Rabil Mehtiyev Fəlsəfə


İdrak prosesində praktikanın rolu



Yüklə 0,74 Mb.
səhifə43/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   56
mehtiyev (1) (2)

2. İdrak prosesində praktikanın rolu.
Praktika idrakın mənbəyi, əsası və hərəkətverici zə­mini­dir. Əvvəla, praktika idraka ümumiləşdirmək üçün nə­zəri əsas verir. İkincisi, praktika biliyin tətbiq üsulu olub, bu mənada idrakın sınağıdır. Başqa sözlə, idrakın ha­sil etdiyi məlumatlar yalnız o halda praktiki məna kəsb edirlər ki, onlar reallıqda tətbiq olunsunlar. Bir sözlə, paktika idrakın formalaşması və inkişafının əsası, idrak prosesinin nəticələrinin həqiqiliyinin göstəricisidir.
Praktika yunanca “praktikos” sözündən olub, mənası “işgüzar”, “fəal” deməkdir.
Məzmununa və formalarına görə praktika çox­cəhət­lidir. Belə ki, maddi və mənəvi məhsulların istehsalı və ye­nidən emalı nəzəri bilik və təsəvvürlərin əməli isbatı­dır. Məsələn, həkim ixtisasına yiyələnən gənclərin xəstə­lər­lə real işi zamanı universitetdə öyrəndiklərini tətbiq et­mələri praktikadır. Buradan görünür ki, praktika insan fə­aliyyətinin nəzəriyyədən əməli sferaya keçididir. Prak­ti­­kanı yalnız istehsal sahəsi ilə məhdudlaşmır, habelə in­san­ların ictimai-siyasi fəaliyyətinin nəticəsi kimi təzahür edir.
İnsanın fəaliyyətinin əsası və məqsədini təşkil edən praktika bütün ideya və nəzəriyyələrin həm mənbəyi, həm də ölçüsüdür. Qeyd etmək lazımdır ki, nəzəriyyə ilə praktika bir-birilə qarşılıqlı şəklində olur.


3. Biliyin mahiyyəti və strukturu.
İdrak nəzəriyyəsi biliyin mahiyyəti və strukturuna da diqqət yönəldir. Belə ki, bilik şüurun mövcudluq üsul­la­rın­dan biridir. Obyektiv qanunauyğunluqları və əlaqələri ifa­də edən bilik nəzəri sistem olub, strukturu, nəzəri və so­sial məzmunu ilə xarakterizə olunur.
Biliyin əsas məzmununu obyektiv gerçəkliyin inikası olması, insanların fəaliyyətinin nəticəsi olması təşkil edir.
Biliyin iki səviyyəsi var: empirik və nəzəri. Cisim və hadisələr haqqında fakt və materialların toplandığı empi­rik səviyyədə müşahidə, müqayisə, eksperiment və sair me­todlar tətbiq edilir. Müxtəlif biliklərin sintez olunduğu nəzəri bilik səviyyəsində isə elmi hipotez və nəzəriy­yə­lərin formalaşdırılması və onlardan müvafiq nəticələr çıxarılması həyata keçirilir.
İdrak prosesinin iki əsas struktur səviyyəsi vardır ki, bunlar emprik və nəzəri səviyyələrdir. Eyni zamanda qeyd edək ki, idrakın strukturunda digər idrak formaları da vardır: adi, bədii, dini.
İdrak obyektiv gerçəkliyin cisim və hadisələrinin, əla­qə və münasibətlərinin insan beynindəki inikası olmaqla, onun iki pilləsi var: hissi və məntiqi (rasional) idrak. İd­rak prosesinin başlanğıc mərhələsi hissi idrakdır ki, bu da ətraf aləmin cisim və hadisələrinin insan beynindəki ini­kasından ibarət olan psixi prosesdir. Hissi idrak hiss üzv­ləri vasitəsilə ətraf aləmdəki predmetlərlə ilkin tanış­lıq­dan başlayır. Hissi idrakın ilkin forması duyğudur.
Duyğu insanın ətraf aləmlə ilkin rabitəsidir ki, bu da insan şüurunun ən sadə təzahürüdür. Belə ki, duyğular predmetin müxtəlif xüsusiyyətlərinin insan şüurunda əks olunmasıdır. Yəni, əşyanın dadı, isti-soyuqluğu və sair.
Hissi idrakın ikinci forması qavrayışdır ki, o pred­me­tin bütöv, tam obrazıdır. Qavrayış əşyanın müxtəlif təza­hür­lərinin sintezi nəticəsində yaranır. Duyğu, həm də qav­rayış bilavasitə əşya ilə təmas vaxtı olur, amma pred­me­tin təsirindən müəyyən vaxt keçdikdən sonra bey­ni­miz­də onun obrazını canlandırırıq. Qavrayış nəticəsində ya­ranan bu obrazlar təsəvvürdür ki, bunda əşyanın in­sa­nı cəlb edən, maraqlandıran cəhətləri üzə çıxır.
Təsəvvür nəticəsində insan real əşya və hadisələr əsa­sın­da hələ mövcud olmayan, lakin praktikanın gedişində gə­ləcəkdə yarana biləcək əşyalar və ya hadisələr haq­qın­da təsəvvür yaradır.
Məntiqi idrak gerçəkliyin cisim, proses və hadisə­lə­ri­nin, əlaqə və münasibətlərinin insan beynində abstrakt və ümumiləşdirilmiş inikasıdır. Məntiqi idrakın ilkin for­ması kimi anlayışı qeyd etmək olar.
Anlayışlar insan şüurunda bir-birindən təcrid edilmiş halda deyil, əlaqələnmiş formada mövcud olurlar. Belə da­xili əlaqə məntiqi idrakın mühakimə forması vasitəsilə hə­yata keçirilir.
Mühakimə elə fikirdir ki, onun vasitəsilə cismin hər hansı əlamətini, xassəsini, onun digər cisim və hadisələri ilə əlaqəsini, funksiyalaşmasını və inkişafını əks etdirir. Bu baxımdan cisimlərin ancaq ümumi və mühüm əla­mət­­lərini əks etdirən anlayışlardan fərqli olaraq, mü­ha­ki­mə­­lərdə onların hər cür xassələri, əlaməti, əlaqə və mü­na­­sibətləri əhatə olunur. Məntiqi idrakın digər əsas for­ma­­­­larından biri əqli nəticədir. Əqli nəticə təfəkkür üsu­lu­dur ki, o ətraf aləmin cisim və hadisələri haqqında ve­ril­miş mühakimələrdən yeni mühakimə çıxarmağa imkan ve­rir. Əqli nəticənin əsas növləri bunlardır: induktiv, de­duk­tiv.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin