Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə18/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   56
mehtiyev (1) (2)

1. “Hörümçək yolu” –həqiqətin, biliyin xalis zəkadan alın­masını bildirib rasionalizmi əks etdirir. Bu yolu ge­dən­lər faktlara biganə qalır. Bu həm də sxolastikanın tən­qi­dinə yönəlir: spekulyativ rasionalizm və anti-empirik tə­fəkkür tərzi inkar olunur.
2. “Qarışqa yolu” –bu dar, ifrat empirizmdir, o da ra­sio­nalizm kimi birtərəflidir. Bu yolla yalnız müxtəlif fakt­lar toplanır, lakin ümumiləşdirmələr aparılmır.
3. “Arı yolu”–yalnız bu yol həqiqidir. O, özündə bi­rin­­ci iki yolun ən üstün cəhətlərini birləşdirir: qarışqa ki­mi faktların toplanması və hörümçək kimi bu faktların zə­­ka ilə emalı. Bu yol digər iki yolun qüsurlarından azad­dır.
F.Bekon idrak prosesinin hansı yolla getməli oldu­ğu­nu göstərməklə kifayətlənməyib, həm də insanın həqiqi bilik əldə etməsinə mane olan səbəbləri göstərmişdir. Bu səbəbləri “kabuslar” adlandıran filosof, onların dörd nö­vü­nü qeyd etmişdir:
1. “Nəsil kabusu” –bu insanın öz təbiətindən, onun zəka və hisslərindən irəli gəlib fərdi səciyyə daşıyır. Buna misal olaraq, insanın təbiət haqqında insan həyatına ana­lo­giya üzrə mühakimə yürütməsini göstərmək olar. “Nə­sil kabusunu” tam aradan qaldırmaq olmasa da onu ney­tral­laşdırmaq mümkündür.
2. “Mağara kabusu” –fərdi səciyyəli səhvlər olub, in­sa­nın tərbiyəsi, zövqü, vərdişlərindən törəyir. Hər kəsin özü­nəməxsus “mağarası” olur. Bu kabusu fərdi təcrübəni kor­rektə edən kollektiv təcrübənin köməyilə aradan qal­dır­maq olar.
3. “Bazar kabusu”–insanların verbal (dil) ünsiy­yətin­dən törəyir. İnsanların böyük əksəriyyəti başa düşmür ki, söz ünsiyyətin gerçəkləşdiyi ad və yaxud işarədir. Söz şeyin əslində nə olduğunu bildirmir, şeyin insan üçün nə olduğunu bildirir. Səhvin aradan qaldırılması üçün başa düşmək lazımdır ki, mövcudluğun yüz faizlik obyek­tiv­liyi ilk növbədə fərdi şeylərin özünə məxsusdur. Deməli təbiət haqqında gerçək elmi substansiya, keyfiyyət, hərə­kət, iztirab, ağırlıq və s. kimi anlayışlardan istifadə et­mək­lə qurmaq olmaz.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin