A. Babayev
egey dənizində
qaçaqmalçılara qarşı
əməliyyat keçiriləcək
Almaniya, Türkiyə və Yunanıstanın xahişi ilə
NATO Egey dənizində qaçqınları qanunsuz olaraq
daşıyanlara qarşı əməliyyata başlamaq barədə qə-
rar qəbul etmişdir. Layihə Brüsseldə alyans ölkələri
müdafiə nazirlərinin görüşündə təsdiqlənmişdir. Bu
barədə Almaniyanın müdafiə naziri Ursula fon der
Lyayen məlumat vermişdir.
Layihəyə görə, NATO ölkələrinin gəmiləri Yunanıstan və
Türkiyənin sahil mühafizəsi, habelə Avropanın Frontex sərhəd
xidməti ilə birlikdə Türkiyə ilə Yunanıstan arasındakı dəniz mə-
kanını müşahidə etməli, toplanmış məlumatları Türkiyə və Yu-
nanıstan hökumətlərinə ötürməlidir. NATO gəmiləri həmçinin
göyərtəsində qaçqınlar olan qayıqları saxlayıb Türkiyə sahilinə
qaytaracaq.
Əməliyyata Almaniya başçılıq etməlidir. Bu ölkəyə məxsus
“Bonn” hərbi gəmisi artıq regiondadır və NATO-nun Türkiyə hər-
bi dəniz qüvvələri ilə birgə təlimlərə qatılmış 5 gəmisindən ibarət
donanmaya başçılıq edir. Danimarka güman olunan əməliyyatda
iştirak etmək üçün daha bir gəmi göndərməyə razılıq vermişdir.
Dostları ilə paylaş: |