mış abidələrin önünə əklil
qoyulması mərasimlərinin
keçirilməsi, ictimaiyyət nü-
mayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Xocalı
köçkünlərinin beynəlxalq ictimaiyyətə müraciəti, Azərbaycan Res-
publikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində
və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat
konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli
kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, in-
ternet şəbəkəsində qanlı qırğını əks etdirən materialların yayılması
və mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və
qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr
olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, te-
atr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblər-
də xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək,
milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii film-
lər nümayiş etdiriləcək.
Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda
(Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabi-
rabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbər-
lərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə
görüşləri təşkil ediləcək.
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqı-
rımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisin-
də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində
Azərbaycanın dövlət bayraqları endiriləcək.
keçƏn AY ceYhAn LiMAnInDAn
2 MiLYon ton AZƏRBAYcAn nefti
DünYA BAZARInA çIXARILIB
2017-ci ilin yanvar ayı ərzində 2 milyon 48 min 786 ton Azər-
baycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 mil-
yon 398 min 440 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fon-
dunun nefti təşkil edib.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
(BTC) istismara verilən gündən 2017-ci il fevral ayının 1-dək Cey-
han limanından 321 milyon 883 min 385 ton Azərbaycan nefti dünya
bazarlarına yola salınıb.
Btc kƏMƏRi iLƏ 2,4 MiLYon
tonDAn çoX AZƏRBAYcAn
nefti nƏQL oLUnUB
2017-ci ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru kəməri (BTC) vasitəsilə 2 milyon 412 min 263 ton Azərbay-
can nefti nəql edilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, ümumiyyətlə,
kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-dək BTC-
yə 323 milyon 950 min 325 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935
min 880 ton Türkmənistan nefti nəql olunub.
XƏZƏRDƏ iQtiSADi ƏMƏkDAşLIQ hAQQInDA
SAZişin LAYihƏSi MüZAkiRƏ oLUnUB
XocALI SoYQIRIMInI töRƏDƏnLƏR teZLikLƏ
ƏDALƏt MƏhkƏMƏSi QARşISInDA
cAvAB veRMƏLi vƏ cƏZALAnDIRILMALIDIR
Vladimir Kazimirovun “Nezavisi-
maya qazeta”da dərc edilmiş, ölkəmizə
münasibətdə qərəzli mövqedən yazılmış
və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin mahiyyətini
təhrif edən məqalələrinə (sonuncu belə
məqalə yanvarın 26-da çap olunub)
cavab olaraq həmin qəzetin 2017-ci il
6 fevral tarixli nömrəsində Azərbay-
can Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyevin
“Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi Vladimir Kazimi-
rovun əyri güzgüsündə” adlı məqaləsi
dərc edilib. Məqaləni təqdim edirik.
Rusiya mətbuatında vaxtaşırı özünü
yada salan keçmiş səfir Vladimir Kazi-
mirov yenə dözməyib və özündən müş-
təbeh tərzdə ümumi xarakterli öyüd-nə-
sihət verməyi, eləcə də konkret olaraq
Azərbaycanı “haqq yoluna dəvət etmə-
yi” qərara alıb. Həm də o bunu Azərbay-
cana və bu ölkənin diplomatik xidmətinə
münasibətdə elementar etikadan kənar
tərzdə edib. İstər-istəməz buna reaksiya
verilməli idi, lakin mən oxşar yolla get-
məyi yersiz hesab etdim və əsas məqam-
ların icmalını daha münasib formada
təqdim etməyə üstünlük verdim.
Cənab Kazimirovun inadkarlıqla
son on ildə eyni, lakin məzmunca artıq
xeyli köhnəlmiş tezislərinin növbəti por-
siyasını şərh etməzdən əvvəl Vladimir
Nikolayeviçə bir sualım var: əgər siz
özünüzü bu qədər yüksək səriştəli hesab
edirsinizsə, müvafiq mandatınız olduğu
vaxtda – 1996-cı ilə qədər nə üçün bu
münaqişənin qəti həllinə nail ola bilmə-
diniz? Axı nə siz, nə də ATƏT-in Minsk
qrupunda sizin varisləriniz hələ bunu edə
bilməyib.
Əslində siz özünüz də bu faktı inkar
etmirsiniz. Üstəlik, bu il yanvarın 26-da
“Nezavisimaya qazeta”da dərc olunmuş
sonuncu məqalənizin əvvəlində də qeyd
edirsiniz ki, münaqişəni dinc yolla həll
etmək cəhdləri 20 ildən artıq vaxt alıb.
Bunun təqsirkarı kimi, guya vasitəçilə-
rin təşəbbüslərini pozan Azərbaycanı
göstərməyə çalışırsınız, sizin fikrinizcə,
“hər iki erməni tərəfi” isə Minsk qru-
punun təklifləri üzərində işləməyə ha-
zır olduqlarını göstərir. Siz Azərbaycan
tərəfin bütün mümkün yollardan, hətta
hərbi yoldan da istifadə etməklə öz ərazi
bütövlüyünü müdafiə etmək kimi ayrıl-
maz hüququ barədə bəyanatları-
na görə ah-zar edərək, pərdələn-
məyə çalışırsınız.
Lakin insanları çaşdırmağa
çalışmaq yersizdir. Siz, cənab
Kazimirov, çox yaxşı bilirsiniz
ki, “erməni tərəfləri” anlayışı
yoxdur, münaqişənin tərəfləri
olan Ermənistan və Azərbaycan,
bir də bu münaqişənin həllində
maraqlı tərəflər kimi Dağlıq Qa-
rabağın erməni və Azərbaycan
icmaları var. Bütün beynəlxalq
vasitəçilər məhz bu formatda
işləyiblər və yenə bu formatda
işləyirlər.
Bundan əlavə, yaxşı olardı ki, siz
– hazırda istefada olan keçmiş yüksək-
vəzifəli diplomat BMT Nizamnaməsini
götürüb bu sənədin dövlətlərin özünü-
müdafiə hüququ və təcavüzü dəf etmək
hüququndan bəhs edilən 51-ci maddəsini
nəzərdən keçirəsiniz. Bütün beynəlxalq
münasibətlər sisteminin bazası olan bu
mühüm sənədi yaddaşınızda təzələmək
təhrifləri aradan qaldırmağa kömək et-
məlidir. Bu təhriflər sizi o dərəcəyə çat-
dırır ki, deməyinizə görə, təcavüzün qur-
banı özü təqsirkardır, təcavüzkar isə az
qala “sülh göyərçini”dir.
Sizin sonuncu məqalənizdən belə
təsəvvür yarana bilər (hər halda müəllif
çox səylə belə təsəvvür yaratmağa çalı-
şır) ki, vasitəçilərin Ermənistan-Azər-
baycan münaqişəsinin tənzimlənməsinə
dair bütün fəaliyyəti müddətində cəmi
iki sanballı sənəd yaranıb və hər iki sənə-
din “atası” Kazimirovdur. 1994-1995-ci
illərdə yaradılmış bütün sənədlər komp-
leksindən yalnız faks aparatının düymə-
sini basmaqla iştirak etdiyiniz sənədləri
qabartmaq, bütün başqa sənədləri unut-
maq, onların barəsində susmaq sizin
peşəkar eqoizminizin və ya peşəkar am-
neziyanızın növbəti təzahürüdür.
Xatırladırıq. Münaqişə tərəfləri ara-
sında atəşkəs haqqında 1994-cü il 5 may
tarixli Bişkek protokolunda “ən intensiv
iş apararaq ən qısa müddətdə etibarlı,
hüquqi öhdəliklər irəli sürülən, hərbi
əməliyyatların və düşmənçilik hərəkət-
lərinin bərpa olunmamasını, qoşunların
işğal edilmiş ərazilərdən çıxarılmasını,
kommunikasiyaların fəaliyyətinin bərpa
olunmasını, qaçqınların qaytarılmasını,
danışıqlar prosesinin davam etdirilməsi-
ni təmin edən mexanizm nəzərdə tutulan
sazişlər imzalanması yolu ilə bu proto-
kolun təsbit edilməsi” barədə çağırışlar
var. Məlum olduğu kimi, bu razılaşmalar
əsasında 1994-cü il mayın 12-də atəşkəs
rejimi qüvvəyə minib. 1994-1995-ci il-
lərdə tərəflərin müzakirə etdiyi bütün
başqa sənədlərin məqsədi bu razılaşma-
ları implementasiya etmək olub. Konkret
tədbirlər arasında atəşkəs rejiminin qoru-
nub saxlanması (tənzimləmə üçün şəra-
it yaradan texniki məqamlar) və işğalçı
qüvvələrin çıxarılması (nizamlamanı tə-
min edən məzmun aspektləri) də var.
Belə ki, işğal edilmiş ayrı-ayrı əra-
zilərdə vəziyyətin tənzimlənməsinə dair
Tədbirlər Təqvimi haqqında 1995-ci il
5 noyabr tarixli II Əlavədə işğal olun-
muş Ağdərə, Ağdam, Xocavənd, Füzuli,
Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər
və Laçın rayonlarının işğaldan azad edil-
məsinin və minalardan təmizlənməyə
başlanmasının zaman çərçivələri birbaşa
müəyyən edilib.
İşğal edilmiş ərazilərin dərhal və
qeyd-şərtsiz azad edilməsi barədə bu
tələblər BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul edilmiş və yaxşı mə-
lum olduğu kimi, icrası üçün iddia müd-
dəti olmayan dörd qətnaməsinin (822,
853, 874 və 884 nömrəli) müddəala-
rından irəli gəlirdi. Həmin qətnamələrə
görə, BMT Təhlükəsizlik Şurası Azər-
baycana qarşı güc tətbiq edilməsini və
onun ərazilərinin işğal olunmasını pis-
lədi və eyni zamanda, Azərbaycanın su-
verenliyini və ərazi bütövlüyünü, onun
beynəlxalq səviyyədə qəbul edilmiş sər-
hədlərinin toxunulmazlığını bir daha təs-
diqlədi. Təhlükəsizlik Şurası həmin qət-
namələrdə bir daha təsdiq etdi ki, Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz tərkib
hissəsidir.
Bu tələblərin Ermənistan tərəfindən
yerinə yetirilməməsini, ehtimal ki, onu
beynəlxalq hüquq qaydalarına və dövlət-
lərin dinc yanaşı yaşaması normalarına
hörmət etməyin zəruri olmasına inandıra
bilməmiş beynəlxalq vasitəçilərin nöq-
sanı hesab etmək olar. Nəticədə Azər-
baycan torpaqlarının işğalı davam edir
və bu, yeganə faktdır ki, siz haqlı olaraq
onu təsdiqləyirsiniz. Bu halda təcavüz-
kara qarşı təsirli beynəlxalq qınaq və
onu sülhə məcbur etmək tədbirləri görül-
mür. Lakin bunun səbəbi təcavüzə məruz
qalmış Azərbaycanın “qeyri-konstruktiv
mövqeyi” deyil, işğalçı tərəfin bütün
beynəlxalq qərarları, o cümlədən BMT
Təhlükəsizlik Şurasının imperativ xarak-
terli qətnamələrini də sabotaj etməsidir.
Sizin sənədli ekvilibristikadan isti-
fadə etməklə təcavüzkara hər vasitə ilə
himayəçilik etmək cəhdləriniz vəziyyəti
daha da gərginləşdirir, qoşunların təmas
xəttində nəzarət tədbirlərindən dəm vur-
maqla status-kvonu uzatmağa çalışan
Ermənistanın mövqeyini bir növ dəstək-
ləmək illüziyası yaradır. Hərçənd, tama-
milə aşkardır ki, hər hansı insidentlərə
yol verməməyin yeganə təsirli və etibarlı
üsulu işğalçı Ermənistan qüvvələrinin
Azərbaycan ərazilərindən çıxarılmasını
təmin etməkdir. Yalnız bu halda hazırda
aparılan danışıqlar prosesi çərçivəsində
münaqişənin qəti siyasi tənzimlənmə-
sinə doğru irəliləmək mümkün olar.
Siz isə, Vladimir Nikolayeviç, yaxşı
olar ki, artıq 20 ildən çox müddətdə heç
bir aidiyyətiniz olmayan proses ətrafında
informasiya feykləri yaratmayasınız.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
10 fevral 2017-ci il № 9-12 (9103)
4
Gəmiçilikdə çalışan və Ümum-
milli Liderimiz Heydər Əliyevin ide-
yaları ilə silahlanmış Yeni Azərbaycan
Dostları ilə paylaş: |