Azərbaycan Respub-
likasının əhalisinin sayı
ötən il 112,6 min nəfər
və yaxud 1,2 faiz arta-
raq 2016-cı ilin əvvəlinə
9705,6 min nəfər olub.
Dövlət Statistika Komitəsi-
nin (DSK) məlumatına görə,
2015-ci ildə əhalinin ümumi
artımı əsasən təbii artım hesa-
bına baş verib. Bununla yanaşı,
miqrasiya artımı da müşahidə
olunub və əhalinin ümumi ar-
tımının 1,0 faizini təşkil edib.
Əhalinin sıxlığı bir kvadratki-
lometrə 112 nəfərdir. Əhalinin
53,1 faizi şəhər, 46,9 faizi isə
kənd sakinləridir və 49,8 faizi-
ni kişilər, 50,2 faizini qadınlar
təşkil edir. Hazırda hər 1000
kişiyə orta hesabla 1007 qadın
düşür.
Son illər ölkədə doğum sə-
viyyəsi yüksək olaraq qalmaq-
da davam edir və ötən il Azər-
baycanda doğulanlar ölənlərin
sayından 111,5 min nəfər çox
olub. Ədliyyə Nazirliyinin ra-
yon (şəhər) qeydiyyat şöbələri
tərəfindən 2015-ci ildə ölkə-
də doğulmuş 166,2 min körpə
qeydə alınıb və bu göstərici
əhalinin hər 1000 nəfərinə 17,4
təşkil edib. Doğulan körpələrin
53,2 faizi oğlan, 46,8 faizi isə
qız uşaqlarından ibarət olub.
Körpələrin 3054-ü əkiz, 84-ü
üçəm, 8-i isə dördəm doğulub.
Hazırda ölkədə uşaq doğ-
maq qabiliyyətinə malik olan
hər bir qadına bütün ömrü boyu
orta hesabla 2,1 uşaq düşür.
2015-ci il ərzində ölkədə
54,7 min ölüm halı qeydə alınıb
və əhalinin hər 1000 nəfərinə
ölənlərin sayı 5,7 təşkil edib.
Ölüm səviyyəsi gözlənilən
ömür uzunluğu göstəricisinə də
öz təsirini göstərir. Ötən il bu
göstərici 74,2 yaş, o cümlədən
kişilər üçün 71,6, qadınlar üçün
76,8 yaş olub.
Keçən il ölkədə qeydiyyat
şöbələri tərəfindən 68,8 min
nikah və 12,8 min boşanma
halları qeydə alınıb və əhalinin
hər 1000 nəfərinə bu göstəri-
cilər müvafiq olaraq 7,2 və 1,3
olub.
2015-ci ildə Dövlət Miq-
rasiya Xidməti və Daxili İşlər
Nazirliyi tərəfindən Azərbayca-
na daimi yaşamaq üçün 2,7 min
nəfər gələn və 1,6 min nəfər
ölkədən gedən qeydə alınıb.
Dostları ilə paylaş: |