Rabil Mehtiyev Fəlsəfə


Əksliklərin vəhdəti və mübarizəsi qanunu



Yüklə 0,74 Mb.
səhifə47/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   56
mehtiyev (1) (2)

Əksliklərin vəhdəti və mübarizəsi qanunu.
Əksliklərin vəhdəti və mübarizəsi qanunu eyniyyət, fərq, əkslik və ziddiyyət kateqoriyaları vasitəsilə izah olunur.
Eyniyyət anlayışı predmet və hadisələrdə ziddiyyətin ilkin halında olduğu və ziddiyyətin tərəflərinin, əkslik­lə­rin üst-üstə düşdüyü başlanğıc mərhələni bildirən anla­yış­­dır. Əkslik anlayışı həm ziddiyyətin tərəflərini (köhnə və yeni, mənfi və müsbət və s. kimi), həm də ziddiyyətin yüksək dərəcədə kəskinləşməsini ifadə edir. Əksliklər ara­sındakı münasibəti ziddiyyət kateqoriyası əks etdirir. Maddi aləmin predmet və hadisələrindən hər biri müəy­yən ziddiyyətlərə malikdir. Ziddiyyətlərin meydana gəl­mə­si materiyanın hərəkət formalarının, həmçinin təbiət və cəmiyyətdəki əlaqə və münasibətlərin mürəkkəbliyi ilə determinə olunur. Ziddiyyətlər idrakın zəmini olan, onun məzmununu təşkil edən predmet və hadisələrin öz­lə­rinə xas olub, onların bir-birilərini tələb və qarşılıqlı rədd edən əks tərəflərə, xassələrə malik olduğunu bil­dirir.
Ziddiyyətin növləri kimi fəlsəfi ədəbiyyatda aşağı­da­kı­lar qeyd olunur: əsas və qeyri-əsas, başlıca və qeyri-başlıca, daxili və xarici. Əsas ziddiyyət hadisənin inki­şa­fının istiqamətini, xüsusiyyətlərini müəyyən edir, digər ziddiyyətləri şərtləndirir, onlara təsir edir, hadisənin möv­cud olduğu bütün müddətdə təsir göstərir.
Daxili ziddiyyət – predmet və hadisələrin daxili təbiətindən törəyir. Xarici ziddiyyətlər bir-birinə təsir göstərən müxtəlif proseslər arasındakı ziddiyyətlərdir. Baş­lıca ziddiyyətlər müvəqqəti olaraq, müəyyən dövr ər­zin­də başqa ziddiyyətlər arasında həlledici ziddiyyət ro­lun­da olur və həll olunduqdan sonra, inkişafın yeni pil­lə­sin­də digəri ilə əvəz olunur.
Ziddiyyətin iki əsas tipi fərqləndirilir: antaqonist və qeyri-antaqonist.
Əksliklərin vəhdəti və mübarizəsi sosial həyat hadi­sə­lə­rinin inkişafında daha bariz təzahür edir. Əkslik və zid­diy­yətləri əsasən iki yerə ayırmaq olar: bütün ictimai iqti­sa­di formasiyalarda olan ümumi ziddiyyətlər: məsələn, icti­mai varlıqla ictimai şüur arasında olan və s. Zid­diy­yətlər; digər tərəfdən müxtəlif formasiyalara xas olan zid­diyyətlər. Əksliklər iki cəhəti – onlar arasındakı vəh­dət və mübarizəni ehtiva edir. Əksliklərin vəhdəti de­dik­də əksliyin bir tərəfinin digər tərəfi tələb etdiyi başa dü­şü­lür. Yəni, iki tərəfin hər ikisi olduqda əksliklərdən da­nış­maq olar. (Məsələn, xeyir və şər)
İkincisi, qarşı tərəflər bir birilə müəyyən ziddiyyətdə olmalıdır. Əksliklərin mübarizəsi qanunauyğun olaraq yaranır. Ziddiyyətin artmasında, inkişafında elə bir pillə, məqam yaranır ki, bu zaman əksliklər birgə, yanaşı ola bilmir. Bu zaman ziddiyyətlərin həll olunması anı yetişir. Ziddiyyətlər mübarizə ilə, bəzən liberal, bəzən isə dra­ma­tik məcrada həll edilir.
Əksliklərin vəhdəti və mübarizəsi qanununa əsasən bütün şeylərin, hadisələrin, proseslərin mübarizədə olan zid­diyyətli cəhətləri, meyilləri vardır. Əksliklərin müba­ri­­zəsi inkişafa daxili təkan verir, ziddiyyətlərin çoxal­ma­sı­na doğru aparır və müəyyən mərhələdə bu ziddiyyətlər köh­nənin yox olması və yeninin meydana gəlməsi ilə ye­kun­laşır.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin