|
fevral 2016-cы il № 9-12 (9015)
29 fevral 2016-cы il № 9-12 (9015)
4
Xocalı soyqırımından 24 il keçdi
“Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri
tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin
qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən
bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşı-
durma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun
ideoloji forma ilə pərdələnmişdir.
Heydər ƏLİYEV,
Ümummilli Lider
Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqı-
na qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bu siyasət erməni diasporunun və lobbisinin
imkanlarından istifadə edilməklə bütün dövrlərdə hərbi, iqtisadi, idealoji və mədəni vasitələrlə aparılmışdır. Keçən əsrin
80-ci illərinin sonlarında isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tammiqyaslı hərbi münaqişəyə gətirib çıxardı.
Zaman-zaman davam etdirilən bu məkrli siyasət nəticəsində azərbaycanlılar əzəli torpaqlarından qovuldular, didərgin sa-
lındılar, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
İlham ƏLİYEV,
Dostları ilə paylaş: |
|
|