azərBaycanın regionda aparıcı
nəqliyyat və yükdaşıma mərkəzinə
çevrilməsi imkanları müzakirə ediliB
cənuBi çin dənizində
münaqişə gözlənilir?
Çin dövləti Cənubi Çin dənizi ərazilərində yerləşən bir
neçə adaya nəzarət edən ABŞ donanmasına qarşı etiraz səsini
qaldırıb. Məsələ burasındadır ki, Vyetnam və Tayvanın da öz
əraziləri saydıqları həmin adalara artıq Çin tərəfindən təy-
yarə əleyhinə raketlərlə təchiz edilmiş hərbi qüvvələr gətirilib.
Məsələnin maraqlı cəhətlərindən biri də budur ki, Pekinin
iddialarına əhəmiyyət verməyən Vaşinqton da həmin regiona
əlavə hərbi gəmi və təyyarələr göndərib. Ekspertlərin iddia-
sına görə, adıçəkilən tərəflərdən heç biri geri çəkilmək niy-
yətində deyil. Belə görünür ki, birbaşa hərbi münaqişə riski
artmaqdadır.
Qeyd edək ki, Çinin Parasel adalar silsiləsinə daxil olan Vudi
adasına “HQ-9” tipli zenit-raket kompleksinin gətirilməsi kos-
mosdan lentə alınaraq, ABŞ telekanallarında da nümayiş etdirilib.
Bundan əlavə, baş verən hadisənin reallığını Pentaqon rəsmiləri
ilə yanaşı, Tayvan dövləti də təsdiq edib.
Britaniyanın “Guardian” nəşri regionda baş verənlərin 1962-ci
ildəki Kuba hadisələri ilə eyniyyət təşkil etdiyini xatırladıb. Qəzet
vəziyyətin böyük müharibə həddinə çata biləcəyinə inanmasa da,
Çinin Cənubi Çin dənizini tədricən ələ keçirmək niyyətində oldu-
ğunu və bu istiqamətdə müəyyən hərbi addımlar atdığını bildirib.
Qeyd edək ki, Parasel adaları silsiləsinə daxil olan Spratli adası da
Çin və onun yaxın qonşuları arasında mübahisəli ərazi olaraq qa-
lır. Parasel adaları isə Çinin hərbi qüvvələrini yerləşdirmək üçün
böyük önəm kəsb edən ərazilərdəndir.
Bəlkə də, elə bunu nəzərə alan Çin dövləti ötən ilin noyabrın-
dan başlayaraq Vudi adasına “J-11” döyüş təyyarələri yerləşdir-
məyə başlamışdı. Hazırda isə Çin bu ərazilərə havadan müdafiə
raket sistemləri gətirməyə başlayıb. Belə görünür ki, Çinin əsas
məqsədi Parasel adaları yaxınlığında ABŞ hərbi aviasiyasının qar-
şısını almağa hesablanıb.
Xatırladaq ki, bu ilin əvvəllərində ABŞ dövləti də mübahisəli
adalar silsiləsindən birinə raket silahları göndərdi. Lakin həmin
ərəfədə ABŞ-ın bu addımı Pekinin məhdud da olsa, etirazı ilə qar-
şılanmışdı. Qeyd edək ki, bu ərazilərdə analoji əməliyyatlar hə-
yata keçirən ABŞ-ın döyüş təyyarələri artıq bir sıra problemlərlə
üz-üz qalacaq.
Göründüyü kimi, bu regionda vəziyyət o qədərdə ürək açan
deyil. “Nezavisimaya qazeta”nın əməkdaşı ilə söhbətində Uzaq
Şərq Araşdırmaları İnstitutunun əməkdaşı Aleksandr Larin də
yaranmış vəziyyətdə 2 ölkə - Çinlə ABŞ arasında hər hansı bir
münaqişənin olmasını istisna etmir: “Məlumdur ki, Çin Yaponiya
ilə aralarında olan mübahisəli adalar üzərindən uçuşlara məhdu-
diyyət qoyub. Əgər Çin dövləti belə bir məhdudiyyəti Cənubi Çin
dənizi üzərində də tətbiq etsə, belə olan halda, münaqişə riski çox
arta bilər. Belə olan halda, maraqlıdır, görəsən, hər iki dövlət rəh-
bəri özlərini necə aparar? Hər halda mən belə başa düşürəm ki,
onların heç biri özlərini aşağılamaq niyyətində olmayacaq. Bütün
bunların başlıca qayəsi Çin tərəfindən ABŞ-ın Şərqi Asiyadakı tə-
sirini zəiflətməyə hesablanıb və Çin tədricən bu məqsədə doğru
irəliləyir”.
Dostları ilə paylaş: |