R b a y c a n X z r d n z g m


“dənizlə sərnişinlərin və onların



Yüklə 26,96 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix02.01.2022
ölçüsü26,96 Mb.
#1678
1   2   3   4   5   6   7   8   9   ...   24
“dənizlə sərnişinlərin və onların 

Baqajlarının daşınması zamanı 

dəymiş ziyana görə məsuliyyət”


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


29 fevral 2016-cы il   № 9-12 (9015)

2

R

espublikamızda 

2016-cı il üçün 

tələbə qəbulu kampaniyası 

artıq başlanıb. 2016/2017-

ci tədris ilində Azərbaycan 

Dövlət Dəniz Akademiyasına 

yüksək göstəricilərə malik 

abituriyentlərin qəbul olma-

sını təmin etmək məqsədilə

eləcə də ölkəmizin müxtəlif 

regionlarında və paytaxtda 

yerləşən orta məktəblərdə 

aparılan təbliğat layihəsinin 

tərkib hissəsi kimi, fevralın 

20-də ADDA-da “Açıq qapı 

günü” keçirildi. 

Tədbirə  X-XI  sinif  şagirdləri 

və onların valideynləri ilə yanaşı, 

Səbail rayon icra hakimiyyətinin, 

Dövlət  Dəniz  Administrasiya-

sının,  Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyinin  rəhbər  işçiləri  də 

dəvət olunmuşdular.

Dəniz  Akademiyasının  rekto-

ru Çingiz Əliyev qonaqları salam-

layaraq, bölgədə ali təhsilli dəniz-

çi  kadrlar  hazırlayan  bu  yeganə 

təhsil  ocağının  maddi-texniki 

bazası,  təlim-tədris  prosesi,  tələ-

bələr üçün yaradılmış şərait barə-

də ətraflı məlumat verdi. Bildirdi 

ki, “Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi” QSC yaradıldıqdan son-

ra  Gəmiçiliyin  rəhbərliyi  Dəniz 

Akademiyasının  problemlərinə 

xüsusi həssaslıqla yanaşır, dəniz-

çi  peşəsinin  nüfuzunun  bərpası 

istiqamətində ardıcıl tədbirlər gö-

rür. Belə ki, tədrisin yüksək bey-

nəlxalq  standartlar  səviyyəsində 

aparılması  üçün  yeni  trenajorlar, 

laboratoriyalar  alınır,  xarici  dil-

lərin öyrədilməsinə böyük diqqət 

yetirilir. Bununla yanaşı, tələbələ-

rin  sosial  həyatına  fikir  verilir, 

onlar pulsuz yataqxana və geyim 

forması, gündə iki dəfə pulsuz isti 

yemək, bütün lazımi mühazirə və 

dərsliklərlə təmin olunurlar.

Səbail RİH başçısının müavini 

Xalidə  Bayramova  icra  hakimiy-

yəti ilə Gəmiçiliyin əməkdaşlığın-

dan,  birgə  layihələrindən  söhbət 

açdı,  rayonda  əlil  uşaqlara,  im-

kansızlara, şəhid ailələrinə göstə-

rilən  qayğıya  görə  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  Qapalı 

Səhmdar Cəmiyyətinin sədri Rauf 

Vəliyevə minnətdarlığını bildirdi. 

“Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi”  Qapalı  Səhmdar  Cə-

miyyəti  sədrinin  birinci  müavini 

Zamiq  İsmayılov  çıxışında  bil-

dirdi  ki, Azərbaycanın  sürətli  və 

hərtərəfli  inkişafının  əsasında 

ölkəmizi tərəqqi yoluna çıxarmış 

Ulu  Öndər  Heydər  Əliyevin  ide-

yaları  və    siyasi  kursunun  möh-

tərəm Prezidentimiz İlham Əliyev 

tərəfindən  layiqincə  davam  etdi-

rilməsi  dayanır.  İstənilən  dövlə-

tin,  xalqın  öz  gələcəyinə  əminli-

yi  isə  məhz  gəncliklə  bağlı  olur. 

Müstəqil  Azərbaycan  dövləti  də 

ilk  növbədə,    gəncliyinin  intel-

lektual  inkişafına  nail  olmaqla, 

bütövlükdə  ölkənin  daha  xoş-

bəxt gələcəyinin etibarlı təməlini 

qoyur.  Buna  görə,  Azərbaycan 

Dövlət  Dəniz  Akademiyasında  

da  həyata  keçirilən  islahatların 

əsas hədəfləri sırasında tələbələr-

də yetkin düşüncə tərzinin, aydın 

vətəndaşlıq mövqeyinin formalaş-

dırılması xüsusi yer tutmalıdır. 

Sədrin  birinci  müavini  daha 

sonra  valideynlərə  və  gənclərə 

şərəfli  dənizçi  peşəsindən  söz 

açdı,  dünya  sularında  müstəqil 

Azərbaycanın  üçrəngli  bayrağı-

nı  dalğalandırmağın  böyük  qü-

rur  hissi  doğurduğunu  vurğuladı. 

Qeyd  etdi  ki,  o  da  vaxtilə  Dəniz 

Akademiyasını bitirib və bu təhsil 

ocağında  aldığı  biliklər  hesabı-

na  uğurlu  karyera  qurub.  Bu  yol 

hər  bir  məktəbli  və  tələbə  üçün 

açıqdır. Yaxşı  oxumaqla,  elmlərə 

yüksək  səviyyədə  yiyələnməklə 

həyatda müvəffəqiyyət qazanmaq 

gənclərin  öz  əlindədir.  Azərbay-

can  Xəzər  Dəniz  Gəmiçiliyinin 

rəhbərliyi  isə  hər  zaman  onların 

yanındadır  və  bacarıqlı,  savad-

lı  mütəxəssislərin  yetişdirilməsi 

üçün əlindən gələni edir.

Dövlət Dəniz Administrasiyası 

rəisinin müavini Şahlar Məmmə-

dov  təcrübəli  dənizçi  kimi  tarixi 

məqamlara  toxunaraq,  müstəqil 

pespublikamızda  dəniz  nəqliyya-

tının formalaşmasında Ulu Öndər 

Heydər  Əliyevin  xidmətlərindən 

söz  açdı. Azərbaycanın  bir  dəniz 

dövləti  kimi  beynəlxalq  aləmdə 

tanınması,  dənizçilik  sahəsində 

nüfuz qazanması barədə gətirilən 

faktlar gənclərin xüsusi marağına 

səbəb oldu. 

Görüşdə  Azərbaycan  Döv-

lət  Dəniz Akademiyası  haqqında 

videofilm  nümayiş  etdirildi,  va-

lideynlərə  və  məktəblilərə  təhsil 

müəssisəsinin potensialı ilə bağlı 

ətraflı bilgilər çatdırıldı. 

Qonaqlar Dəniz Akademiyası-

nın auditoriya və laboratoriyaları-

nı gəzdilər, beynəlxalq standartla-

ra  cavab  verən  tədris  trenajorları 

ilə yaxından tanış oldular. Müxtə-

lif fakültələrin dekanları və kafed-

ra müdirləri onları maraqlandıran 

bütün  suallara  ətraflı  cavab  ver-

dilər. 

Dəniz Akademiyasında “Açıq 

qapı  günü”  bilik  bayramı  ovqatı 

ilə yekunlaşdı. 




Yüklə 26,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin