Xocalı soyqırımı adlı o dəhşətli,
qanlı, tükürpədici faciədən 24 il keçdi.
24 ildir ağbirçəklərimiz, analarımız təkcə
o gecə min əzabla qətlə yetirilən – başı
kəsilən, gözləri çıxarılan, dərisi soyulan,
çarmıxa çəkilən... əzizləri üçün deyil, həm
də bir gecədə yer üzündən silinən doğ-
ma şəhərləri - Xocalı üçün ağı deyirlər:
“Xocalım vay!”
Yox, yox, Xocalı daşqınlardan, zəl-
zələlərdən, vulkan püskürmələrindən məhv
olmadı. Elə olsaydı, gec və ya tez, bu dərdlə
barışmağa məhkum idik. İnsan təfəkkürünə
sığmayan bu vəhşiliyin - Xocalı qətliamının
müəllifləri ermənilər idi. Özlərini bütün
dünyaya “yazıq”, “məzlum” kimi təqdim
edən, əslində isə fikri-zikri türk-müsəlman
dünyasını qan selində üzdürmək olan, bu
mənfur niyyətlərinə nail olmaq üçün hər
cür vəhşiliyə, qəddarlığa əl atan, insanlıq
simalarını hələ Xocalı qətliamından neçə
əsr əvvəl itirən ermənilər... Torpaqlarımıza
yiyə, sərvətlərimizə sahib olmaq üçün don-
dan-dona girən, havadarlarına güvənən, cə-
zasız qalacaqlarını düşünən, yalanlarına bel
bağlayan ermənilər. Ovulası gözlərini tür-
kün torpaqlarına dikib, böyük iştahla “O yer
mənim, bu yer mənim” deyən ermənilər...
Bizi arxasız gördülər arxalı qaniçənlər?!
Bizi əliyalın, silahsız gördülər təpədən-dır-
nağadək silahlanmışlar? Bizi unutqan say-
dılar “Dənizdən-dənizə böyük Ermənistan”
yaratmaq məqsədlərini bir an belə unutma-
yan ermənilər?! Nə düşündülər, nə saydılar-
sa, bu boyda qətliama arxayın, gülə-gülə,
sevinə-sevinə qol çəkdilər. O gecə Allahdan
başqa ümid yerimiz yox idi, bircə ona gü-
vənirdik, onun mərhəmətinə bel bağlamış-
dıq, bizi qoruyacağına, bu boyda dəhşətə,
faciəyə, qətliama imkan verməyəcəyinə
inanırdıq. Deyəsən Allahın da yadına düş-
mədik o gecə...
Soyqırımı tarixi, ermənilərin Azərbay-
can ərazilərində məskunlaşdırıldığı dövrdən
başlanır. 1813-cü ildə Gülüstan və 1828-ci
ildə Türkmənçay müqavilələrinin, həmçinin
1828-1829-cu illərdə Türkiyə-Rusiya mü-
haribəsindən sonra Ədirnə sülh müqavilə-
sinin bağlanılması ilə Azərbaycanın tarixi
torpaqları bölündü. Araz çayı sərhədə çev-
rildi... Çar Rusiyası erməniləri işğal etdiyi
Şimali Azərbaycan torpaqlarında yerləşdir-
məyə və onların məmləkətimizdə məskun-
laşmalarına xüsusi diqqət ayırdı. Gəlmələrin
ayaqları torpaqlarımıza dəyən kimi ərazi id-
diaları başladı. Təkcə 1904-1905-ci illərdə
ermənilər Bakıda, Tiflisdə, İrəvanda, Nax-
çıvanda, Cəncədə, Qarabağda, Zəngəzurda
yüz minlərlə azərbaycanlını qətlə yetirdilər.
İrəvan və Cəncə quberniyalarında 200-dən
artıq yaşayış məntəqəsi məhv edildi. Zən-
gəzur, Şuşa, Cavanşir, Cəbrayıl ərazilərində
yüzlərlə Azərbaycan kəndi tamamilə dağı-
dıldı.
Bir sıra hegemon dövlətlərin dəstəklə-
diyi bu mənfur siyasət təkcə çar Rusiyası
dövründə deyil, sovet hakimiyyəti illərində
də ardıcıl davam etdirildi. Sovet imperiyası
dağılandan sonra ermənilərin işğalçılıq si-
yasəti daha geniş vüsət aldı. Təcavüzkar er-
məni millətçilərinin azərbaycanlılara qarşı
etnik təmizləmə və soyqırımı siyasəti kütlə-
vi talan və qırğınlarla müşayiət olundu.
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri, Azərbay-
canın Dağlıq Qarabağ bölğəsində yaşayan
ermənilərdən ibarət silahlı dəstələr Xankən-
dində dislokasiya edilmiş keçmiş SSRİ or-
dusunun 366-cı motoatıcı alayının şəxsi
heyətinin və onun sərəncamında olan tex-
nikanın bilavasitə iştirakı ilə Xankəndi və
Əsgəranın arasında yerləşən Xocalı şəhərini
yerlə-yeksan etdilər. Şəhəri oda qalayan er-
məni silahlı birləşmələri xüsusi qəddarlıqla
dinc əhaliyə divan tutdular.
Erməni təcavüzkarlarının Azərbaycan
xalqına qarşı törətdiyi növbəti kütləvi qır-
ğın nəticəsində 613 nəfər, o cümlədən 106
qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə
yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 dinc
sakin əsir götürülmüş, 150 nəfərin taleyi isə
hələ də məlum deyildir. Bu soyqırımı aktı
nəticəsində 8 ailə tamamilə məhv edilmiş,
25 uşaq hər iki valideynini itirmişdir. Soyqı-
rımı zamanı 56 nəfər xüsusi qəddarlıqla
öldürülmüş, 3 nəfər diri-diri yandırılmış,
başlarının dərisi soyulmuş, bədən əzaları
və başları kəsilmiş, gözləri çıxarılmış, ha-
milə qadınların qarnı süngü ilə deşik-deşik
edilmişdi. Bu əməllərin qabaqcadan düşü-
nülmüş qaydada, milli əlamətlərinə görə
insanların tamamilə və ya qismən məhv
edilməsi niyyəti ilə törədilməsi Xocalı fa-
ciəsinin beynəlxalq hüquqa əsasən məhz
soyqırımı olduğunu təsdiq edir.
Həmin gecə baş verənlər təkcə xalqı-
mıza qarşı soyqırımı deyildi, bəşəriyyətə,
insanlığa qarşı törədilmiş qanlı cinayət idi.
Buna baxmayaraq, o zamankı Azərbaycan
hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiy-
mət verilməsi, qanlı qırğın barədə obyektiv
məlumatların dünya ictimaiyyətinə çatdırıl-
ması üçün heç bir iş görmədi. Yalnız Ümum-
milli Liderimiz Heydər Əliyev xalqın təkidi
ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra
bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiy-
mət verildi. 1994-cü ildə Ulu Öndərin təşəb-
büsü ilə Azərbaycan parlamenti 26 fevralı
Xocalı soyqırımı günü kimi qəbul etdi.
Xocalı soyqırımını törətməklə erməni
millətçiləri Azərbaycan xalqını qorxutmaq,
onun mübarizə əzmini qırmaq, torpaqların
işğalı faktı ilə barışmağa məcbur etmək kimi
məkrli məqsədlər güdmüşdür. Xalqımızın
dövlətin suverenliyinin müdafiəsində yük-
sək qəhrəmanlıq nümunəsi hiyləgər, aman-
sız düşmənin bu niyyətini ürəyində qoydu...
Bu gün Azərbaycan dövləti erməni mil-
lətçilərinin xalqımıza qarşı törətdiyi cinayət-
lər, o cümlədən Xocalı soyqırımı haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırıl-
ması, onun soyqırımı kimi tanıdılması üçün
məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Faciə ilə bağlı həqiqətlərin dünya icti-
maiyyətinə çatdırılmasında Heydər Əliyev
Fondunun da xüsusi xidmətləri var. Fond
sistemli və ardıcıl fəaliyyət göstərir, xüsusi
layihələr həyata keçirir. Ermənilərin xalqı-
mızın başına gətirdiyi müsibətləri əks et-
dirən filmlərin, fotosənədlərin, kitabların
yayılması bu baxımdan mühüm əhəmiyyət
kəsb edir. Fondun dəstəyi ilə Azərbaycan,
rus, ingilis, alman, fransız və ərəb dillərində
hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər
toplusu və onların CD, DVD variantlarının
əksər ölkələrdə paylanması xalqımızın üz-
ləşdiyi fəlakətləri əks etdirən böyük təbliğat
işlərindən biri olmuşdur. Fondun vitse-pre-
zidenti Leyla xanım Əliyevanın təşəbbü-
sü əsasında İslam Əməkdaşlıq Təşkilatı-
nın Gənclər Forumunun dünyanın qırxdan
çox ölkəsində həyata keçirdiyi “Xocalıya
ədalət!” kampaniyasının məqsədi də bey-
nəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı
ətraflı məlumatlandırmaqdır. Artıq “Xocalı-
ya ədalət!” kampaniyasına dünyanın əksər
ölkələrində xeyli könüllü qoşulmuşdur.
Xocalı soyqırımının beynəlxalq müstə-
vidə tanıdılması, erməni faşizminin ifşası
istiqamətində həyata keçirilən tədbirlərin
məntiqi nəticəsi olaraq son illər Kanada,
Meksika, Kolumbiya, Peru, Pakistan İslam
Respublikası, Bosniya və Herseqovina, Ru-
mıniya, Çexiya və İordaniyanın parlament-
ləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın
Vest Viciniya ştatının qanunverici orqanının
Nümayəndələr Palatasında Xocalı faciəsi ilə
bağlı qətnamə qəbul edilmişdir. Qətnamədə
Xocalıda törədilmiş cinayətlərin 1988-ci
ildən Azərbaycanın Dağlıq Qarabağ regi-
onunda erməni hərbi qüvvələri tərəfindən
həyata keçirilən təcavüzün tərkib hissəsi
olduğu qeyd edilir. Bundan əvvəl isə Ka-
liforniya, Massaçusets, Texas, Nyu-Cersi,
Meyn, Nyu-Meksika, Arkanzas, Corciya,
Oklahoma, Tennesi, Pensilvaniya, Konnek-
tikut, Florida, Missisipi.. ştatlarının qanun-
verici orqanlarında da müvafiq qətnamələr
qəbul olunmuş, Xocalı soyqırımı baiskarla-
rının məsuliyyətə cəlb olunması tələb edil-
mişdir. İndiyədək dünyanın 8 dövləti, ABŞ-
ın 20 ştatı , İslam Əməkdaşlıq Təşkilatına
daxil olan 53 ölkə Xocalı faciəsini soyqırımı
faktı kimi təsdiqləmişdir. Bir çox ölkələrdə
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
abidə ucaldılmışdır.
Bu gün Azərbaycan yerləşdiyi bölgənin
ən qüdrətli dövləti, dünyada söz və nüfuz
sahibidir. Deməli, erməni terroru, qətliamı
qurbanlarının qanı yerdə qalmayacaq, Azər-
baycan xalqının haqq işi qalib gələcəkdir.
Bütün Azərbaycan xalqı kimi, “Azər-
baycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin kollektivi də bu
inamla yaşayır, ölkəmizin iqtisadi qüdrəti-
nin artmasına, ədalətin zəfər çalmasının tez-
ləşdirilməsinə öz layiqli töhfəsini verir.
Dostları ilə paylaş: