Mərkəzi Asiya və Ərəb Körfəzi
vasitəsilə Avropa ilə Çini birləş-
dirən qədim İpək Yolunun bərpası,
dəhliz boyu yerləşən ölkələrin bu
layihədə iştirakı, o cümlədən Azər-
baycanın regionda aparıcı nəqliy-
yat və yükdaşıma mərkəzinə çevril-
məsi imkanları müzakirə edilib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”
QSC-dən bildirilib ki, bu müzakirələr fevra-
lın 17-18-də Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində təşkil olunan “Qədim Yol-
lar – Yeni İmkanlar” mövzusunda Müstəqil
Dövlətlər Birliyinin (MDB) Ümumdünya
İşgüzar Forumu zamanı baş tutub.
Forum çərçivəsində Bakı Limanının
baş direktoru Taleh Ziyadov “Tədarük
zəncirinin dəyişdirilməsi- İpək Yolunun
əhəmiyyəti” adlı paneldə məruzə ilə çıxış
edib, limanın imkanları, əldə olunan nə-
ticələr, limanın gələcək perspektivləri və
planları barədə geniş məlumat verib.
Forumda həmçinin MDB ölkələrinin
iqtisadiyyatının reallığa uyğunlaşdırılma-
sı, ölkələrin qeyri-neft sektorlarının inkişaf
etdirilməsi məqsədilə mövcud imkanlardan
istifadə olunması, qədim tranzit yollarının,
habelə “Şimal-Cənub” nəqliyyat dəhlizi-
nin gücləndirilməsi, neft dövründən son-
rakı inkişaf prioritetləri, təchizat zəncirinin
transformasiyasına İpək Yolunun təsiri,
həmçinin bu istiqamətdə MDB ölkələrinin
imkanlarının gücləndirilməsi və digər möv-
zularda müxtəlif panellər çərçivəsində mü-
zakirələr aparılıb.
Qeyd edək ki, Forumda bır sıra böyük
şirkət və təşkilatların rəhbərləri, iştirak-
çı dövlətlərin ayrı-ayrı sahələr üzrə rəsmi
şəxsləri, həmçinin Birləşmiş Ərəb Əmirlik-
lərinin yüksək səviyyəli rəsmiləri də daxil
olmaqla 500-ə qədər iştirakçı təmsil olunub.
Ümumiyyətlə, son illər Bakı Limanı-
nın beynəlxalq standartlara cavab verən
logistika və tranzit mərkəzinə çevrilməsi
istiqamətində mühüm işlər görülür. Belə
ki, Anverpen, Aktau, Batumi və digər qa-
baqcıl limanlarla qarşılıqlı əməkdaşlıq
haqqında memorandumlar imzalanıb, Du-
bay və Sinqapur limanlarının təcrübələri
yaxından öyrənilib. Bakı Limanı Avropa
İttifaqı, USAİD, UNDP, Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurası və digər bu kimi nüfuzlu
beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif
layihələrin icrası istiqamətində addımlar atır
və beynəlxalq tədbirlərdə iştirak edir. Liman
2010-cu ildən etibarən Beynəlxalq Limanlar
Assosiasiyasının üzvüdür.
Dostları ilə paylaş: |