Rasif TAHİROV
Ümummilli Liderimiz Heydər
Əliyev Xocalı faciəsini “Ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsul-
ları ilə bəşər tarixində bir vəhşilik
aktı, bütün bəşəriyyətə qarşı cinayət”
kimi qiymətləndirmişdi. Bu soyqırımı
qurbanlarının xatirəsi, ölkəmizin hər
yerində olduğu kimi, “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhm-
dar Cəmiyyətində də silsilə tədbirlərlə
anıldı.
Fevralın 25-də Azərbaycan Dövlət
Dəniz Akademiyasında Xocalı soyqırı-
mının ildönümünə həsr olunmuş anım
mərasimində müəllim və tələbələrlə yana-
şı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-
nin rəhbərliyi, idarə, müəssisə və təşkilat
rəhbərləri, dənizçilər iştirak edirdilər.
Tədbir Azərbaycanın müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Azərbaycan Dövlət Dəniz Akademi-
yasının rektoru Çingiz Əliyev çıxışında
tariximizin ən qanlı hadisələrindən olan
bu bəşəri cinayətin ağır nəticələrindən
danışdı, dinc əhalinin xüsusi qəddarlıqla
qətlə yetirilməsini, əsir götürülən insanla-
rın dəhşətli işgəncələrə, zülm və təhqir-
lərə məruz qaldıqlarını diqqətə çatdırdı.
Bildirildi ki, 24 il əvvəl fevralın 25-
dən 26-sına keçən gecə keçmiş sovet or-
dusunun 366-cı motoatıcı alayının yaxın-
dan iştirakı ilə ermənilərin Xocalıda dinc
əhaliyə tutduqları divan zamanı 613
nəfər qətlə yetirilmiş, 1275 nəfər girov
götürülmüşdür. 150 nəfərin taleyindən
indiyədək xəbər yoxdur. Qətlə yetirilən-
lərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70
nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nə-
ticəsində 8 ailə tamamilə məhv edilmiş,
25 uşaq hər iki valideynini, 130 nəfər
valideynlərindən birini itirmişdir. Qadın-
lara, qocalara, uşaqlara, hətta südəmər
körpələrə belə rəhm edilməmiş, süngü-
dən keçirilmişlər.
Natiq Xocalı faciəsinin xalqımı-
za qarşı soyqırımı aktı kimi tanınması
istiqamətində məqsədyönlü fəaliyyətə
Ümummilli Liderimiz Heydər Əliyev
Azərbaycanda siyasi hakimiyyətə qa-
yıdandan sonra başlandığını, məhz Ulu
Öndərin təşəbbüsü ilə bu cinayətə siya-
si-hüquqi qiymət verildiyini, fevralın
26-sının “Xocalı soyqırımı günü” elan
edildiyini vurğuladı.
Xocalı soyqırımı haqqında həqiqətlə-
rin Ulu Öndərin layiqli varisi, möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi
ilə beynəlxalq ictimaiyyətə çatdırılması
üçün həyata keçirilən məqsədyönlü təd-
birlər nəticəsində artıq dünyanın bir çox
ölkələri Xocalı soyqırımını tanıdıqlarını
bildiriblər.
Dünyanın bu qətliamın gerçək qiy-
mətini verməsi üçün Heydər Əliyev Fon-
dunun gördüyü işlər xüsusi qeyd olundu.
Məhz Heydər Əliyev Fondunun rəhbəri,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın və fondun vitse-prezi-
denti Leyla xanım Əliyevanın təşəbbüslə-
ri ilə son illərdə bir sıra ölkələrdə Xocalı
soyqırımının tanınması ilə bağlı kütləvi
aksiyalar və tədbirlər keçirilir.
Sonra səhnə gənclərin ixtiyarına ve-
rildi. Xocalı ağrısı, Xocalı dərdi, Xocalı
qətliamı poeziyanın, musiqinin, səhnə
əsərlərinin dili ilə mərasim iştirakçıları-
na çatdırıldı. Gələcəyin dənizçiləri Təhsil
Nazirliyinin Təhsil Alan Gənclərin Res-
publika Bədii Yaradıcılıq Evinin kollekti-
vi ilə anım mərasimi iştirakçılarına duyğu
dolu anlar yaşatdılar. Birgə hazırladıqla-
rı və Xocalı soyqırımına həsr olunmuş
“Lay-lay, Xocalım lay-lay” ədəbi-bədii
kompozisiyası təkcə yaddaşları bir daha
silkələmədi, qaniçən ermənilərə nifrət
hissini gücləndirdiyi kimi, xalqımıza qar-
şı törətdikləri bir çox cinayətlərə, o cüm-
lədən Xocalı soyqırımına görə ədalətli
mühakimədən yaxa qurtara bilməyəcəklə-
ri ilə bağlı inamımıza da inam qatdı.
“DƏNİZ”
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Dostları ilə paylaş: |