2. Materiyanın elmi-fəlsəfi anlayışı. Materiya haqqında fikirlər antik fəlsəfəyə qədər tarixi köklərə malikdir. Hələ qədim Yunanıstanda və Romada materiyanın təbiətinə dair mülahizələr irəli sürülürdü.
Fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii-elmi biliklər sistemində mühüm vacib səciyyə daşımaqla şüurdan kənarda və ondan asılı olmadan mövcud olan obyektiv reallığı ifadə edir. Bir qədər də konkretləşdirsək, təbiətin bütün formaları materiyanın təzahürləridir. Fəlsəfi ədəbiyyatlarda materiyanın üç formasını qeyd edirlər. Bunlardan birincisi, qeyri-üzvi, yaxud cansız materiya, ikincisi üzvi, yaxud canlı materiya, üçüncüsü isə ictimai-mütəşəkkil materiyadır.
Qeyri-üzvi, yaxud cansız materiyanın birinci formasına bütün cansız təbiət və onun müxtəlif sistemləri, ikinci formasına bütün canlı, yaxud bioloji sistemlər, üçüncü formasına bütün sosial sistemlər aiddir.
Əbədi olan materiya hərəkətdə mövcuddur və buna görə də, hərəkət materiyanın mövcudluq üsulu, onun atributu hesab olunur. Materiyanın hərəkət formalarına dair çoxsaylı konsepsiyalar arasında alman filosofu Fridrix Engelsin sistemləşdirməsi xüsusi diqqətəlayiqdir. O hərəkətin aşağıdakı 5 formasını mexaniki, fiziki, kimyəvi, bioloji və ictimai formalarını göstərmişdir.
1) Mexaniki hərəkət. Bura cisimlərin sadə yer dəyişməsi daxildir.
2) Fiziki hərəkət. Bura işıq, istilik, elektro maqnit kimi hərəkət formaları daxildir.
3) Kimyəvi proseslər. Bura maddələrin birləşməsi və parçalanması reaksiyaları daxildir.
4) Bioloji hərəkət. Bura bioloji hərəkət formaları daxildir.
5) İctimai hərəkət. Bura sosial hərəkət formaları daxildir.
R.Dekarta görə materiyanın bu əsas xassəsi uzunluqdur. Son dərəcə universal həcmə malik olan materiya kateqoriyasının mahiyyətini yalnız ona əks olan kateqoriya ilə subyektlə münasibətini aşkar çıxarmaqla aydınlaşdırmaq olardı. Bu münasibətin isə iki başlıca momenti vardır:1) materiya subyektdən kənarda, ondan asılı olmayaraq mövcuddur. 2) materiya subyektə təsir edərək onda duyğu oyadır.
Məkan, zaman və hərəkət materiyanın mövcudluq formalarıdır. Hərəkət materiyanın ona daxilən xas olan fundamental, əbədi xassəsidir. Materiyanın mövcudluq üsulu olan hərəkət sadə, mexaniki yerdəyişmədən təfəkkürə qədər, ən müxtəlif formaları ehtiva edir. Hərəkətin bir sıra xüsusiyyətləri vardır ki, bura əbədiliyi, obyektivliyi, mütləq və nisbiliyi, materiyanın digər atributları, spesifik xassələri ilə bağlılığı aid etmək olar.
Bütün hallarda hərəkətin əsas formaları arasında qarşılıqlı əlaqə var və yüksək hərəkət forması aşağı hərəkət formaları əsasında yaranmaqla onları özünə daxil edir.
Qeyri-üzvi hərəkətə fiziki-kimyəvi proseslərin əsasını təşkil edən atom və molekulların, makroskopik cisimlərin (istilik, səs, kristallaşma prosesləri və s.) hərəkətləri aiddir. Üzvi təbiətdəki hərəkətə mikro orqanizmlərdə, təkhüceyrəli və çoxhüceyrəli orqanizmlərdə, fərdlərdə, növlərdə və s. baş verən bütün bioloji proseslər aiddir.
Fəlsəfədə hərəkət dedikdə, hər cür dəyişkənlik başa düşülür. Xüsusilə, XIX əsrin 40-cı illərində enerjinin saxlanması və çevrilməsi qanununun kəsfi enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır kimi təsəvvürün qətiləşməsində mühüm rol oynadı.
Məkan və zaman obyektiv, insan şüurundan asılı olmadan mövcuddur və hər ikisi sonsuz, tükənməzdirlər.
Materiya zaman və məkanda mövcud olur, hərəkət edir, yəni məkan və zaman hüdudsuzdur və sonsuzdur. Məkan maddi cisimlərin və hadisələrin yer tutumunu, cisimlər arasında müəyyən yerləşməsini ifadə edir. Qeyd edək ki, məkan üç ölçülüdür: eni, uzunu və hündürlüyü olur.
Zaman hadisələrin müəyyən ardıcıllıqla davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsini ifadə edir. Zaman bir ölçülüdür və yalnız irəliyə doğru gedir. Qeyd edək ki, məkan və zaman obyektivdir və insan şüurundan asılı deyildir. Nəzərə almaq lazımdır ki, müəyyən konkret cisim və hadisələr məkan və zaman etibarilə məhdudlaşırlar. Lakin kainat məkan etibarilə qeyri-məhdud, zaman baxımından sozsuzdur.
Şüur reallığın insan beynindəki inikasıdır. Şüurun formalaşması ictimai inkişafın nəticəsi plaraq meydana çıxır. Beynin funksiyası olan şüurun başlıca funksiyalarından biri insanın davranış və hərəkətlərini idarə etmək, ona istiqamət verməkdir.
Fəlsəfi ədəbiyyatda şüura materiya birinci, şüur ikincidir, materiyadan törəmədir kimi izah verilir. Digər mənada şüur materiyanın, insan beyninin xassəsidir, gerçəkliyin insana məxsus məqsədli dərkidir.
Şüurun başlıca xüsusiyyətlərindən biri onun yüksək təşəkküllü materiyanın funksiyası olmasıdır. Yəni, şüur materiyanın bütün formalarına aid edilə bilməz, o insan beyninin məhsuludur. Fəlsəfi ədəbiyyatlarda şüura müxtəlif yanaşmalar olmuşdur.
Şüur ictimai-tarixi mahiyyət daşıyır, onun təkamülü ictimai münasibətlərin dinamikasından asılı olur. Şüurun formalaşması ictimai istehsal ilə birbaşa bağlıdır. Belə ki, əmək prosesində insan sosial münasibətlərə daha çox inteqrasiya olunur ki, bu da onun şüurunun təşəkkülündə mühüm rol oynayır. Şüurun əsas xüsusiyyətlərindən birini onun dillə, nitqlə və təfəkkürlə qarşılıqlı əlaqədə olmasıdır.