adda-ya BeynəlXalq
sertiFikat təqdim olundu
Fevralın 10-11-də Azərbaycan Res-
publikasının Dövlət Dəniz Administ-
rasiyasında (ARDDA) Avropa İttifaqı
tərəfindən maliyyələşdirilən “Azərbay-
can Respublikasında dəniz nəqliyyatı
sahəsində məsuliyyətin artırılmasın-
da Dövlət Dəniz Administrasiyasına
dəstək” adlı tvinninq layihəsi çərçivə-
sində “Dənizlə sərnişinlərin və onların
baqajlarının daşınması zamanı dəymiş
ziyana görə məsuliyyət” mövzusunda
seminar keçirilib.
Seminar müddətində dənizlə sərnişinlərin
və onların baqajlarının daşınması zamanı icra-
sı vacib olan prosedurlar, bundan irəli gələrək
yerli qanunvericilikdə və Beynəlxalq Konvensi-
yalarda nəzərdə tutulan öhdəliklər barədə geniş
məlumat verilib.
Seminarda Dövlət Dəniz Administrasiyası-
nın əməkdaşları ilə yanaşı, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC, “Caspian Marine Ser-
vices” MMC, Azərbaycan Yeni Nəsil Hüquqşü-
naslar Assosiasiyasının nümayəndələri və Bakı
Dövlət Universitetinin dəniz və enerji hüququ
fakültəsinin müəllim və magistrantları iştirak
ediblər.
Tvinninq layihəsi çərçivəsində ölkəmizə
dəvət olunan İspan mütəxəssislər — professor-
lar J.L.Qabaldon və A.Villa, eləcə də kapitan
L.Fernandez sərnişinlərin və onların baqajları-
nın daşınması zamanı sənədləşmə, bağlanılan
müqavilələr, bu sahədə tənzimləyici baza ro-
lunu oynayan 1974-cü ildə qəbul olunan Afina
Konvensiyası, Avropa Parlamenti və Avropa
Şurasının qəzalar zamanı sərnişindaşıyıcılarının
məsuliyyətinə dair tənzimləyici sənədi barədə
geniş məlumat veriblər. Seminarın sonunda iş-
tirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasın-
da dəniz nəqliyyatı sahəsində məsuliyyətin ar-
tırılmasında Dövlət Dəniz Administrasiyasına
dəstək” adlı tvinninq layihəsi 2015-ci il noyab-
rın 16-dan həyata keçirilir. Azərbaycanda dəniz
üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirk-
ləndirilməsinin qarşısının alınması ilə əlaqədar
Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş
məsuliyyət prosedurlarının Avropa İttifaqı qa-
nunvericiliyi ilə əlaqəli şəkildə həyata keçiril-
məsində və tətbiqi məsələlərində Dövlət Dəniz
Administrasiyasının potensialının gücləndiril-
məsindən ibarət olan bu layihə çərçivəsində mü-
vafiq olaraq müxtəlif mövzularda seminarların
təşkil olunması nəzərdə tutulur.
Dostları ilə paylaş: |