Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə19/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   56
mehtiyev (1) (2)

4. “Teatr kabusu” –avtoritetlərə kor-koranə inamdan tö­rəyir. Bu kabusun aradan qaldırılması üçün sxolastika və Aristotelin fəlsəfi sistemindən imtina etmək lazımdır. Onlara kor-koranə inam elmi biliyin inkişafında maneə ro­lunu oynayır.
F.Bekon metod məsələsində də Aristoteli qəbul etmə­miş, belə hesab etmişdir ki, onun sillogistikası, deduktiv tə­fəkkür tərzi bizə yeni elmi biliklər verə bilməz. Bunun üçün bizə induktiv təfəkkür lazımdır. Məntiqi təfəkkür və məntiqi əqli nəticənin formalarından biri olan in­duk­si­yanın gerçək yaradıcısı Bekon hesab edilir.
Tomas Hobbs (1588-1679) materializm mövqeində ol­muş, yalnız real predmetlərdən danışmagı zəruri hesab emişdir. O hesab edirdi ki, elm insanın bədəni, yəni cismi ilə məşgul olmalıdır, insanın ruhu isə elmin deyil, inamın obyekti olmalıdır. Dövlətin yaranmasını ictimai müqa­vi­lə­yə əsaslandığını irəli sürən filosoflardandır. O hesab edir­di ki, insanlar anadan olarkən onların tələbatları ya­ra­nır və bu tələbatlar ödənilməlidir. Əsas əsərləri ”Fəl­sə­fənin əsasları”, “Leviafan” idi ki , bu əsərlərdə Hobbs və­tən­daş qarşıdurmalarının qarşısını almaq üçün ideyalar irə­li sürürdü. Onun yaradıcılıq sferası geniş olmuş, insan haqqında, dinin cəmiyyətdə rolu barədə, əxlaq və hü­qu­qun nisbəti kimi məsələləri əhatə etmişdir. Hobbsun adı 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Yeni dövr fəlsəfəsinin digər nümayəndəsi Rene De­kart (1596–1650) fəlsəfi sistemi yenidən formalaşdırmağa ça­lışmışdır. Əsas əsərləri– «Metod haqqında müla­hi­zə­lər» və «Metafizik düşüncələr»dir ki, bu əsərlərdə De­kart təbiət və cəmiyyət hadisələrinə şübhə ilə yanaşmağı va­cib hesab edirdi. “Düşünürəmsə, deməli mövcudam»– kimi məşhur aforizmin müəllifi elmi metod adlandırdığı uni­versal riyaziyyat metodu vasitəsilə elmlərin yeni sis­temini yaratmağa çalşıb.
O hesab edirdi ki, təbiətin dərk edilməsinin həqiqi id­ra­ki metodu yalnız riyaziyyatdır. Dekart Allahı və onun ya­ratdığı dünyadan bəhs edərək dünyanı iki sub­stan­si­ya­ya – mənəvi və maddi olana ayırırdı. Başqa sözlə, ruhun və bədənin dualizmi.
Onun yanaşmasına görə, təbiətdə hər şey mexaniki qa­nunlara tabedir ki, bu da yalnız riyazi elm olan me­xa­ni­kanın vasitəsilə araşdırıla bilər. Bu fəlsəfi yanaşmasıyla R.Dekart klassik mexanikanın əsasını qoyanlardan biri he­sab olunur.
Yeni dövr fəlsəfəsinin hollandiyalı nümayəndəsi Be­ne­dikt Spinozanın (1632– 1677) əsas əsərləri «Dini–siyasi traktat», «Siyasi traktat» və «Etika»dır. Bu filosof panteist cərəyanın nümayəndəsi hesab olunur, belə ki, allahı və tə­biəti eyniləşdirirdi. Onun fikrincə, cəmiyyət və təbiətin sirlərindən agah olmaq mümkündür. Çünki bunların ha­mı­sı müəyyən inkişaf qanunauyğunluqlarına tabedirlər. Spi­noza Allah dedikdə təbiətin maddi substansiyasını nə­zərdə tuturdu. O substansiyanı özü–özünün səbəbi ki­mi qəbul edirdi.
«Azadlıq dərk edilmiş zərurətdir»– tezisinin məntiqi sü­butunu verən Spinozaya görə dünyadakı proseslər yal­nız zərurət nəticəsində baş verir. Başqa sözlə, insan ira­də­si heç nəyi dəyişə bilməz.
XVIII əsr ingilis maarifçisi Con Lokkun (1632– 1704) əsas əsəri «İnsan əqli haqqında təcrübə» adlanır ki, bu da özündə pozitiv sosial proqramı əks etdirir. Con Lokk em­pi­rizmin banilərindən biri kimi qəbul edilir. Belə ki, C. Lokk təcrübəyə prioritet verməklə insanı sosial mühitin nə­ticəsi adlandırırdı.
C.Lokka görə, insan bir təmiz lövhə kimi dünyaya gə­lir, ona yazılanlar insanın daxili refleksiyası vasitəsilə ət­raf aləmdən əldə etdikləridir. Tərbiyə praqmatizmə və ra­sionalizmə əsaslanmalıdır. Bədənin tərbiyəsi insanın sağ­lamlığı üçün, əqlin tərbiyəsi isə ləyaqətli mövcud ol­maq üçündür. Əsas tərbiyə vasitələri isə mühit və nü­mu­nə­dir. Yəni, tərbiyə olunanlara bu tərbiyəni verənlər öz­lə­ri hansı xüsusiyyətlərə malikdirlər. Təlim əyani olmalıdır və təhsil alanlara standart terminlər öyrədilməməlidir.
C.Lokkun siyasi baxışları da maraqlıdır. O qeyd edir­di ki, insanın hüquqları və əmlak üzərində haqları tə­bii­dir. Lokk azadlığı sözün bütün mənalarında geniş mə­na­da götürürdü. Hesab edirdi ki, insan öz üzərində bütün istədiklərini edə bilər. Azadlıq nisbi deyil, heç kim onu han­sısa formada məhdudlaşdıra bilməz. Burada istisna yal­nız insanın öz iradəsi ilə ola bilər ki, bunu o ictimai mü­­qavilə nəzəriyyəsində əsaslandırır.
Başqa sözlə, sosial müqavilə adlanan bu nəzəriyəyə görə insanlar ümumi əmin-amanlığı təmin etmək üçün bə­zi hüquqlarını dövlətə həvalə edirlər. Bu isə daimi de­yil, məqsədə çatdıqdan sonra müqavilə qüvvədən düşür. C.Lokk deyirdi ki, müqavilənin şərtlərinin pozulması kim­­lərinsə diktaturasına gətirəcəksə, insanların üsyan haq­qı vardır.
Yeni dövr fəlsəfəsinin alman nümayəndəsi Qotfrid Leybnits (1646–1716) monadalar adlandırdığı çoxsaylı substansiyaları əsas götürürdü. Onun fikrincə, monad sa­də, bölünməzdir, amma materiya anlayışı ilə eyni­ləş­di­ri­lə bilməz. Leybnits düşünürdü ki, yaratdığı mona­do­lo­giya nəzəriyyəsi allahın mövcudluğunun ən parlaq təs­di­qi­dir. Leybnits allahın varlığının 4 əlamətini qeyd edirdi: a) Ontoloji; b) kosmoloji; c) əbədi həqiqət; d) determinə olunan harmoniya.
O Dekart və Spinozanın nəzəriyyələrini mükəmməl olmamaqda ittiham edərək substansiyanın əsas və asılı olan­lara ayırmağın yanlış olduğunu deyirdi. Leybnits qno­seologiya məsələsində rasionalizm və empirizmi əsas götürərək ağıl həqiqəti və faktlar həqiqətinin olduğunu deyirdi.
Fransız filosofu Jan Jak Russo (1712-1778) ictimai mü­qa­vilə nəzəriyyəsini irəli sürmüş, bütün insanların azad dogulması, lakin həyatları boyu müxtəlif məh­dudiy­yət­lərə rast gəldiklərindən bu azadlıqlarını reallaşdıra bil­mə­dikləri fikrini irəli sürmüşdür. İnsanlar öz mülkiy­yət­lə­rini mühafizə etmək üçün ictimai müqaviləyə möh­tac­dır­lar. Bu müqavilə dövlətin formalaşdırılması anla­mın­da­dır və insanların hüquq və azadlıqlarını qoruyur.
Onu insanlar arasında qeyri-bərabərliyin yaranması sə­bəbləri narahat edirdi. Russonun ideyaları cəmiyyətin si­yasi sferasının təkmilləşməsi baxımından böyük əhə­miy­yət kəsb edirdi. Belə ki, o deputatların səlahiyyət müd­dətinin azaldılması, referendum keçirilməsi, haki­miy­yət üzərində xalq nəzarətinin təmin olunması kimi ide­yaları ilə Fransa inqilabının ideya müəlliflərindəndir. Əsas əsərləri “Yeni Elioza” və “İctimai müqavilə”dir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin