Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə16/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   56
mehtiyev (1) (2)

Pyer Abelyara (1079-1142) görə, Allah insana məq­sə­di­nə çatmaq üçün bütün imkanlar vermişdir. O hesab edirdi ki, yalnız Bibliyaya istinad etməklə həqiqi dini ya­şa­mı təmin etmək olar. Abelyara görə, insanın düşüncə azad­lığı vardır, doğru olanı düşünərək əldə etmək olar. O konseptualizm cərəyanının yaradıcısı hesab olunur. Bu cərəyana görə istənilən gözəl bir varlığın nə dərəcədə gö­zəl olması deyil, insanlarda necə təəsürat yaradacağı əsas­dır. Bu təəsürat heç də həmişə müsbət olmaya da bi­lər.
Nikolay Kuzanlı (1401-1464) daha çox dini yanaşma­ları əsas tutur, fəlsəfəni və teologiyanı eyniləşdirirdi. O din­də islahatları vacib saymış, ilk olaraq Roma Papasının səlahiyyətlərini məhdudlaşdırmağı zəruri hesab etmiş­dir.­ Lakin sonradan Papanın tərəfdarına çevrilmiş və kar­di­nal dini rütbəsinə yüksəlmişdir.
Onun fikrincə, insan idrakı iki əsas pillədən keçir: bun­lardan birincisi insanın duyğuları, digəri isə rasional dü­şüncədir. O hesab edirdi ki, insan dünyadakı proses­lə­rin əsl mahiyyətini, həqiqətin nə olduğunu heç vaxt qav­ra­ya bilməyəcəkdir. Dünyanın sonlu olması barədə dü­şün­cələri qəbul etməyərək dünyanın sonsuz olması fik­ri­ni irəli sürmüşdür.
Nikolo Makiavellinin (1469-1527) nəzəriyyəsi dün­yəvi və dini hakimiyyətin bir birindən ayrılmasını əsas­landırması ilə maraq doğurur. Filosof dünyəvi hakimiy­yətin əsas olmasını zəruri hesab edərək dinin əsasən əx­laqi funksiya daşımalı olduğunu qeyd edirdi. O hesab edir­di ki, məqsəd hər cür vasitəyə haqq qazandırır. N. Ma­kiavellinin fəlsəfi baxışlarının əsasında maraq və tələ­bat­­ların ödənməsi əsas yer tutur. Onun fikrincə, eqoizm insanı bu və digər fəaliyyətə stimullaşdırır. “Hökmdar” əsərində hökmdarların hakimiyyəti qorumaq üçün bü­tün, o cümlədən, qəbuledilməz vasitələrdən istifadə et­mə­sinə haqq qazandırırdı.
N. Kopernikin (1473-1543) ən böyük xidməti heliosentrik sistemi kəşf etməsi olmuşdur. «Səma cisimlərinin dövranı haq­qın­­­da» əsərində o bu sistemin əsaslarını izah edib. Ko­per­­nik sübut etdi ki, Yer bir planetdir və digər planetlər ki­­mi Günəş ətrafında dövr edir. Kopernikin kəşfi elmdə çev­­riliş yaratmaqla xurafata, dinin bəsitliyinə qarşı çev­ril­mişdi.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin