Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə23/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   56
mehtiyev (1) (2)

1)aposterior bilik–təcrübə nəticəsində əldə olunur. Bu bilik ehtimal xarakterlidir və heç də həmişə doğru de­yil.
2)aprior bilik–təcrübəyə qədərki bilikdir, yəni öncə­dən zəkamızda var və sübuta ehtiyacı yoxdur. Məsələn, “bü­tün cisimlər ölçüyə malikdir”, “insan həyatı müəyyən za­man daxilində keçir”, “bütün cisimlər kütləyə malik­dir”.
3)“özündə şey”– Kant fəlsəfəsinin mərkəzi anlayışıdır. “Özündə şey”– şeylərin daxili mahiyyəti olub, heç zaman dərk olunmur.
Böyük alman filosofu Georq Hegel (1770–1831) ilk də­fə olaraq təbii, tarixi və mənəvi aləmi proses halında, baş­qa sözlə, daim hərəkətdə, bir şəkildən başqa şəkilə ad­la­maqda və inkişaf halında olan bir proses kimi gös­tər­miş, bu hərəkət və inkişafın daxili əlaqəsinə diqqət çək­mişdir. Əsas əsərləri "Hüquq fəlsəfəsi", “Fəlsəfə tarixinə da­ir mühazirələr", "Ruhun fenomenologiyası”, “Este­ti­ka­ya dair mühazirələr", "Tarix fəlsəfəsinə dair müha­zi­rə­lər"dir.
Əgər İ.Kant təmiz ağıl ilə dünyanı dərk etməyin la­zım­­lı olduğunu deyirdisə, Hegel təcrübi ağıla əsas­lan­ma­ğı zəruri hesab edirdi. Hegel dünyanı dərk edə bilmə me­to­dumuzdan asılı olaraq təbiətin də bizə öz sirlərini aç­dı­ğı­nı bildirirdi.
Hegel obyektiv idealist idi və ona görə, dünya tari­xi­nə hər şeydən əvvəl dünya ruhunun hərəkəti, onun fəa­liy­yətinin yekunu olaraq baxılmalıdır. Hegel ümum­dün­ya tarixini dörd dövrə ayırırdı ki, bunlar Yunan, Roma, Şərq və German xanədanlıqlarıdır.
“Məntiq elmi” əsərində Hegel özünün dialektika adlandırdığı üçlü sistem haqqında bəhs edilir. Burada nə nəzərdə tutulur? Filosofa görə hər bir predmetin daxi­lin­də bir ziddiyyət var. Məhz ziddiyyətlər həqiqətin krite­ri­ya­sıdır. Bunlar olmazsa insan çaşqınlıq içində yuvar­la­nar. Predmetin xüsusiyyətlərinin təsdiq olunması tezis, təsdiqini tapa bilməməsi isə antitezis adlanırdı. Bu tezis antitezis qarşıdurması üçüncü xüsusiyyətlə - sintezlə ta­mam­lanır.
Yəni, iki faktorun qarşıdurması zamanı antitezis islah edilir, nəticədə sintez vasitəsilə həqiqətə varılır. Mütləq hə­qiqətə isə bir birinin ardınca müxtəlif sintezlər va­si­tə­si­lə nail olunur. Hegel fəlsəfəsinin əsasında varlıq və tə­fək­kürün eyni olması, başqa sözlə, real aləmin ruhun, ide­yanın təzahürü olaraq qəbul edilməsi dayanır. Ona görə təbiətcəmiyyət hadisələrinin əsasında "mütləq ideya", "dünya zəkası", "dünya ruhu" dayanır. Hegel 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Alman obyektiv idealizmin digər nümayəndəsi Frid­rix Vilhelm Şellinqin (1775-1854) fəlsəfi fikri elm fəlsə­fə­sindən naturfəlsəfəyə istiqamətlənmişdi. Şellinqin əsas əsərləri "Transsendental idealizm sistemi", "Naturfəlsəfə sisteminin ilk cizgiləri"dir.
Şellinqin naturfəlsəfəsi təbiətin ideal, mənəvi mahiyyəti olduğunu təsdiq edir. Onun fikrincə, təbiətin inkişafı əks­liklərin mübarizəsinin nəticəsidir. O dərk edən subyekt ilə dərk olunan obyekti eyniləşdirirdi. Dünyanın yaradıcı fəaliyyətinin daxili hərəkətverici amilini Allahda görən Şellinq Onu heç nə ilə eyniləşdirmirdi.
Bu filosofun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiy­yətlər siyahısındadır.
Alman klassik fəlsəfəsinin digər görkəmli nüma­yən­dəsi nümayəndəsi Yohan Qotlib Fixte (1762-1814) fəlsə­fə­də subyektiv idealizm istiqamətinin yaradıcılarından bi­ridir. Onun yaradıcılığının alman klassik fəlsəfəsinin ba­nisi İmmanuel Kant və bu dövr fəlsəfəsinin kul­mina­si­ya­sı sayılan Georq Hegel fəlsəfəsi arasında bir mənəvi kör­pü rolu oynaması qeyd olunur. Fixe fəlsəfəsinin əsas məğ­zi insan "Mən"i anlayışından ibarətdir. "Mən" de­yən­də Fixte bütün işləri görə biləcək qüvvəni başa düşürdü.
Başqa sözlə, Fixte fəlsəfəsində maddi aləm mənə­vi­dən, obyektiv aləmin isə subyektiv aləmdən yarandığı de­yilir. Siyasi fəlsəfəyə meyl etdiyinə görə onu na­sio­na­lizm ideologiyasının əsasını qoyanlardan biri hesab edir­lər. Onun dövlət haqqında nəzəriyyəsi xüsusi maraq do­ğu­rur. Fixteyə görə, dövlət insanlar arasında müna­sibət­ləri elə tənzimləməlidir ki, bərabərlik təmin edilsin. Döv­lət insana elə bir şərait yaratmalıdır ki, O özünü tək­mil­ləşdirə (mükəmməlləşdirə) bilsin. Fixte nikahın əsasında hər iki tərəfin , xüsusilə qadının iradə azadlığının dur­du­ğunu deyirdi. Əgər qadının iradəsi pozulmaqla nikah bağ­lanıbsa, dövlət məsələyə qarışmalı və belə nikahlar ləğv edilməlidir.
Bu alman filosofunun adı tarixdə 100 ən çox öyrə­nil­miş şəxsiyyətlər siyahısına daxil edilib.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin