Rabil Mehtiyev Fəlsəfə


Müasir Qərb fəlsəfəsi və onun səciyyəvi xüsusiyyətləri



Yüklə 0,74 Mb.
səhifə30/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   56
mehtiyev (1) (2)

Müasir Qərb fəlsəfəsi və onun səciyyəvi xüsusiyyətləri.
Müasir Qərb fəlsəfəsi bir neçə əsas mərhələyə ayrılır. Birinci mərhələdə həyat fəlsəfəsi, praqmatizm, neo­he­gel­çilik cərəyanları aparıcı mövqe tuturdular.
Növbəti mərhələ - I Dünya müharibəsindən baş­la­ya­raq XX əsrin 50-ci illərinə kimi olan dövrü əhatə edir. Bu dövrdə fenomenologiya, ekzistensializm, neopozitivizm, personalizm və digər fəlsəfi cərəyanlar formalaşdı. Bütün bu cərəyanların ümumi xarakterik xüsusiyyəti ondan iba­rətdir ki, onlar elmi və fəlsəfi bilikləri bir-birindən ayır­mağa can atırdılar.
Üçünçü mərhələ XX əsrin 60-cı illərindən start gö­tü­rür ki, bu dövrün fəlsəfi dünyagörüşünün əsasında insan və onun azadlığı məsələsi mərkəzi yer tutur. Bu mər­hə­lə­də tarix insanların fəaliyyəti kimi qəbul edilir.
Freydizm adlanan fəlsəfi cərəyanın yaranması və in­ki­şafı Ziqmund Freydin adı ilə bağlıdır. Z.Freyd psi­xo­analizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldıran alim kimi tarixə düşüb. Onun fikrincə, seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı narahat edir və bir çox hallarda psixoloji sarsıntılara səbəb olur.
Freydin nəzəriyyəsində üç komponentli ("o", "mən" və "Su­per mən") quruluşa malik psixi model maraq do­ğu­rur. Freydizm insan dünyasını cinsi impulslarla izah etməyə cəhd edən psixoloji nəzəriyyə idi. The Future of an Illusion adlı kitabında, dini inan­cın bir növ əsəb xəstəliyi (nevroz) olduğunu qeyd edirdi və ateist ruhu ilə seçilirdi.
XIX əsrdə və XX əsrin əvvəllərində sayentizm (la­tın­ca: bilik, elm sözündədir) istiqaməti meydana gəldi. Sa­yen­tizm fəlsəfənin konkret elmə meyilli olan müəyyən tə­fəkkür tipinə arxalanması fikri irəli sürülürdü. Sa­­­yentizmin nümayəndələri fəlsəfənin tarixən qərar­laş­mış predmetin­dən imtina edilməsini, ona dəqiq elmlər kimi istiqamət verməyə cəhd edirdilər.
XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri həyat fəlsəfəsidir ki, onun banisi Artur Şopenhauerdir. Alman filosofu Artur Şopenhauerin (1788-1860) əsas əsəri «Dünya iradə və təsəvvür kimi» adlanır. Onun fikrincə, fəl­səfə praktiki məsələlər ilə məşğul ola bilməz. Şo­pen­hauer fəlsəfəsinin özünəməxsusluğu onun volyun­ta­ri­zmi­dir. Volya (iradə) varlığın mütləq başlanğıcıdır və dün­ya hadisələri yalnız təsəvvür edilən dünyadır. Filo­so­fa görə, iradə idrakdan yüksəkdir, o həmişə nəyi isə məq­səd götürür və öz mahiyyətinə görə heç vaxt bu məqsədə tam nail ola bilmir.
Şopenhauer qeyd edir ki, volya öz məqsədinə çat­dıq­dan sonra yenidən öz-özünü yaradır. Hər bir insan real dün­yanın qayğıları, məşğuliyyətləri və sair amillərlə kifa­yətlənməyərək xəyali dünya yaradır. Bu dünyada ila­hi­ləşdirmə, yəni fövqəltəbii qüvvələrə istinad əsasdır. Bu­nunla filosof həyatın mənasızlığı fikrini əsas­lan­dır­ma­ğa çalışmışdır. Şopenhauerə görə həyat ümidsizlik və əzab-əziyyətdir, insan iradənin təsiri altında həmişə nə isə ideal axtarır. Əzab volyanın (iradənin) mahiyyətindən ay­rılmazdır və əzabdan qurtarmağın yalnız bir yolu var - heçliyə çəkilmək. Yəni, intellekt volyanın təzahürüdür və volya tərəfindən formalaşır.
Həyat fəlsəfəsi konsepsiyasının digər nümayəndələri A.Berqson, Q.Zimmel və Dilteydir. Məsələn, A.Berqson in­sanın və təbiətin inkişafını birgə götürməyi lazım bi­lir­di. Onun fikrincə, intuisiya dünyanı dərk etməyin əsas üsu­lu olmalıdır.
Qərbdə populyarlaşan fəlsəfi təlimlərdən olan fəlsəfi antropologiyanın nümayəndəsi alman filosofu Arnold He­len insanı bioloji qüsurlu mövcudluq adlandırırdı. Fəl­sə­fi antropologiyanın öyrəndiyi konsepsiyalar iki qrupa subyektiv–antropoloji və obyektiv–ontoloji bölünürlər.
Subyektiv–antropoloji insanın və dünyanın varlığını in­sanın özündən, asılı olduğunu bildirən təlimlər, ob­yek­tiv–ontolojiyə isə varlığın mənasını, obyektin özündən, dünyadan asılı olduğunu iddia edən təlimlər daxildir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin