Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə20/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   56
mehtiyev (1) (2)

Pol Anri Holbaxa (1723-1789) görə, materiya, təbiət hər şeyin səbəbidir və materiya əbədidir, hərəkətdədir. Ma­teriyanın hərəkəti onun mövcudluğunun zəruri nəti­cə­sidir. Ateizm mövqeyində olan filosofa görə, dinə qarşı ən effektiv mübarizə maarifçiliyin vüsət almasıdır. Əsas əsər­ləri “Sağlam düşüncə", "Təbiətin sistemi", "İfşa edil­miş xristianlıq","Cib ilahiyyatı"dır. Onun fikrincə, insan tə­biətin bir hissəsidir və ondan mütləq dərəcədə asılıdır.
Deni Didronun (1713-1784) əsas əsərləri "Fəlsəfi dü­şün­cələr" və "Korların məktubu və gözlülərə nəsihət"dir. O mariflənmiş monarxiya tərəfdarı idi və hesab edirdi ki, siyasi və əxlaqi məsələlərdə xalq kütlələrinə arxalanmaq olmaz. Ən populyar deyimi “pilləkəndəki ağıl”dır. Yəni, in­sanın ağlına sonradan gələn fikri (həmsöhbət ilə otaq­dan çıxdıqdan sonra pilləkəndə) daha faydalı olandır.
O Böyük Fransa inqilabının ideoloqlarından biridir. Didronun 6 əsəri XX və XXI əsrlərdə ekranlaşdırılıb və bədii filmlər kimi xeyli populyardırlar.
Fransua Volter (1694-1778) təbii hüquq nəzəriy­yə­si­nin tərəfdarı kimi insanın yaşamaq, mülkiyyət və azadlıq hü­quqlarının təmin olunmasını vacib sayırdı. Fransız ma­arifçiliyinin əsas simalarından biri olan Volter o döv­rün elmi nailiyyətlərinə istinad edərək dinin əleyhinə çı­xır­dı. Din nümayəndələrini və kilsə ehkamlarını tənqid edə­rək deizm mövqeyində dayanmışdır.
Volter cəmiyyətdə bərabərliyin əleyhinə çıxır və xal­qın cəmiyyət işlərinə müdaxiləsinə qarşı olmuşdur. Onun fikrincə ziyalılar, xüsusən filosoflar dövlət idarəçiliyində daha çox iştirak etməlidirlr.
Klod Adrian Helvesi (1715 -1771) əxlaq haqqında elm yaratmaq istəyirdi. İnsanın ehtiraslarının cəmiyyəti irəli aparan qüvvə hesab edirdi. Belə ki, insanın özünə vur­ğun­luğu onun ehtiraslarını (maraqlarını, xoşbəxtliyə can at­masını) formalaşdırır. O sosial mühiti insanın for­ma­laş­dı­ran əsas amil kimi qiymətləndirirdi. İnsanı təbiətin bir his­səsi hesab edir, hər cür biliyin təcrübədən yarandığını əsaslandırırdı.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin