A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
29 fevral 2016-cы il № 9-12 (9015)
6
Nobu Su, zamanında yük
qiymətləndirmə bazarlarının
zirək oyunçusu kimi ad-san
və kifayət qədər var-dövlət
qazanmışdı.
tayvanlı sahibkar səbəbini
rBs-də gördüyü geriləmənin
arxada qalmasını gözləməyə qə-
rar verib
david osler
GÜNDƏM yaratmağa meylli
olan tayvanlı gəmi sahibi Nobu Su
son iki tankeri ilə qalsa da, hal-ha-
zırda yükdaşımalardakı geriləmənin
bitməsini və əvəzində dəniz daşıma
yönümlü texnologiya sahibkarı kimi
özünü yenidən təsdiq etməyi gözlə-
yir.
Lloyd’s List-ə verdiyi eksklüziv
müsahibədə sabiq milyarder 2008-
ci ildə başlayan və bir zamanlar 60
gəmidən ibarət olan, əlavə 90 gə-
minin sifariş edildiyi donanmaya
nəzarəti itirməsi ilə nəticələnmiş
qlobal maliyyə böhranına broker və
bankirlərin cinayət xarakterli ma-
nipulyasiyalarının səbəb olduğuna
dair əvvəlki ittihamlarını bir daha
dilə gətirmişdir.
Nobu Su tərəqqi illərində yük
qiymətləndirmə bazarlarının zirək
oyunçusu kimi ad-san və xeyli
var-dövlət qazanmışdı. Bir zaman-
lar onun ticarəti bütün FFA ticarət
əməliyyatlarının 15 faizini təşkil
edirdi.
Lakin hətta o vaxtlar belə, ək-
sər insanlar onun hərəkətlərinin nə-
ticələrə ciddi təsir etdiyi məsələlər
üzrə sövdələşmələr aparmaq üçün
əlverişli mövqedə olduğunu müşahi-
də etmişdilər.
Amma daşımalarda böhran baş-
layanda, onun əsas daşıma vasitə-
si olan “Today Makes Tomorrow”
donanması artan problemlərlə üzləş-
di və dünyanın müxtəlif yerlərində
gəmiləri üzərində həbs qoyulması
əksər heyət üzvlərini çıxılmaz və-
ziyyətə saldı.
TMT 2013-cü ilin iyun ayında
ABŞ qanunvericiliyinə əsasən şi-
kayət etdi. Sunun dediyinə görə,
hal-hazırda malik olduğu “Iron
Monger 3” və “F Whale” adlı iki
gəmi xam neft tankerləridir.
2012-ci ildə BK-da məhkəməyə
gəlməməyə görə, icrası daha yük-
sək məhkəmə instansiyaları üçün
icbari olmayan 18 aylıq həbs qəra-
rı veriləndən sonra, o, Britaniyada
bizneslə məşğul olmaq hüququndan
faktiki məhrum olmuşdur.
Özünü bəzi aşkar ədalətsiz qə-
rarların qurbanı hesab edən Nobu
Su məruz qaldığını düşündüyü bu
cür qeyri-düzgün yanaşmalara qarşı
indi mübarizəyə başlayacağını vəd
etmişdir.
Bu mübarizənin bir forması da
maliyyə sektorunda “Lehman Bro-
thers”in süqut etməsinə yol açmış
bəzi fəaliyyətlərin gizli tərəflərini
ifşa etmək məqsədi daşıyan kitabın
nəşr etdirilməsi olacaq.
Həmçinin Sinqapurda Britani-
ya RBS-in üç sabiq işçisinə qarşı da
hüquqi tədbirin görülməsi nəzərdə
tutulur. Onların arasında 2008-ci
ildə özünün bilavasitə icazəsi ol-
madan 400 milyon ABŞ dollarından
çox vəsaiti TMT hesabından çıxar-
dığı iddia edilən bankın nüfuzdan
salınmış sabiq sədri Fred Gudvinin
adı da hallanır.
Sabiq sədrin iddiasına görə, o,
həmin məbləği Nyu-York Federal
Ehtiyatlardan aşağı faizə kreditlər
əldə etmək üçün istifadə edib. Bu
barədə RBS-dən rəy alınması üçün
müraciət olunsa da, şərh etməkdən
imtina ediblər .
Bununla belə, Nobu Su inanır ki,
digər gəmi sahibləri də RBS-in eyni
taktiki gedişlərinə məruz qalmışlar
və mümkün ümumi yanaşmanı mü-
zakirə etmək üçün digər “qurban-
lar”la da görüşəcək.
Hal-hazırda isə, fəaliyyətinin
əsas istiqaməti CO
2
istixana qa-
zından emissiyaları azaltmaq üçün
aparılan mübarizəyə ciddi töhfə
verəcəyinə inandığı hibridlərin gəmi
daşımalarının inkişafına yönəlmiş-
dir.
Onun layihələrindən biri də
məlumatların dəniz mobil rabitə
əlaqələri şəbəkəsi vasitəsilə ötü-
rülməsi və qəbuluna imkan verən
Ocean Net sistemidir. İlkin mərhələ-
də heyət üzvlərinə ailə üzvləri ilə
əlaqə saxlamağa imkan verən, gə-
midən-sahillə rabitə əlaqələri kimi
layihələndirilmiş bu səmərəli sistem
həm də təhlükəsizlik, gəmidən-gə-
miyə ötürmələr məqsədilə istifadə
edilə bilər.
Bu yaxınlarda BK-ya etdiyi səfər
zamanı Londonun Dorchester meh-
manxanasında demişdir: “Məncə,
bazarda vəziyyət hələ bir müddət
çox çətin olacaq və ona görə də gə-
milərə sahib olmağın vaxtı deyil”.
O, gəmi daşımaları bazarlarının
son illərdəki vəziyyətini ötən onil-
liyin əvvəllərindən ortalarınadək
maliyyə bazarlarında baş vermiş
qeyri-rasional xərclərin əziyyətinin
çəkildiyi vaxtlardakı vəziyyət kimi
səciyyələndirir.
Nobu Su sözünə davam edərək
deyib: “Mən o vaxt doğru söyləmiş-
dim. Hər kəsə bazarda manipulyasi-
yalara yol verildiyini desəm də, heç
kəs mənə inanmadı. Onlar məni, sa-
dəcə dəli adlandırmışdılar.”
Bu qaydalara zidd oyunlar, xü-
susən də bankirlərin böhran öncəsi
gəmi sahiblərinə azad şəkildə kre-
dit vermək istəyi nəticəsində tələblə
təklif arasında yaranmış cari balans-
sızlığın hökm sürdüyü keypsayz və
panamaks sektorlarında özünü daha
aşkar büruzə verir. Problemi Çinin
artan tələbatı fonunda heç vaxt bit-
məyən “supersikl” barədə o zaman
dəbdə olan söz-söhbətlər daha da
mürəkkəbləşdirmişdir.
Nobu Su israr edir ki, aparıcı
gəmi broker firmaları qiymət sahə-
sində effektli liderlik sərgiləmiş
və tarifləri başgicəlləndirən səviy-
yələrədək artırmışlar. Bu hadisə, xü-
susən də 2008-ci ilin mayında Baltik
yük daşımaları indeksi hal-hazır-
kı təsəvvürlərə sığmaz səviyyələrə
kimi artanda müşahidə edilmişdir.
İndi işlər o qədər mürəkkəbləşib
ki, qiymətlər gerçəkliklə əlaqəsini
əsaslı surətdə itirmişdir.
“Mənfəət sahibləri və o cümlə-
dən iri quru yük daşıyanlar vaxtında
qazanc əldə etsələr də, uzunmüddətli
perspektivdə heç kəs fayda əldə et-
məyib,”- deyə Nobu Su vurğulamış-
dır.
Sabiq milyarderin qənaətinə
görə, 2008-ci ilin maliyyə böhranı
məqsədli şəkildə planlaşdırılmış və
beləliklə də, banklara vergi ödəyi-
ciləri hesabına yaşamaq imkanı ve-
rilmişdir.
Nobu Sunun fikrincə, ticarət
qeydləri, yük hərəkətlərinin təhlili
və bankirlərin özlərinin sözləri bu
sövdələşməni sübut edir.
Lakin yaxın gələcək üçün o, dün-
yanın bir nömrəli quru yük operato-
ru olan Sanko Steamshipin 1985-ci
ilin avqust ayında süqutundan bəri
misli görünməmiş fəlakətin baş
verəcəyini gözləyir. Həmin hadisə
Yaponiyanın müharibədən sonrakı
ən böyük müflisləşmə hadisəsi ol-
muşdu.
Yəqin təəccüblü deyil ki, onun
ən sevimli son filmi Bred Pitt və Ra-
yan Qoslinqin çəkildikləri “The Big
Short” adlı dramadır.
Həmin film maliyyə bazarında
bir qrup iştirakçının böhranın göz-
lənildiyini görərək, ev bazarına gi-
rişmək üçün kredit defolt svoplarını
azaltmaqla, nə cür təmizlənmək im-
kanı əldə etmələrindən bəhs edir.
Nobu Su filmə iki dəfə baxdığını
və bir daha baxmağı planlaşdırdığını
söyləyir.
Dostları ilə paylaş: