demokratik respublikası mövcud olduğu iyirmi üç
ayda qurub-yaratmaqla bərabər, həm də yaşamaq
uğrunda ölüm-dirim mübarizəsi aparırdı. azərbay-
canı müstəqil görmək istəməyən erməni daşnakları
və yeraltı-yerüstü sərvətləri zəngin ölkəmizin əldən
çıxması ilə barışmayan sovet hakimiyyəti əlbir olaraq
gənc respublikamıza qarşı siya-
si-iqtisadi təxribatlar törədir, onu
elə bələkdə boğmağa çalışırdılar.
səh. 5
Dünyanın nüfuzlu təsnifat cəmiy-
yətlərindən olan Amerika Gəmiçilik
Bürosunun (ABS) Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi ilə iş birliyi öz əməli
nəticələrini verməkdədir.
Yanvarın 26-dan fevralın 2-dək Azərbay-
can Dövlət Dəniz Akademiyasının nəzdindəki
Dənizçilərin hazırlanması və sertifikatlandırıl-
ması mərkəzində aparılmış beynəlxalq auditin
nəticələrinə görə, burada tədris olunan 34 təlim
kursundan 10-nun ABS-in “Tədris müəssisələ-
rinin və təlim kurslarının sertifikatlaşdırılması
üzrə standartları”na uyğunluğu təsdiqlənib. İl
ərzində digər kursların da auditdən keçiriləcə-
yi nəzərdə tutulub.
Fevralın 17-də Azərbaycan Dövlət Dəniz
Akademiyasında təşkil olunan ABS sertifika-
tının təqdimat mərasimində Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyinin rəhbər işçiləri, Dəniz
Akademiyasının professor-müəllim heyəti,
tələbələr iştirak edirdilər.
Tədbiri Dəniz Akademiyasının rektoru
Çingiz Əliyev açaraq, bu ali təhsil müəssisəsi-
nin tarixində ilk dəfə olaraq Amerika Gəmiçi-
lik Bürosu kimi tanınmış beynəlxalq qurumun
sertifikatının alınmasını qürur doğuran fakt
kimi qiymətləndirdi.
ABS-in nümayəndəsi, kapitan Titos Gian-
nakakis çıxışında bildirdi ki, bu gün Amerika
Gəmiçilik Bürosu ilə Azərbaycan Dövlət Də-
niz Akademiyasının uzunmüddətli əməkdaşlı-
ğının təməli qoyulur. Dəniz Akademiyasında
beynəlxalq tələblərə uyğunlaşmaq istiqamə-
tində xeyli iş görülüb, irəlidə isə daha böyük
nailiyyətlər durur. ABS Akademiyaya tədris
kurslarının və səmərəli təlimlərin təşkilində
hərtərəfli kömək göstərməyə hazırdır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qa-
palı Səhmdar Cəmiyyəti sədrinin birinci müa-
vini Zamiq İsmayılov ADDA-nın məzunu kimi
iftixar hissi keçirdiyini söyləyərək, uyğunluq
sertifikatının təqdim olunmasını ABS-lə gələ-
cək əməkdaşlığın ilkin mərhələsi hesab etdiyi-
ni vurğuladı və Gəmiçiliyin rəhbərliyi adından
Dəniz Akademiyasının kollektivinə yeni-yeni
uğurlar arzuladı.
Mərasimin sonunda kapitan Titos Gian-
nakakis Amerika Gəmiçilik Bürosunun Uy-
ğunluq Sertifikatını Azərbaycan Dövlət Dəniz
Akademiyasının rektoru Çingiz Əliyevə təq-
dim etdi.
Dostları ilə paylaş: |