A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
29 fevral 2016-cы il № 9-12 (9015)
2
R
espublikamızda
2016-cı il üçün
tələbə qəbulu kampaniyası
artıq başlanıb. 2016/2017-
ci tədris ilində Azərbaycan
Dövlət Dəniz Akademiyasına
yüksək göstəricilərə malik
abituriyentlərin qəbul olma-
sını təmin etmək məqsədilə,
eləcə də ölkəmizin müxtəlif
regionlarında və paytaxtda
yerləşən orta məktəblərdə
aparılan təbliğat layihəsinin
tərkib hissəsi kimi, fevralın
20-də ADDA-da “Açıq qapı
günü” keçirildi.
Tədbirə X-XI sinif şagirdləri
və onların valideynləri ilə yanaşı,
Səbail rayon icra hakimiyyətinin,
Dövlət Dəniz Administrasiya-
sının, Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyinin rəhbər işçiləri də
dəvət olunmuşdular.
Dəniz Akademiyasının rekto-
ru Çingiz Əliyev qonaqları salam-
layaraq, bölgədə ali təhsilli dəniz-
çi kadrlar hazırlayan bu yeganə
təhsil ocağının maddi-texniki
bazası, təlim-tədris prosesi, tələ-
bələr üçün yaradılmış şərait barə-
də ətraflı məlumat verdi. Bildirdi
ki, “Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyi” QSC yaradıldıqdan son-
ra Gəmiçiliyin rəhbərliyi Dəniz
Akademiyasının problemlərinə
xüsusi həssaslıqla yanaşır, dəniz-
çi peşəsinin nüfuzunun bərpası
istiqamətində ardıcıl tədbirlər gö-
rür. Belə ki, tədrisin yüksək bey-
nəlxalq standartlar səviyyəsində
aparılması üçün yeni trenajorlar,
laboratoriyalar alınır, xarici dil-
lərin öyrədilməsinə böyük diqqət
yetirilir. Bununla yanaşı, tələbələ-
rin sosial həyatına fikir verilir,
onlar pulsuz yataqxana və geyim
forması, gündə iki dəfə pulsuz isti
yemək, bütün lazımi mühazirə və
dərsliklərlə təmin olunurlar.
Səbail RİH başçısının müavini
Xalidə Bayramova icra hakimiy-
yəti ilə Gəmiçiliyin əməkdaşlığın-
dan, birgə layihələrindən söhbət
açdı, rayonda əlil uşaqlara, im-
kansızlara, şəhid ailələrinə göstə-
rilən qayğıya görə “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin sədri Rauf
Vəliyevə minnətdarlığını bildirdi.
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cə-
miyyəti sədrinin birinci müavini
Zamiq İsmayılov çıxışında bil-
dirdi ki, Azərbaycanın sürətli və
hərtərəfli inkişafının əsasında
ölkəmizi tərəqqi yoluna çıxarmış
Ulu Öndər Heydər Əliyevin ide-
yaları və siyasi kursunun möh-
tərəm Prezidentimiz İlham Əliyev
tərəfindən layiqincə davam etdi-
rilməsi dayanır. İstənilən dövlə-
tin, xalqın öz gələcəyinə əminli-
yi isə məhz gəncliklə bağlı olur.
Müstəqil Azərbaycan dövləti də
ilk növbədə, gəncliyinin intel-
lektual inkişafına nail olmaqla,
bütövlükdə ölkənin daha xoş-
bəxt gələcəyinin etibarlı təməlini
qoyur. Buna görə, Azərbaycan
Dövlət Dəniz Akademiyasında
da həyata keçirilən islahatların
əsas hədəfləri sırasında tələbələr-
də yetkin düşüncə tərzinin, aydın
vətəndaşlıq mövqeyinin formalaş-
dırılması xüsusi yer tutmalıdır.
Sədrin birinci müavini daha
sonra valideynlərə və gənclərə
şərəfli dənizçi peşəsindən söz
açdı, dünya sularında müstəqil
Azərbaycanın üçrəngli bayrağı-
nı dalğalandırmağın böyük qü-
rur hissi doğurduğunu vurğuladı.
Qeyd etdi ki, o da vaxtilə Dəniz
Akademiyasını bitirib və bu təhsil
ocağında aldığı biliklər hesabı-
na uğurlu karyera qurub. Bu yol
hər bir məktəbli və tələbə üçün
açıqdır. Yaxşı oxumaqla, elmlərə
yüksək səviyyədə yiyələnməklə
həyatda müvəffəqiyyət qazanmaq
gənclərin öz əlindədir. Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyinin
rəhbərliyi isə hər zaman onların
yanındadır və bacarıqlı, savad-
lı mütəxəssislərin yetişdirilməsi
üçün əlindən gələni edir.
Dövlət Dəniz Administrasiyası
rəisinin müavini Şahlar Məmmə-
dov təcrübəli dənizçi kimi tarixi
məqamlara toxunaraq, müstəqil
pespublikamızda dəniz nəqliyya-
tının formalaşmasında Ulu Öndər
Heydər Əliyevin xidmətlərindən
söz açdı. Azərbaycanın bir dəniz
dövləti kimi beynəlxalq aləmdə
tanınması, dənizçilik sahəsində
nüfuz qazanması barədə gətirilən
faktlar gənclərin xüsusi marağına
səbəb oldu.
Görüşdə Azərbaycan Döv-
lət Dəniz Akademiyası haqqında
videofilm nümayiş etdirildi, va-
lideynlərə və məktəblilərə təhsil
müəssisəsinin potensialı ilə bağlı
ətraflı bilgilər çatdırıldı.
Qonaqlar Dəniz Akademiyası-
nın auditoriya və laboratoriyaları-
nı gəzdilər, beynəlxalq standartla-
ra cavab verən tədris trenajorları
ilə yaxından tanış oldular. Müxtə-
lif fakültələrin dekanları və kafed-
ra müdirləri onları maraqlandıran
bütün suallara ətraflı cavab ver-
dilər.
Dəniz Akademiyasında “Açıq
qapı günü” bilik bayramı ovqatı
ilə yekunlaşdı.
Dostları ilə paylaş: