onu elə bələkdə boğmağa
çalışırdılar.
1918-ci ilin martında Azərbaycanda
erməni daşnaklarının törətdikləri ci-
nayətlər və milli zəmində münaqişələr
respublikanın su nəqliyyatına da ciddi
ziyan vurmuşdu. Noyabrın 16-da ingi-
lis hərbçiləri Xəzər ticarət donanma-
sının 17 ən yaxşı gəmisini ələ keçirib,
hərbi məqsədlər üçün istifadə etdilər.
Bundan başqa, donanmamızın yük tu-
tumu 90 min ton olan 60 gəmisi məhv
edildi və bir neçəsi xaricə göndərildi.
1918-ci ildə Rusiya ilə dəmir yolu
əlaqəsi kəsilmişdi. Rusiyanın sənaye
mərkəzlərinə neft və neft məhsullarını
daşımaq üçün yeganə yol Xəzər dəni-
zi idi. Həmin ilin yaz və yay aylarında
Rusiya Azərbaycandan dəniz yolu ilə
gizli şəkildə xeyli neft və neft məhsul-
larının aparılmasına nail oldu.
S. M. Kirovun məkrli göstərişi ilə
Həştərxan Xəzər Donanmasının “İliç”,
“Krasnoye znamya”, “İnternasional”,
“Proletar”, “Roza Lüksemburq” kimi
talançı hərbi gəmilərinin dənizçiləri də
bu işdə böyük fəallıq göstərdilər.
1919-cu ildə Bakıda və Həştərxan-
da “Xüsusi dəniz ekspedisiyası” ya-
radılmışdı. Ekspedisiya Azərbaycan
neftini talan edib Rusiyaya axıdır-
dı. ”Malyutin” gəmisinin, “Vstreça”,
“Leyla”, “Maştağa” yedək gəmilərinin,
“Bezımyanko” və “Çayka” motorlu qa-
yıqlarının köməyi ilə Həştərxana dəniz
yolu ilə 20 min pud benzin və 3500
pud sürtkü yağı göndərilmişdi. Xalqın
sərvətinin yad diyarlara aparılmasının
qarşısını almaq üçün Azərbaycan De-
mokratik Respublikası neft məhsulla-
rının istehsalı və daşınması üzərində
ciddi nəzarət qoymuşdu.
Azərbaycan Respublikası hökumə-
tinin 1919-cu il 20 may tarixli qəra-
rında göstərilirdi ki, neft sənayeçilə-
rinə neft və neft məhsullarının Batuma
göndərilməsinə, satılmasına, girovsuz
mal mübadiləsinə nəzarətlə içazə veri-
lir. Bu dönəmdə Həştərxana dəniz yolu
bağlanmışdı. Əlbəttə, bu, Azərbaycan
dövlətinin iqtisadiyyatı üçün heç də əl-
verişli deyildi. Fürsətdən istifadə edən
sosialistlər tələb edirdilər ki, Həştərxan
yolu açılsın, oraya neft daşınsın, ticarət
əlaqələrinə başlanılsın. Azərbaycan
Demokratik Respublikası Həştərxan
yolunun açılmasının, mədəni, iqtisadi
və ticarət əlaqələrinin yaradılmasının
əleyhinə deyildi. Lakin M. Ə. Rəsulza-
də məsələni qəti olaraq belə qoyurdu:
“Həştərxan yolunu o vaxt açmaq istər-
dik ki, sovet hökuməti Azərbaycana
müəyyən şərtlərlə müraciət etsin, ilk
növbədə müstəqilliyimizi tanısın, daxi-
li işlərimizə qarışmasın, Zaqafqaziya
üzərində hakim olmaqdan qəti imtina
etsin.”
Məkrli düşmənlər Azərbaycan De-
mokratik Respublikasını zəif salmaq
üçün ticarət donanmasını və neft səna-
yesini ələ keçirməyə cəhd göstərdilər.
Qafqaz cəbhəsi hərbi inqilabi şuranın
Orconikedziyə göndərdiyi 21 aprel
1920-ci tarixli teleqramda deyilirdi:
“Sürətli hücumla Bakıda bütün maye
daşıyan donanmanı ələ keçirmək və
neft məhsullarının korlanmasına yol
verməmək.”
Bolşeviklər Azərbaycanı işğal et-
dikdən sonra Azərbaycan nefti təkcə
Qazaxıstan və Türkmənistana, Dağıs-
tan və Kalmıkiyaya, Stalinqrad və Or-
conikidze vilayətlərinə xidmət etmirdi.
Xəzər nefti həm də dəmiryoluna və
çay yoluna (Volqaya) verilir və sonra
SSRİ-nin bir çox rayonlarına, o cüm-
lədən mərkəzi vilayət və rayonlarına
göndərilirdi.
Ötən əsrin 30-cu illərinin ortaların-
da Xəzər Dəniz Gəmiçiliyinin gəmilə-
rinin əksəriyyəti otuz ildən yuxarı is-
tismar müddəti olan nəqliyyat vasitələri
idi. Bəzilərinin yaşı isə hətta 40-50 il-
dən də çox idi. Donanmada aztonnaj-
lı və yavaş sürətli gəmilər üstünlük
təşkil edirdi. Az-az gəmilərin texniki
xarakteristikaları bir-birinə uyğun gə-
lirdi, yəni onlar seriya ilə buraxılmırdı.
“Dəniz gəmilərinin Registr”inə görə,
30-cu illərin ortalarında Bakı limanın-
da tutumu 150 registr ton və daha çox
olan 106 dəniz gəmisi qeydiyyatda idi.
Onların ümumi tutumu 173257 reg.t
təşkil edirdi. Bu gəmilərin 48-i Rusi-
yada, 23-ü İngiltərədə, 20-si İsveçdə,
10-u Almaniyada, 3-ü Finlandiyada,
2-si isə Belçikada inşa olunmuşdu. 106
gəmidən 3-ü ikitəkərli, 22-si birvintli,
qalanı isə ikivintli idi.
1930-1934-cü illərdə Xəzərdə bö-
yük dəyişikliklər baş verdi. Xəzər Də-
niz Gəmiçiliyinin tanker donanması
xeyli dərəcədə yeniləşdirildi. Bakıya
11 iritonnajlı gəmi gətirildi. “Krasnoye
Sormovo” zavodunda tikilmiş “Profin-
tern” tipli tankerlərin dedveyti 8130 t,
sürəti 11,3 uzel, uzunluğu 132,5 m, eni
16,86 m, suya oturumu 6,9 m idi. Hə-
min illərdə quru yük donanması da ge-
nişləndi. “Türkmənistan”, “Dağıstan”
kimi yük-sərnişin teploxodları istisma-
ra verildi. Bu gəmilərin dedveyti 960
t, sərnişin tutumu 600 nəfər, uzunluğu
89,4 m, eni 12,8 m, suya oturumu 5,38
m, sürəti 14 uzel idi.
Neft, Xəzərdə əsas yük hesab edi-
lirdi. Neftin istehsalı və işlənməsi,
SSRİ-nin xalq təsərrüfatında ona olan
tələb Xəzər dənizi üzrə neft yüklərinin
kabotaj daşınmasının artmasına səbəb
oldu. 1928-ci ildən 1939-cu ilə qədər
11 il ərzində neft daşınmasının həcmi
2,7 dəfə artmışdı.
Həmin illərdə neft üç əsas is-
tiqamətə - Volqa çay magistralında
nəql edilmək üçün Həştərxana, dəmir
yoluna verilmək üçün Mahaçqalaya və
Orta Asiya respublikalarını təchiz et-
mək üçün Krasnovodska (Türkmənba-
şıya) daşınırdı.
Azərbaycan neftinin daşınması
üçün Bakı, Artyom adası, Abşeron və s.
limanlar əsas daşınma məntəqələri idi.
Az miqdarda neft Mahaçqaladan, Kras-
novodskdan və Quryevdən daşınırdı.
Üçüncü beşilliyin vəzifələrindən
biri neft yüklərinin dəmiryolundan
Xəzər və Volqa ilə su yoluna keçirilmə-
sindən ibarət idi. Həştərxan və Volqa
istiqamətində axının gücləndirilməsi
dəniz və çay yollarının daha səmərəli
istifadə edilməsini təmin edirdi. Volqa
üzrə neft daşınması, habelə Volqa və
Ural arasında olan “İkinci Baki” yeni
neft rayonunun inkişafı hesabına artır-
dı.
Həştərxan və Volqaya neft axınının
ümumi artımı Xəzər dənizçiləri qarşı-
sında bir sıra təxirəsalınmaz vəzifələr
qoyurdu. Bunların ən mühümü – boşda-
yanmaları ləğv etməklə tanker donan-
masının daşıma qabiliyyətini artırmaq-
dan ibarət idi. Volqa-Xəzər kanalı ilə
yükdaşımada da problemlər az deyildi.
Həştərxana gedən neft iki dəfə yüklə-
nirdi. Neft yükü birinci dəfə Həştərxan
reydində dəniz tankerlərindən reyd gə-
milərinə, ikinci dəfə isə Həştərxananın
özündə reyd gəmilərindən Volqa neft-
daşıyan barjlarına boşaldılırdı. Çünki
Volqa-Xəzər kanalının dərinliyinin az
olması üzündən, dəniz tankerləri Həş-
tərxana qədər gələ, Volqa çay gəmiləri
isə dənizə reydə çıxa bilmirdilər.
Xəzər Gəmiçiliyi daşımanın həc-
minə görə, SSRİ-nin bütün gəmiçilik-
ləri arasında birinci yeri tuturdu.
1935-ci ildə gəmilərlə 13 milyon
574 min ton yük daşınmışdı ki, bu da
1934-cü illə müqayisədə ton hesabı ilə
3 faiz, ton-mil hesabı ilə isə 3,9 faiz ar-
tıq demək idi. 1936-cı ildə isə gəmilər-
lə 13 milyon 700 min ton neft məhsul-
ları, 2 milyon 550 min ton quru yüklər
daşınmışdı.
Dostları ilə paylaş: |