Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə27/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   56
mehtiyev (1) (2)

2. İslam peripatetizmi.
Peripatetizm orta əsrlərdə Şərq fəlsəfi fikrinin aparıcı xətlərindən olmuşdur. Antik fəlsəfənin (xüsusilə, Platon və Aristotelin) təsiri ilə formalaşmışdır ki, əsasını Ya­qub əl-Kindi (801-872) qoymuşdur. Onun fikrincə, fəl­sə­fənin əsas vəzifəsini həqiqət əldə etmək təşkil edir. Əl-Kindi rasionalist filosof kimi əqlin yüksəlişi vasitəsilə allaha yaxınlaşmağı təlqin edirdi. Hər şeyin yaradıcısı allahdır və dünyada nə varsa kauzallığa (səbəb-nəticə) malikdir. Bu səbəb-nəticə bağlılığını, təbiətdəki və cə­miy­yətdəki determinasiyanı müəyyən edən qüdrət Allahdır.
Əsas əsərləri "Risalə fil-əql" (Zəkaya dair risalə), "Ki­tab əl-hüruf" (Hərflər haqqında kitab), "Kitab ihsa əl-ülum" (Elmlərin siyahıya alınmasına dair), Ara əhl əl-Mə­di­nət əl-fadilə" (Fəzilətli şəhər əhlinin baxışları), "Təhsil əs-səadə" (Xoşbəxtlik qazanma) və sairdir.
İbn Xaldunun fikrinə görə, cəmiyyətin təkamülündə ikili vəziyyət hökm sürür: birincisi budur ki, cəmiyyət sa­də ictimai quruluşlardan mürəkkəbinə doğru meyl edir. İkincisi və neqativ olanı budur ki, cəmiyyət inkişaf et­dik­cə, insanlar arası münasibətlər də kəskinləşir və daha amansız şəkil alır. Belə ki, ictimai məhsulun bölgüsündə qey­ri-bərabərlik artır ki, bu da kimlərinsə digərləri üzə­rində ağalığıma gətirib çıxarır. İbn Xaldun dövlət və mül­kiy­yəti eyni anlamda götürürdü. O hesab edirdi ki, iq­ti­sadi üstünlük, yəni mülkiyyətə sahiblik dövlətin də sə­la­hiy­yətlərinin mənimsənilməsinə gətirib çıxarır. İqtisadi qey­ri-bərabərlik dövlətin daxilində nifaq salır və nəticədə döv­lətin dağılmasına gətirib çıxarır.
Əl-Fərabi ictimai siyasi ideallarında Platonun ideal döv­lət təlimini qəbul edir, onu islam ilə har­mo­ni­ya­laş­dırmağa cəhd edirdi. Onun fikrincə, cəmiyyətdə ahəng ya­ratmaq üçün insanlar dövlətə bir təsisat kimi ehtiyac du­yurlar. Fərabi məntiq elminə vaqif olmuş, anlayış, mü­ha­kimə və əqli nəticə haqqında original fikirlər irəli sür­müş­dür. Fərabi insanları həqiqətə varmağa çağırırdı.
Şərq peripatetizmin görkəmli nümayəndəsi İbn-Sina (980-1037) olmuşdur. Əsas əsərləri "Əş-Şəfa", "Nicat" dır. İbn-Sina fəlsəfəni iki bərabər qismə bölürdü ki, bun­lar­dan birincisi nəzəri hikmət, digəri isə əməli hikmətdir. İbn-Sina canlı və cansız təbiəti qüvvə və hərəkət ba­xı­mın­dan şərh edirdi. Hər bir fəaliyyətin, dəyişmənin əsasında daxili qüvvə dayanır. Bir çox Şərq klassikləri kimi o da hesab edirdi ki, mövcudatın ilk səbəbi allahdır. Təbiətdə və cəmiyyətdə baş verənləri Allah müəyyən edir. Bu­nun­la belə, insan hərəkət və rəftarında düz olmalı, əxlaqa ria­yət etməlidir. Baxmayaraq ki, olanların səbəbi Allahdır, in­sanlar allaha sığınmalı, ona bağlanaraq kamilliyə çat­ma­lıdırlar.
İbn-Rüşdün (1126-1198) fəlsəfi məktəbi bütün Av­ro­pada yüzilliklər ərzində əsas fəlsəfi məktəblərdən biri olmuşdur. O, Averroizm təliminin (İbn Rüşdün latın­laş­dı­rılmış adıdır) banisi hesab olunur. Başqa adla onun tə­limi ikili həqiqət adlandırılır. İkili həqiqət deyildikdə fəlsəfi və dini həqiqətin bir birilə qarşıdurmada olma­ma­sını ifadə edir.
İbn Rüşdə görə, ən yaxşı quruluş elə dövlət forma­sı­dır ki, onun əsasında etik dəyərlər dayanır. Əməli fəa­liy­yət bu dəyərlərdən qidalanmalı, şəxsi deyil ümumi (cə­miy­yət) maraqlar üstün tutulmalıdır. Bu maraqları təmin etmək üçün isə aristokratiya üsul idarəsi qurulmalıdır. Bununla da İbn Rüşd demokratiyanı idarə forması kimi qəbul etmirdi.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin