Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə14/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   56
mehtiyev (1) (2)

Əli bəy Hüseynzadə (1864-1940) filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olmuşdur. Əli bəy Hüseynzadənin əsas əsərləri "Siyasət fərasəti", "Türklər kimdir və kimlərdən ibarətdir?", "Bizə hansı elmlər lazımdır" və sairdir. O, türk xalqlarını tarix səhnəsindən sil­məyə çalışan qüvvələrə qarşı türkçülük, turançılıq ide­yasını qoyurdu.
Bu dövr Azərbaycanın ictimai-siyasi fikrinin digər böyük nümayəndəsi Əhməd bəy Ağayev (1869-1939) idi. Əsas əsərləri: "Üç mədəniyyət", “Sərbəst insanlar öl­kə­sində", "Türk hüquq tarixi"dir. O Xalq Cümhuriyyəti par­lamentinin üzvü olmuşdur.
Əhməd Cavadın (1892-1937) fəaliyyətində Azər­bay­can Xalq Cümhuriyyəti dövrü mühüm yer tutur. Belə ki, Azərbaycan milli ideyasının real və onun gerçək nəticəsi olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) poezi­ya­da ən böyük tərənnümçüsü Əhməd Cavad olub. Azər­bay­can himninin sözləri Əhməd Cavada məxsusdur.
Məmməd Əmin Rəsulzadə (1884-1955) Azərbaycan milli istiqlalının birbaşa rəhbərlərindən olmuşdur. “İn­san­lara hürriyət, millətlərə istiqlal” tezisi ilə Azər­bay­ca­nın istiqlal tarixinin ideoloqlarından biri kimi qəbul ol­u­nur. Əsas əsərləri "Əsrimizin Səyavuşu", "İstiqlal məf­ku­rəsi və gənclik"dir. M.Rəsulzadənin sosial-fəlsəfi baxış­la­rında dil amili xüsusi yer tutur. O, hesab edirdi ki, dil millətin konsolidasiyasını təmin edə biləcək əsas vasitə­lər­dən biridir.
Ümumiyyətlə, maarifçilik fəlsəfəsi Azərbaycan xal­qı­nın ictimai-siyasi və mədəni tarixində mühüm yer tutur və xüsusi mərhələni təşkil edir.
Q.B.Zakir, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sa­bir, F.Köçərli, Ə.Haqverdiyev, M.S.Ordubadi, C.Cabbarlı, M.Hadi, H.Cavid kimi mütəfəkkirlər o dövrdə Azər­baycanda mövcud olan müxtəlif ictimai-siyasi və ədəbi-fəlsəfi cərəyanların nümayəndələri kimi xalq maarifi, yeni düşüncə ideoloqları kimi xalqımızın ictimai fikir tarixində mühüm rol oynamışlar.
Heydər Əliyev irsi və azərbaycançılıq ideologiyası. Müs­təqilliyini bərpa edən Azərbaycan Respublikası bü­tün sferalarda yeni situasiya ilə üz-üzə qalmışdı. Siyasi, iq­­tisadi və digər sahələrdə tarixi seçim etmək lazım idi. Bu baxımdan ümummilli lider Heydər Əliyev Azər­bay­ca­nın belə bir ağır və məsuliyyətli vaxtında hakimiyyətə qa­yıtdı. Heydər Əliyev (1923-2003) dövlət ideologiyasını for­malaşdırarkən azərbaycançılıq ideologiyasını yeni ta­ri­­xi şəraitdə milli dövlətçilik ideologiyası kimi irəli sür­dü.
O, bu ideologiyanı dünya azərbaycanlılarının ideolo­gi­yası, milli birlik konsepsiyası olaraq əsaslandırdı. Azər­bay­cançılıq ideologiyası tarixiliklə müasirliyin vəhdətini ehtiva edir. Xalqımızın keçdiyi tarixi inkişaf yolu, əxz et­diyimiz milli-mənəvi dəyərlər bu ideologiyanın təməlini təş­kil edir. Bu ideologiyanın ən diqqət çəkən məqamı sə­fər­bəredici funksiyasıdır.
Belə ki, azərbaycançılıq istər ölkə daxilində, istərsə bü­tün dünyada yaşayan azərbaycanlılar üçün başlıca əqi­də kimi onların həyat və fəaliyyətinin əsasını təşkil edir. Başqa sözlə, azərbaycançılıq milli mənsubiyyəti hifz et­mək, milli-mənəvi dəyərləri qorumaq və gələcək nəsil­lərə çatdırmaqdır.
Heydər Əliyevin ideoloqu olduğu azərbaycançılıq ide­­o­­logiyasının məzmununa daxil olan əsas prinsiplər 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz təsbitini tapdı.
O cümlədən, xalqın iradəsinə, qanunların aliliyinə əsas­lanan hüquqi, dünyəvi dövlət quruculuğu, ba­lans­laş­dı­rılmış iqtisadi və siyasi sistemin təmin edilməsi, ümum­bəşəri və milli dəyərlərin qorunması bu baxımdan xüsusi qeyd olunmalıdır.
Ümummilli lider Heydər Əliyevin ideya-siyasi, fəl­sə­fi irsi xalqımızın mənəvi mədəniyyətində tarixi səciyyə da­şıyır.
Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən iş­ğal olunan torpaqlarımız azad olundu. 2020-ci il 27 sent­yabrdan başlanan Vətən müharibəsi 44 gün davam etdi. 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad olundu və 8 noyabr Zəfər günü kimi tarixə yazıldı.
Mövzu 5.
Orta əsrlərdə Qərbi Avropada fəlsəfi fikir.
İntibah fəlsəfəsi.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin