Nikolay Berdyayevin (1874–1948) əsas əsərləri "Azadlıq fəlsəfəsi", "Yaradıcılığın mənası. Təcrübə. insan haqlılığı ”,“Bərabərsizlik fəlsəfəsi”,“Tarixin mənası”, “İnsanın taleyi (paradoksal etika təcrübəsi)”, "Rus düşüncəsi: XIX əsrin 19-cu və birinci yarısında rus düşüncəsinin əsas problemləri”, "Esxatoloji metafizika təcrübəsi" və başqalarıdır. Əsərlərinin məhsuldarlığına görə, nəinki Rusiya, eləcə də bütün dünyada ən çox çap olunan filosoflardandır. Ən ümumi şəkildə səciyyələndirilsə onun əsərlərinin əsas ideya xətti insanın mənəvi varlığıdır.
Berdyayevi düşündürən köləlik və azadlıq dilemması özündə zorakılıq, dövlət, zərurət, insanı köləliyə gətirənlər haqqında fəlsəfi düşüncələri cəmləşdirir. O hesab edirdi ki, azadlıqdan ali anlayış yoxdur.
Müasir Yapon fəlsəfəsinin spesifikası milli keyfiyyətlərin saxlanması ilə yanaşı, kənar mədəniyyətlərin bəzi stereotiplərini əxz etməsidir. Bu fakt şübhəsiz yapon fəlsəfəsinin ümumi mənzərəsinə müəyyən özəllik qatdı. Bu dövrdə yaponların fəlsəfi baxışlarını əsasən iki istiqamətdə qruplaşdırmaq olar. Bunlardan birincisi, Şərq və Qərbin təcrübəsi əsasında yeni konsepsiyaların formalaşdırılması cəhdləri idi. İkinci isə Qərbin fəlsəfi dəyərlərini yapon milli təcrübəsinə transfer etmək halları idi.
Bu mənada Nisida Kitaro və tərəfdərları Qərb fəlsəfi metodologiyasından yararlanmaqla Yapon fəlsəfəsinin mahiyyətini xüsusiyyətlərini araşdırmağa cəhd edirdilər. Bu zaman yapon əxlaqının prioritetliyini saxlamaq başlıca şərt idi.
Nisitani Keyzi boşluq haqda təlimin yaradıcısı idi. Onun fikrincə, idrakdakı ziddiyyətlərdən qaçmaq üçün boşluq təliminə müraciət etmək lazımdır.
Taici Sakaya kapitalizmin nəzəri cəhətdən əsaslandıran mövqeyi ilə seçilir. O hesab edirdi ki, cəmiyyətdə mülkiyyət münasibətlərindəki bərabərsizlikdən qorxmaq lazım deyil. Kimlərsə varlanacaqsa, bu cəmiyyətin xeyrinə olacaqdır. Texniki nailiyyətlər istehsal şərtlərini və nəticədə cəmiyyətdəki iqtisadi münasibətlərin xarakterini dəyişir.