14. TƏRƏFLƏRĠN HÜQUQ VƏ VƏZĠFƏLƏRĠ
14.1
Sığortalının hüquqları:
14.1.1
Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan
maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
14.1.2
Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
14.2
Sığortalının vəzifələri:
14.2.1
Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
14.2.2
Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı
digər məlumatları Sığortaçıya təqdim etmək;
14.2.3
Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən
imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən
bütün hallar barədə Sığortaçıya məlumat vermək;
14.2.4
Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək.
14.3
Sığortaçının hüquqları:
14.3.1
Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən
Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
14.3.2
Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək,
belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək;
14.3.3
Sığortalı ona məlum olan riskin qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və
sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta
ödənişini həyata keçirməkdən imtina etmək;
14.3.4
Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət
ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud
Sığorta müqaviləsinə xitam vermək;
14.3.5
Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
14.4
Sığortaçının vəzifələri:
14.4.1
Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnamə
sini
Sığortalıya
təqdim etməlidir
;
14.4.2
S
ığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
14.4.3
Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
14.4.4
Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən
edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya
qaytarmaq.
Dostları ilə paylaş: |