Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə40/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   56
mehtiyev (1) (2)

Şüur ictimai xarakterli bir fenomendir. Bu baxımdan ictimai şüurun nə olduğunu aydınlaşdıraq. İctimai şüur sosial sferada baş verənlərin, sosial varlığın inikasıdır. İc­ti­mai varlığın əks olunması baxımından ictimai şüur iki səviyyəyə bölünür: adi və elmi-nəzəri şüur.
Adi və yaxud gündəlik şüur ictimai şüurun ən kütləvi formasıdır. Başqa sözlə, gündəlik proseslərə dair təsəv­vür­ləri, məlumatları, məişətə və həyat tərzini inikas et­di­rən şüurdur.
Elmi-nəzəri şüur baş verən proseslərin elmi və nəzəri baxımdan sistemli və ümumiləşdirilmiş inikası olmaqla müəyyən şəxslərə aid olub adi şüurda olduğu kimi küt­lə­vi xarakter daşımır.
Fəlsəfədə şüur probleminə bir neçə yanaşma möv­cud­dur. Onlardan dörd əsas olanı aşağıdakı kimi göstərmək olar:

  1. solipsizm;

  2. obyektiv idealizm;

  3. mötədil materializm;

  4. fizikalizm.

Burada 1 və 2- idealist yanaşma, 3 və 4-materialist ya­naş­madır.
İctimai şüur ilə yanaşı mentalitet anlayışı da son dövr­lər istər elmi dairələrdə, istərsə də adi məişətdə ge­niş istifadə olunur. Mentaliteti cəmiyyətin mənəvi psixo­lo­­ji aləmi, insanların ümumi ovqatı kimi dəyərləndirilir. Men­talitetə cəmiyyətin emosional vəziyyəti, kütləvi əh­val-ruhiyyə, kollektiv düşüncə tərzi və sair amillər daxil­dir.
İctimai şüurun müxtəlif formaları vardır. Bura dini şüur, əxlaqi şüur, siyasi şüur, estetik şüur və hüquqi şüur aid­dir. Dini şüura cəmiyyətin dini baxışları, rituallar, dini ənənələr aiddir. Cəmiyyətdə bərqərar olan təsəvvürləri, davranış normaları, qiymətləndirmənin, sosial nəzarətin əks olunduğu ictimai şüur forması əxlaqi şüuru əks etdi­rir.
Siyasi şüura siyasi sferada baş verən proseslərin qiy­mət­ləndirilməsi, formalaşan siyasi ənənələr və sair aid­dir.
Estetik şüur estetik hisslərin, zövqlərin, idealların məc­musudur.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin