Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə38/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   56
mehtiyev (1) (2)

İmam Ruhulla Xomeynin (İran) irsində əsas yer si­ya­si demokratiya və bərabərlik idi. Bunu təmin edə biləcək qüvvə isə yalnız islam dinidir. İslam dini insanın mənəviyyatca yüksəlişinə, ali ideallara sahib olmasına yardım edir. Xomeyniyə görə, islam dövləti yaratmaq zəruridir ki, bununla Allahın iradəsi təmin olunsun. Onun fikrincə, islam dövlətində bütün problemlər islam də­yərləri vasitəsilə həllini tapır. Qeyd edək ki, nəzəriy­yə­sini bilavasitə həyata keçirən ideoloqlardan olan (Məhz onun rəhbərliyi ilə 1979- cu ildə İranda islam inqilabı baş verdi və Xomeyni bu dövlətin rəhbəri oldu) Xomeyni əxlaq, nəfs və sair insani məziyyətlətlə bağlı fikirləri ilə də məşhurdur.

Mövzu 9


Fəlsəfədə varlıq və materiya problemi. Şüurun mənşəyi və mahiyyəti



1. Varlıq kateqoriyası və onun fəlsəfi izahı.
Varlıq kateqoriyası iki yerə bölünür: maddi və mə­nə­vi varlıq. Varlıq fəlsəfi ka­te­qoriya olub, insan şüurundan asılı olmayaraq, yəni müxtəlif şəxslərin onu necə qəbul etməsindən asılı olmayan obyektiv reallığın, o cümlədən tə­­biətin, cəmiyyətin, insanın mövcud olmasıdır.
“Varlıq” kateqoriyasına hansı anlam (materialist, ide­a­list, irrasional) verilməsindən asılı olmayaraq analitik məq­sədlə adətən varlığın bir neçə forması fərqləndirilir. Bu faktiki olaraq gerçəkliyin, mövcudluğun xüsusi sə­ciy­yəsinə malik özünəməxsus “qatlarının” ayrılmasıdır. Müa­sir fəlsəfi ədəbiyyatlarda varlığın adətən dörd əsas for­masını fərqləndirirlər: a) şeylər, proseslər və cisimlərin varlığı; b) insan varlığı; c) mənəvi (ideal) varlıq; d) sosial varlıq. Dünyanın mahiyyəti, varlığın təbiəti haqqında təlim ontologiya adlanır.
Varlıq haqqında antik dövr fəlsəfəsindən başlayaraq müx­təlif fikirlər mövcud olmuşdur. Parmenid, Sokrat və baş­qa antik filosoflar varlığın mahiyyətinə münasibət bil­dir­­mişlər. Parmenidə görə, varlıq həqiqi mövcud olandır və özündə tamlığı ifadə edir. İnsan amilini (subyektiv fak­­tor) önə çıxaran Sokrat Parmenidin varlıq kon­sep­si­ya­sı­­nı tənqid edirdi. Onun fikrincə, insan şüuru ön plan­da­dır.
Daha sonrakı mərhələlərdə də varlıq kateqoriyasının şərhinə dair çoxsaylı fikirlər meydana çıxmışdır. İ. Kant, F. Şellinq, Y. Fixte və başqaları varlığın təbiətinə dair fi­kir­lər irəli sürmüşlər. İ. Kant hesab edirdi ki, xarici aləm his­slər materiyasını verir. Öz növbəsində insan zəkası hə­min materiyanı məkanzamanda nizamlayır. Bu ni­zam­lama həm də kateqorial baxımdan əhəmiyyətlidir, yə­ni insanlar üçün anlaşılan formaya salır. K. Marks və F.En­gels var­lıq anlayışını sonsuz məkan və zamanda möv­cud olan, insan şüurundan asılı olmayan materiya kimi qəbul edirdilər. Bu alimlər varlığı iki qismə bölür­dü­lər: təbii varlıq və ictimai varlıq. İctimai və ya sosial var­lıq dedikdə adamların maddi və mənəvi fəaliyyəti, maddi həyatın özünün təkrar istehsalı nəzərdə tutulur.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin