Rabil Mehtiyev Fəlsəfə


Hürufilik dini-fəlsəfi cərəyanı



Yüklə 0,74 Mb.
səhifə29/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   56
mehtiyev (1) (2)

5. Hürufilik dini-fəlsəfi cərəyanı.
Hürufilik Yaxın və Orta Şərq ölkələrində təşəkkül tap­mış və Allah təbiətlə bərabərləşdirilmişdir. Başqa söz­lə, Allah təbiətdə, onun ən yüksək məhsulu olan insanın si­masında özünü biruzə verir. Fəzlullah Nəiminin ya­rat­dı­ğı bu təlim İmadəddin Nəsimi tərəfindən daha da zən­gin­ləşdirilmişdir. F. Nəimiyə görə dünyanın əsası səs­lər­dən ibarətdir ki, bu səslərin ən kamil şəkli sözdür.
Hürufilərə görə, kainat əbədi olaraq mövcuddur və ilahi başlanğıc insanda təzahür olunur. Bu cərəyana görə, insan yaranmışların ən alisidir, hər bir varlıq mütləq var­lığın əksidir.
Bu təlimdə qeyd edilir ki, dünya və insan ilahinin 5 ardıcıl emanasiyasından - dünya zəkası, dünya ruhu, ilkin ma­teriya, məkan və zamandan yaranıb. İlahi başlanğıc mü­qəddəslik, peyğəmbərlik kimi təzahür edir.
Hürufilik fəlsəfəsinin mərkəzində mistik panteizm da­yanır. İnsan özü tanrıdır və ya insanlar Allahın vü­cu­dun­dan qopmuş hissələrdir. Bu təlim insanın ka­mil­ləş­məsi yolu ilə Allaha qovuşacağını deyirdi.
İ. Nəsimi “həqiqi Allah adəm oğlu özüdür” fikri ilə in­sanı Allahla eyniləşdirir. Nəsimi fəlsəfəsinə görə, in­san­da kainatın bütün sirləri gizlənib.
Hürufilər rəqəmlərə mistik ilahi məna verirlər. Mə­sə­lən 7 rəqəmi insan sifətinin əsas hissələrinə uyğun gəldiyi üçün ən müqəddəs rəqəm hesab olunur.
Hürufiliyin populyarlaşması Əmir Teymurun (Tey­mur­ləng) Qafqaza yürüşləri dövrünə təsadüf edirdi. Əmir Teymur hürufilərin insanı Allahla eyniləşdirməsinə qə­ti qarşı olduğu üçün sərt cəzalara məruz qoyurdu. Bu ba­rədə 1979-cü ildə Azərbaycanfilm kinostudiyası tə­rə­fin­dən lentə alınan “Nəsimi” kino filmində ətraflı mə­lumat verilir. Nəsimi panteist ideyalara görə Suriyanın Hə­ləb şə­hərin­də edam edilib.


6. İşraqilik fəlsəfəsi.
İşraqilik elmi-fəlsəfi təliminin banisi Şihabəddin Süh­rə­vərdidir. Onun fikrincə, bütün mövcudat mütləq işıq­dan, İşıqlar işığından işraq (emanasiya – işıq saçma) yolu ilə yaranmışdır. İşıq və onun kölgəsindən ibarət olan bü­tün mövcudluğun zirvəsi mütləq işıq-işıqlar işığıdır -Nur əl-Ənvər. Mövcudatın mərtəbələri işıq və qaranlıqdan ibarətdir və işıqlar işığından qaynaqlanan hər bir mü­cər­rəd işığın 2 təbiəti vardır: zənginlik və yoxsulluq.
Sührəverdi materiya və forma, cisim və onun hərə­kə­ti, səbəb və nəticə, varlıq və onun növləri və s. kimi fəl­səfi kateqoriyalara dair fikirlər irəli sürmüşdür. Bu təlimə görə, “varlıq” və “yoxluq” anlayışları “işıq” və “qa­ran­lıq” anlayışları ilə eyniləşdirilir. O hesab edirdi ki, in­tiu­siya vasitəsilə mütləq bilik əldə etmək mümkündür. Yə­ni, hissi və əqli idrak müəyyən bilik əldə etməyə imkan verir, intuitiv idrak isə insana işıqlar dünyasının sirlərini açır, mütləq həqiqəti ortaya çıxarır.
Ş.Sührəhvərdinin ictimai-siyai fikirləri də maraq do­ğu­rur. O sosial bərabərliyi vacib sayır, hər cür əda­lət­siz­liyə son qoymağı vacib hesab edirdi. Onun “Aşiqlərin mu­nisi”, “Quş haqqında traktat”, “İşıq heykəlləri”, “Fi­lo­sofların görüşləri” digər dillərə, o cümlədən alman dilinə tərcümə edilmişdir.
Mövzu 8.
XX əsr Qərb fəlsəfəsi




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin