29 fevral 2016-cы il № 9-12 (9015)
3
F
evralın 17-də
Küveyt hö-
kuməti adından Küveyt
Beynəlxalq Xeyriyyə
Təşkilatının nəzdində
fəaliyyət göstərən Asiya
Müsəlmanları Komitəsinin
xətti ilə Mərkəzi Dənizçilər
Xəstəxanasına Almaniya-
nın “Karl Storz” şirkətinin
istehsalı olan və böyrək
daşı xəstəliklərinin cər-
rahi müdaxilə olmadan
müalicəsini həyata keçir-
mək üçün istifadə edilən
245 min manatlıq müasir
tibbi avadanlıqlar hədiyyə
edildi.
Bu münasibətlə Mərkəzi Də-
nizçilər Xəstəxanasında keçirilən
tədbirdə səhiyyə ocağının kollek-
tivi və “Azərbaycan Xəzər Də-
niz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyətinin rəhbər işçiləri ilə
yanaşı, Küveytin Azərbaycan
Respublikasındakı
fövqəladə
və səlahiyyətli səfiri Səud Əb-
düləziz əl-Rumi, birinci katibi
Feysəl əl-Muteyri, konsul Bədr
əl-Ədvani, Asiya Müsəlmanla-
rı Komitəsinin Azərbaycanda
baş nümayəndəsi Dr. Xalid Abu
Nəhlə, Nazirlər Kabinetinin hu-
manitar məsələlər üzrə məsul
şəxsləri, Azərbaycan Xarici İşlər
Nazirliyinin Yaxın Şərq və Afrika
idarəsinin birinci katibi Bayram
Məmmədbəyli, Azərbaycan Res-
publikasının Qaçqınlar və Məc-
buri Köçkünlərin işləri üzrə Döv-
lət Komitəsinin nümayəndələri,
jurnalistlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Mərkə-
zi Dənizçilər Xəstəxanasının baş
həkimi, tibb elmləri doktoru Ge-
rasim Rüstəmov açdı. Qonaqları
respublikamızın tanınmış sə-
hiyyə ocaqlarından olan Mərkə-
zi Dənizçilər Xəstəxanasında
salamlamaqdan məmnunluğunu
dilə gətirən baş həkim Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyi rəh-
bərliyinin dənizçilərin və onların
ailə üzvlərinin yüksək səviyyə-
də tibbi xidmətlərlə əhatə olun-
masına daim diqqət yetirdiyini,
xəstəxananın ən müasir avadan-
lıqlarla təminatı üçün görülən iş-
lərin xəstələrin müayinə və müa-
licəsini uğurla həyata keçirməyə
imkan verdiyini bildirdi. Elə bu
yaxınlarda xəstəxana üçün müasir
3 D endoskopik tibbi avadanlıq-
lar alınaraq həkimlərin ixtiyarı-
na verilib. Küveyt hökumətinin
Mərkəzi Dənizçilər Xəstəxana-
sına bu əvəzsiz hədiyyəsi də
kollektiv tərəfindən yüksək qiy-
mətləndirilir. Bu nəcib hərəkətə
görə Mərkəzi Dənizçilər Xəstəxa-
nasının kollektivi adından Kü-
veyt hökumətinə təşəkkürümü
bildirmək istəyirəm. Bir insanın
həyatını xilas edən kəs bütün
dünyanı xilas edir.
Küveytin Azərbaycan Res-
publikasındakı fövqəladə və sə-
lahiyyətli səfiri Səud Əbdüləziz
əl-Rumi qeyd etdi ki, Azərbay-
can ilə Küveyt dövləti arasında
dostluq münasibətləri yaranıb. O,
dedi:” Azərbaycan və Küveyt öz
regionlarında mühüm rol oynayır.
Siyasi əlaqələrimiz yüksək səviy-
yədədir. Bu, iqtisadi sahədə də
əməkdaşlığımızı genişləndirməyə
imkan yaradır. Bundan əlavə,
dövlətimizi və xalqımızı birləş-
dirən ümumi dəyərlər var, dini və
mədəni əlaqələrimiz münasibət-
lərimizin daha da möhkəmlənmə-
sinə xidmət edir.”
Xeyriyyəçilik
mövzusuna
toxunan diplomat qeyd etdi ki, bu
məsələ Küveyt hökumətinin fəa-
liyyətinin əsas prioritetlərindən
biridir. Küveyt adından müasir
tibb avadanlıqlarının təqdim edil-
məsi Asiya Müsəlmanları Ko-
mitəsi ilə bağlanmış saziş əsasın-
da həyata keçirilib. Sazişə əsasən,
xəstəxananın kollektivi bu müasir
tibbi cihazlardan istifadə edərək
qaçqın, məcburi köçkün və digər
ehtiyacı olan aztəminatlı ailələrin
nümayəndələrinə ödənişsiz xid-
mət göstərəcək.
Səfir daha sonra Küveyt döv-
lətinin son 2 ildə xeyriyyəçilik
məqsədləri üçün təqribən 600
min ABŞ dolları məbləğində və-
sait ayırdığını, ümumiyyətlə isə,
Asiya Müsəlmanları Komitəsinin
Azərbaycanda fəaliyyətə başla-
masından indiyədək xeyriyyəçilik
fəaliyyətinə yönəldilən vəsaitin
ümumi həcminin təqribən 15 mil-
yon dollar təşkil etdiyini söylədi.
Səfir eyni zamanda, Azər-
baycan Respublikası Qaçqın və
Məcburi Köçkünlərin işləri üzrə
Dövlət Komitəsini Asiya Müsəl-
manları Komitəsi ilə əməkdaşlığa
çağıraraq bu növ xəstəliklərdən
əziyyət çəkən şəxslərin Dövlət
Komitəsi tərəfindən Mərkəzi Də-
nizçilər Xəstəxanasına yönləndi-
rilməsi işində yardımçı olmalarını
xahiş etdi.
Digər çıxışçılar - Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin sosial in-
kişaf və nəqliyyat şöbəsinin rəi-
si Elçin Namazov, xəstəxananın
urologiya şöbəsinin müdiri Elçin
Mustafayev də bu humanist ad-
dıma görə Küveyt hökumətinə
minnətdarlıqlarını
bildirdilər,
belə xeyriyyə tədbirlərinin davam
etdiriləcəyinə inamlarını ifadə et-
dilər.
Sonda xəstəxana kollektivi ilə
xatirə fotoşəkli çəkdirildi.
Dostları ilə paylaş: |