Rabil Mehtiyev Fəlsəfə


İslam Şərqində fəlsəfi fikrin xüsusiyyətləri



Yüklə 0,74 Mb.
səhifə26/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   56
mehtiyev (1) (2)

1. İslam Şərqində fəlsəfi fikrin xüsusiyyətləri.
İslam dininin ideya əsaslarına istinad edilərək təşək­kül tapan əsas fəlsəfi cərəyanlar islam peripatetizmi, islam panteizmi, islam neoplatonizmi, işraqilik, sufilik, hürufilik olmuşdur.
Bəzi hallarda islam fəlsəfəsini, mədəniyyətini yal­nız ərəb mədəniyyəti ilə eyniləşdirirlər. Lakin bu ta­ma­milə yanlış yanaşmadır. İslam mədəniyyəti və fəl­sə­fəsi yalnız ərəb dilli xalqların deyil, eyni zaman­da fəth edilən torpaqlarda yaşayan xalqların, habelə qey­ri-müsəlmanların təsiri və iştirakı ilə yaranmışdır.
Qədərilərin əsas tezisi insanın iradəsinin azad olma­sı­dır. Hər şey insanın öz əlindədir və insanın əməlində Al­lahlıq bir iş yoxdur. Əsas nümayəndələri Məbəd Cu­ha­ni və Geylan əl-Dəməşqi olmuşlar.
Cəbərilər (əsas nümayəndəsi Cəhm ibn Səfvan) insa­nın xeyir və şər əməllərinin əvvəlcədən Allah tərəfindən yazıldığını və gələcəklərinin müəyyənləşdirildiyini de­yirdilər.
Mötəzilər (ərəbcə kənarlaşma deməkdir) islam ta­ri­xin­də birinci olaraq ilahiyyatda rasionalist cərəyanın əsa­sı­nı qoymuşlar. Əsas nümayəndələri Vasil ibn Əta və Əmir ibn Übeyd idi. Bu cərəyanın yaranması bütövlükdə is­lamın bir din kimi inkişafının və beynəlxalq ta­nın­ma­sının nəticəsi idi. Belə ki, islamın başqa dinlərlə qar­şı­laş­ması onu tələb etdi ki, dağınıq halda olan islami biliklər sistemləşdirilsin və vahid yanaşmalar formalaşdırılsın. Bu mənada mötəzilik ağıla, rasional düşüncəyə əsaslanan cərəyan hesab edilir.
Fikri möhkəmləndirmək üçün bir nümunəyə baxaq. Məsələn, mötəzilərin sufilərdən fərqi odur ki, onlar ağılın qüdrətinə, sufilər isə hissiyyata və inama əsaslanırdılar. Yəni, mötəzilər əqlə, sufilər hissi idraka üstünlük ve­rir­dilər.
Mötəziliyin rasional tərəflərini və sufiliyin hissi id­ra­ka əsaslanmasını təqdir etməyən başqa bir cərəyan Bati­ni­lik idi. Ərəbcə «batin» - sirli, gizli cərəyanına görə, Qu­ranın gizli mənaları var. Bu təlimə görə görünən tərəf əsas deyil. Əsl həqiqət görünməz və gizlidir, hiss üzvləri vasitəsilə qavranıla bilməz, ağıl biliyin əsası deyil. Belə ki, hiss üzvləri bizi aldada bilər, əqli nəticələr isə biri digərinə zidd ola bilər. Qeyd edil­mə­lidir ki, batinlik yalnız islama deyil, xristianlıq, yəhu­di­lik, zərdüştlük və başqa kimi dinlərdə də vardır. Mə­sə­lən, xristian rahibləri kütlələrin bu dünya haqda dinin dediklərinin xarici aspektlərinin mənimsənildiyini, xris­tian­lığın məğzinə vara bilmədiklərini bildirirlər.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin